Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-896/2020 23.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X2 qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 1.36 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Musayev Elvin İlqar oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Sarıbulaq kəndində yerləşən 1.36 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, Musayev Elvin İlqar oğlu məhkəməyə ərizə göndərərək cavabdeh X2 qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 1.36 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mübahisəni məhkəmədənkənar həll edilməsi barədə razılığa gəldiklərini, iddiadan imtina etdiklərini göstərərək işin icraatına xitam verilməsini xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə iş izrə icraata xitam verir. Məhkəmə, iddiaçıların cavabdehlə mübahisəni məhkəmədənkənar həll etdiklərinə görə iddiadan imtina etmələrini, qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Mahamarasul qızı, İddiaçı3 cavabdeh X1 qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 1.36 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddialarından imtinaları qəbul edilməli, işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1, 263-264 və 268.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, Musayev Elvin İlqar oğlunun cavabdeh X1 qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 1.36 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddialarından imtinaları qəbul edilsin, mülki işin icraatına xitam verilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-896/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-896/2020
23.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver