Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-885/2020 08.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə, fərdi yaşayış evindən istifadə və evə sahiblik hüquqlarının həyata keçirilməsi, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Püştətala kəndində yerləşən Cavabdeh2 məxsus olmuş, 1971-ci ildə inşa edilmiş, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, həmin fərdi yaşayış evindən istifadə və evə sahiblik hüquqlarının həyata keçirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Püştətala kəndində yerləşən, Cavabdeh2 məxsus olmuş 1971-ci ildə inşa edilmiş, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, həmin fərdi yaşayış evindən istifadə və evə sahiblik hüquqlarının həyata keçirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə yaşayış yerindən arayışlar və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənməsinə dair qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun mübahisələndirildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə əsasən məhkəməyə verilən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 152-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-885/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-885/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver