Məhkəmə qərarları › İş №2(019)-866/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-866/2023

25.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-866/2023 25.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, 8 saylı X* Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi mümkünlüyünü araşdıraraq, m ü ə y y ə n e t d i m: 8 saylı X* Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Danaçı meşəbəyilində dolay 6 kvartal 2*-də meşə fonduna aid torpaq sahəsinin zəbt edilmiş hissəisndən Cavabdeh çıxarılması, torpaq sahəsində əkilmiş yındıq ağaclarının (çoxillik əkimələr) cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil veriləmsi və cavabdehin qərəzli hərəətlərinə (ağacların əkidlməsi, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatının götürülməsi mümkünlüyünü qanunvericiliyin tələblərinə uyğun araşdıraraq hesab edirəm ki, hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin *0-*.*-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası MPM-nin *0-*.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin *0-*.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin *49.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; *49.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin iddia ərizəsindən və iş materiallarından görünür ki, ərizəçi tərəfindən qanun normalarının bu tələbləri pozularaq, Balakən Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmasına baxmayaraq, hazırki ərizə elektron formada tərtib olunmamış və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilməmişdir. Eyni zamanda ərizədə iddiaçının və cavabdehin adını eyniləşdirməyə imkan verən məlumatlar, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) və ərizəyə əlavə edilməli olan sənədlərin siyahısı göstərilməmişdir. Yəni ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə-formasına və məzmununa uyğun tərtib edilməmişdir. Ona görə də hesab edirəm ki, 8 saylı X* Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin *52.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin hesab edirəm ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.*.*4-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizəsi üzrə büdcə təşkilatı kimi iddiaçı 8 saylı X* Mərkəzi dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırki iddia ilə bağlı dövlət rüsumu ödəmədiyi üçün hazırki qərardadla dövlət rüsumunun qaytarılması məsələsi həll olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülik Prosessal Məcəlləsinin *0-*, *49-*52,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: 8 saylı X* Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair iddia ərizəsi geri qaytarılsın; ərizəçi 8 saylı X* Mərkəzinə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar