Məhkəmə qərarları › İş №2(019)-880/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-880/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-880/2021 03.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 27.06.1980-cı ildən 15.08.1989-cu ilədək X4 və Bərpası Müəssisəsində sürücü, 1990 və 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş Azad (Lenin) kolxozunda işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq, hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin iş materiallarından görünür ki, ərizəçinin mərhum əri X1 27.06.1980-cı ildən 15.08.1989-cu ilədək sürücü işləməsi göstərilən X4 və Bərpası Müəssisəsinin hüquqi varisi X5 Mühafizəsi və Bərpası Müəssisəsidir. Belə olan halda ərizəçi mərhum əri X1 27.06.1980-ci ildən 15.08.1989-cu ilədək sürücü işləməsini təsdiq edən sənədi X4 və Bərpası Müəssisəsinin hüquqi varisi olduğu X5 Mühafizəsi və Bərpası Müəssisəsindən tələb edə bilər. Eynilə ərizəçi mərhum əri X1 1990 və 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş Azad (Lenin) kolxozunda işləməsi faktını təsdiq edən sənədi də sovxoz və kolxozların sənədlərinin təhvil verildiyi Azərbaycan Respublikası Dövlət Arixivinin Balakən rayon şöbəsindən əldə edə bilər. Eyni zamanda ərizəçinin mərhum ərinin sözügedən vaxtlarla göstərilən müəssisələrdə işləməsi onun əmək kitabçasında da qeyd olunmalıdır. Ərizəçi ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum əri X1 27.06.1980-cı ildən 15.08.1989-cu ilədək X4 və Bərpası Müəssisəsində sürücü işləməsi ilə bağlı X4 və Bərpası Müəssisəsinin hüquqi varisi olduğu X5 Mühafizəsi və Bərpası Müəssisəsindən aldığı müvafiq sənədi və 1990 və 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş Azad (Lenin) kolxozunda işləməsini təsdiq edən Azərbaycan Respublikası Dövlət Arxivinin Balakən rayon şöbəsi tərəfindən verilmiş müvafiq arxiv arayışı və ya arxiv çıxarışını, həmçinin əmək kitabçasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə təqdim etməklə həmin orqana müraciət etməlidir. Həmin inzibati orqan tərəfindən ona pensiya təyin edilməsi üçün mərhum əri X1 göstərilən vaxtda göstərilən müəssisələrdə işləməsinin sosial sığorta stajına daxil edilməsindən imtina edildikdə, o, bu öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin üzərinə qoyulması üçün Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Göründüyü kimi, qanun normalarının tələbinə əsasən bu işə Balakən Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı əsası ilə iddianın yolverilməzliyinə görə Ərizəçi mərhum əri X1 27.06.1980-cı ildən 15.08.1989-cu ilədək X4 və Bərpası Müəssisəsində sürücü, 1990 və 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş Azad (Lenin) kolxozunda işləməsi faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçiyə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum əri X1 27.06.1980-cı ildən 15.08.1989-cu ilədək X4 və Bərpası Müəssisəsində sürücü işləməsi ilə bağlı X4 və Bərpası Müəssisəsinin hüquqi varisi X5 Mühafizəsi və Bərpası Müəssisəsindən aldığı müvafiq sənədi və 1990 və 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş Azad (Lenin) kolxozunda işləməsini təsdiq edən Azərbaycan Respublikası Dövlət Arxivinin Balakən rayon şöbəsi tərəfindən verilmiş müvafiq arxiv arayışı və ya arxiv çıxarışını və ya əmək kitabçasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə təqdim etməklə həmin orqana müraciət etməsi, həmin inzibati orqan tərəfindən ona pensiya təyin edilməsi üçün mərhum əri X1 göstərilən vaxtlarda göstərilən müəssisələrdə işləməsinin sosial sığorta stajına daxil edilməsindən imtina edildikdə, bu öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin üzərinə qoyulması üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı əsası ilə iddianın yolverilməzliyinə görə Ərizəçi mərhum əri X1 27.06.1980-cı ildən 15.08.1989-cu ilədək X4 və Bərpası Müəssisəsində sürücü, 1990 və 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş Azad (Lenin) kolxozunda işləməsi faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum əri X1 27.06.1980-cı ildən 15.08.1989-cu ilədək X4 və Bərpası Müəssisəsində sürücü işləməsi ilə bağlı X4 və Bərpası Müəssisəsinin hüquqi varisi X5 Mühafizəsi və Bərpası Müəssisəsindən aldığı müvafiq sənədi və 1990 və 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş Azad (Lenin) kolxozunda işləməsini təsdiq edən Azərbaycan Respublikası Dövlət Arxivinin Balakən rayon şöbəsi tərəfindən verilmiş müvafiq arxiv arayışı və ya arxiv çıxarışını və ya əmək kitabçasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə təqdim etməklə həmin orqana müraciət etməsi, həmin inzibati orqan tərəfindən ona pensiya təyin edilməsi üçün mərhum əri X1 göstərilən vaxtlarda göstərilən müəssisələrdə işləməsinin sosial sığorta stajına daxil edilməsindən imtina edildikdə, bu öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin üzərinə qoyulması üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar