Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-888/2020 10.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi anadan mənşəyinin müəyyən olunması və atalıq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 1955-ci ildə Balakən rayonu Şambul kəndində doğulmuş Ərizəçi anadan-X1 mənşəyinin müəyyən olunması, X22 Ömər oğlundan atalıq faktının müəyyən olunması, eyni zamanda X22 Ömər oğlu, anası X5 olmaqla xx xxxx 1955-ci ildə Balakən rayonu Şambul kəndində doğulmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1955-ci ildə Balakən rayonu Şambul kəndində X2 doğulması və mərhum Qədirov Əli Ömər oğlunun onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndində yaşayır. xx.xx.1955-ci ildə Balakən rayonu Şambul kəndində doğulmuşdur. X22 Ömər oğlu, anası X6 olmuşdur. Hər ikisi ölmüşdür. xx xxxxx 1988-ci il tarixdə X10 ilə evlənmişdir. Anadan olduğu vaxt doğumu qeydə alınmamışdır. Birgə nikahlarından xx.xx.1989-cu il tarixdə X8, xx.xx.1990-cı il tarixdə X3 və xx.xx.1999-cu il tarixdə X16 adında üç uşağı olmuşdur. X21 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2020-ci il tarixli sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Doğum haqqında şəhadətnaməsi olmadığına görə ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. O, Maraqlı şəxsnə özü üçün doğum haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmiş, lakin onun barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Buna görə də Maraqlı şəxs doğumun qeyd edilməsi üçün heç bir sənəd olmadığından həmin sənədi verməkdən imtina edir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də yuxarıda qeyd olunan sənədlərin əsasında doğumun qeyd edilmə faktının müəyyən edilməsi istəyir. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş vəməhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Həqiqətən Ərizəçi X22 Ömər oğlu, anası isə X6 olmuşdur.Ərizəçi X22 Ömər oğlu ilə anası X6 arasında rəsmi nikah olmamışdır. Ərizəçi xx xxxx 1955-ci il tarixdə Balakən rayonunun Şambul kəndində X2 doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində qeyd etdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şambul kənd sovetitərəfindən verilmiş xx xxxxx 1988-ci il tarixli, İV JQ seriyalı, 314923 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9rasında nikah Balakən rayon Şambul kənd sovetində xx xxxxx 1988-ciil tarixdə 06 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Qədirova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Şambul kənd soveti və kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 1989-cu il tarixdə verilmiş Xİİİ-JQ seriyalı, 376127 №-li, xx xxxxx 1990-cı il tarixdə verilmiş XV-JQ seriyalı, 280708 №-li və xx xxx 1999-cu il tarixdə verilmiş İ-AZ seriyalı, 017134 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə X7 birgə nikahlarından xx.xx.1989-cu ildə X8, xx.xx.1990-cı ildə X4 və xx.xx.1999-cu ildə X16 anadan olmuş, ataları Ərizəçi, anaları X11 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X13 tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 061 №-li arayışdan görünür ki, Ərizəçi xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilədək cəza müddətini çəkib və Azərbaycan Respublikası Prezidentimnin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən xx.xx.2020-ci il tarixdə Şəki PM-dən azad olunub. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 277 №-li arayışdan görünür ki, Ərizəçi həqiqətən Şambul kənd sakinidir, 13.03. 1955-ci ildə Balakən rayonu Şambul kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/76-466-05/15 №-li məktubda göstərilir ki, Maraqlı şəxsnə xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, təqdim etdiyi sənədlərə əsasən doğumunun şöbə tərəfindən qeydə alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nm təsdiq edilməsi haqqında xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.5.1 -ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 862 №-li akt qeydindən görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 1952-1958-ci illərə dair ilkin, 1956-2020-ci illərə dair isə bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 863 №-li akt qeydindən görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 1960-xx.xx.2020-ci illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 504 №-li arayışdan görünür ki, Berenqov Əli Ömər oğlu həqiqətən Qədirov Əli Ömər oğlu ilə eyni şəxsdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş 17 №-li ölüm haqqında akt qeydindən görünür ki, Berenqov Əli Ömər oğlu xx xxxxxx 1982-ci ildə ölmüşdür. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 502 №-li arayışdan görünür ki, X6 həqiqətən 1937-ci il tarixdə Şambul kəndində anadan olmuşdur. Şambul kəndində qeydiyyatda olmuş və yaşamışdır. 1960-cı ildə Şambul kəndində ölmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçixx.xx.1955-ci ildə Balakən rayonu Şambul kəndində doğulmuş, X22 Ömər oğlu, anası isə X6 olmuşdur. Ərizəçinin X22 Ömər oğlu ilə anası X6 arasında rəsmi nikah bağlanmamışdır. Ərizəçixx xxxxx 1988-ci ildə X10 ilə evlənmişdir. Ərizəçixx xxxx 1955-ci ildə Balakən rayonu Şambul kəndində X2 doğulmuşdur. Ərizəçi doğulması ilə bağlı Maraqlı şəxsndə heç bir qeyd aşkar edilməmişdir. Qədirov Əli Ömər oğlu xx xxxxxx 1982ci ildə, X6 isə 1960-cı ildəölmüşdür. Ərizəçi Maraqlı şəxsnə doğum haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmiş, lakin onun barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Buna görə də Maraqlı şəxs Ərizəçi doğumunun qeyd edilməsi üçün heç bir sənədi olmadığından həmin sənədi verməkdən imtina etmişdir. Ərizəçinin doğum və atalıq faktlarının qeydiyyatını təsdiq edən sənədi başqa qaydada almaq mümkün deyildir. Göstərilən faktların müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1 və 53.2-ci maddələrinə əsasən uşaq ad, ata adı və soyadı daşımaq hüququna malikdir; uşağa ad valideynlərinin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46-53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi xx xxxx 1955-ci ildə Balakən rayonu Şambul kəndində X2 doğulması və mərhum Qədirov Əli Ömər oğlunun xx xxxx 1955-cidoğulmuş Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi xx xxxx 1955-ci ildə Balakən rayonu Şambul kəndində X2 doğulması və mərhum Qədirov Əli Ömər oğlunun xx xxxx 1955-ci doğulmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-888/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-888/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver