Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-9/2024 16.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, cavabdeh X3 və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Kortala kəndində yerləşən 9997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsindən cavabdeh X6 çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, darvazanın ona məxsus torpaq sahəsindən kənara çəkilməsi, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Kortala kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayonu Kortala kəndində aparılan torpaq islahatı ilə əlaqədar ailə üzvlərinə Balakən rayonu Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 27 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.61 ha pay torpaq sahəsi və 997.24 kvm torpaq sahəsi verilmişdir. 1.61 ha torpaq sahəsinə JN 380 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı, 997.24 kvm torpaq sahəsinə isə A № 170217 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. 997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsini cavabdeh X7 qanunsuz olaraq istifadə edir. Belə ki, cavabdehlə sərhəddə 70-80 sm məsafə saxlamaqla həyətdə təsərrüfat tikilisi inşa etmişdir. Onun arxa barısı isə cavabdehə məxsus həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Həmin ərazi sim məftillə hasarlanmışdır. Lakin bir neçə ay olar ki, cavabdeh X7 onunla sərhəddə yerləşən sim məftilləri açaraq ona məxsus olan 0.0031 ha torpaq sahəsini özünün həyətyanı torpaq sahəsinə bitişdirmişdir. Eyni zamanda ona məxsus olan torpaq sahəsinin giriş hissəsinə 1 metr enində keçid darvazası qoymuşdur. Bununla bağlı Kortala kənd Bələdiyyəsinə, Kortaa kənd İnzibati Ərazi Dairəsinə və digər aidiyyəti orqanlara yazılı və şifahi müraciətlər etmişdir. Kortala Bələdiyyəsində 16 oktyabr 2019-cu il tarixdə belə bir halın baş verməsi ilə AKT tərtib edilmişdir. Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 27 nömrəli qərarı ilə ailə üzvlərinə verilmiş 997.24 kvm torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi 29 dekabr 2020-ci il tarixli cavab məktubu göndərərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərmişdir. Bildirişdə qeyd edilmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki invetarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evi ona və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində yerləşir. Bundan başqa təqdim olunan sənəd üzrə 0.0997 ha torpaq sahəsi faktiki 0.0031 ha azdır. Buna görə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hazırda həmin torpaq sahəsi X7 tərəfindən istifadə olunur. X5 həmin torpaq sahəsini boşaltması, torpaq sahəsinin sim məftil çəkilməklə əvvəlki vəziyyətinə gətirilməsi və 1 metr enində olan keçid qapısının çıxarılması ilə bağlı müraciət etsə də, cavabdeh ona və ailə üzvlərinə məxsus olan torpaq sahələrini zəbt etməkdə davam edir. Torpaq sahəsindən çıxması ilə əlaqədar X5 dəfələrlə müraciət etmişlər. Cavabdeh isə torpaq sahəsindən çıxmaq istəmir. 0.0031 ha həyətyanı torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsinin giriş hissəsində yerləşən keçid qapısının götürülməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə cavabdeh tərəfindən son qoyulması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X7 və onun nümayəndəsi-vəkili iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan JN-380 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X17 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə Balakən rayonu Kortala kəndində yerləşən 1.61 ha kənd təərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X4, X12 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli Aktın surətindən görünür ki, Kortala kənd sakini İddiaçı şikayəti əsasında İddiaçı həyətyanı torpaq sahəsinin qabaq hissəsi ölçülmüş, ölçü zamanı aşağıdakı qonşu Orucov Sahibin sərhəddindən yuxarıdakı qonşu X1 kimi ölçdükdə 40,9 metr olduğu müəyyən edildi. Həyətyanı torpaq sahəsinin ölçüsü plan cizgisinə əsasən onun yerinin qabaq hissəsi uzunluğu 42,18 metr olduğu görünür. İddiaçı qonşusu Məzahirlə sərhəddə həyət evi üçün bina tikərkən aralıqda özünün deməyinə görə 70-80 sm məsafə qoyaraq binanı özünün həyətinə doğru çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏMK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Balakən rayonu Kortala kəndində 0,0997 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********).Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırrna işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evi ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində yerləşir. Bundan başqa, təqdim olunan sənəd üzrə 0,0997 ha torpaq sahəsi faktiki 0,0031 ha-dan azdır.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.01-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.12-ci maddəsinə əsasən Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 24 fevral 2020-ci il tarixli, 02-213 nömrəli məktubdan görünür ki, qonşusu X7 ilə aralarında uzun müddət davam edən torpaq (qonşu ilə sərhəddin dəqiq müəyyən edilməsi) mübahisəsi vardır. Mübahisənin həlli, həmçinin ona məxsus torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün müraciət etdiyi dövlət orqanları tərəfindən ona köməklik göstərilmədiyindən rayon icra hakimiyyətinin onlara müvafiq göstəriş verməsi barədə xahişi ilə əlaqədar bildirilir ki, qanunvericiliyə müvafiq olaraq fəaliyyətindən narazı qaldığı təşkilatların yuxarı orqanına və ya məhkəməyə müraciət etməlidir. Eyni zamanda qonşusu ilə mübahisəni öz aralarında həll etmələri, bu mümkün olmadıqda isə məhkəməyə müraciət etməsi tövsiyə edilir. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli Aktdan görünür ki, X3 ərizəsinə əsasən onunun həyətyanı torpaq sahəsininin yolun kənarında olan qabq hissəsi ölçülmüşdür. Ölçü zamanı müəyyən edilmişdir ki, yolun kənarında X2 İddiaçı sərhəddinə kimi eni 32,7 metr olmuşdur. Plan ölçü sxemində həyətyanı torpaq sahəsinin eni 33,42 metr göstərilir. İş materiallarında olan X16 Kitabında 01 iyul 2009-cu il tarixdə A 170217 № ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə Balakən rayonu Kortala kəndində yerləşən 997.24 kv.metr həyətyanı torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş X16 Kitabında 01 iyul 2009-cu il tarixdə A 170216 № ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə Balakən rayonu Kortala kəndində yerləşən 993.79 kv.metr həyətyanı torpaq sahəsi X3 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli 10/2477 nömrəli vəsatətində göstərilir ki, 2(019)-458/2021 №-li mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən aşağıda göstərilən əlavə materialların təqdim edilməsi xahiş olunur:-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem. Vəsatətin verilmə səbəbi: Mübahisəli torpaq sahələrinə dair baza və arxiv məlumatlarının əldə edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli № 10/2477 nömrəli məlumatında göstərilir ki, 2(019)-458/2021 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə xx.xx.2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Tövsiyyə olunur ki, mülki iş təkrarən mərkəzə qaytarılacağı halda, təkrarlanan lüzumsuz yazışmaların aradan qaldırılması məqsədi ilə xx.xx.2021-ci il tarixli vəsatətdə göstərilən məlumat və materiallar əvvəlcədən toplanaraq iş materiallarına əlavə edilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli 10/6201 nömrəli vəsatətində göstərilir ki, 2(019)-458/2021 №-li mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən aşağıda göstərilən əlavə materialların təqdim edilməsi xahiş olunur:-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem. Vəsatətin verilmə səbəbi: Mübahisəli torpaq sahələrinə dair baza və arxiv məlumatlarının əldə edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli № 10/6201 nömrəli məlumatında göstərilir ki, 2(019)-458/2021 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə xx.xx.2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/1575 nömrəli vəsatətində göstərilir ki, 2(019)-27/2022 №-li mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən aşağıda göstərilən əlavə materialların təqdim edilməsi xahiş olunur:-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem. Vəsatətin verilmə səbəbi: Mübahisəli torpaq sahələrinə dair baza və arxiv məlumatlarının əldə edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli № 10/1575 nömrəli məlumatında göstərilir ki, 2(019)-27/2022 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli 10/4412 nömrəli vəsatətində göstərilir ki, 2(019)-27/2022 №-li mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən aşağıda göstərilən əlavə materialların təqdim edilməsi xahiş olunur:-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem. Vəsatətin verilmə səbəbi:Mübahisəli torpaq sahələrinə dair baza və arxiv məlumatlarının əldə edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli № 10/4412 nömrəli məlumatında göstərilir ki, 2(019)-27/2022 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 10/7310 nömrəli vəsatətində göstərilir ki, 2(019)-27/2022 №-li mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən aşağıda göstərilən əlavə materialların təqdim edilməsi xahiş olunur:-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem. Vəsatətin verilmə səbəbi: Mübahisəli torpaq sahələrinə dair baza və arxiv məlumatlarının əldə edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli № 10/7310 nömrəli məlumatında göstərilir ki, 2(019)-27/2022 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə 14 noyabr 2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli 10/2888 nömrəli vəsatətində göstərilir ki, 2(019)-10/2023 №-li mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən aşağıda göstərilən əlavə materialların təqdim edilməsi xahiş olunur:-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem. Vəsatətin verilmə səbəbi:Mübahisəli torpaq sahələrinə dair baza və arxiv məlumatlarının əldə edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli № 10/2888 nömrəli məlumatında göstərilir ki, 2(019)-10/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə 04 may 2023-cü il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin Balakən Rayon Məhkəməsinə ünvanladığı 25 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı iddia tələbi ilə bağlı torpaq sahəsinə baxış keçirilməsi barədə müraciətə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində Elektron kadastr məlumat bazası Şəki və Qax rayonlarını əhatə edir. Həmçinin 12 saylı Şəki Ərazi İdarəsi Şəki və Qax rayonları üzrə fəaliyyət göstərir. Qeyd olunanları və tədqiqat obyektinin Balakən rayonunda yerləşdiyini nəzərə alaraq müraciətin icrası üçün aidiyyəti üzrə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli №3-16-16/2-10/6447 nömrəli məlumatında göstərilir ki, 2(019)-10/2023№-li mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq mütəxəssislər tərəfindən tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarından həmçinin görünür ki, məhkəmə tərəfindən iddianın predmetinə dair dəfələrlə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsi üçün həmin xidmətin məktubu və smetası hər dəfə İddiaçı təqdim edilmiş, lakin İddiaçı hər dəfə ekspertizasının aparılması üçün tələb olunan xərcləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinə ödəməmiş və nəticədə ekspertizanı keçirmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin, cavabdehin və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, JN-380 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X21 əsasən Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə Balakən rayonu Kortala kəndində yerləşən 1.61 ha kənd təərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X4, X12 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Kortala kəndində yerləşən 9997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsindən cavabdeh X6 çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, darvazanın ona məxsus torpaq sahəsindən kənara çəkilməsi, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2021ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, hər dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert vəsatətləri ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin göndərilməsi xahiş olunmuş, ekspertizasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsi üçün həmin xidmətin məktubu və smetası hər dəfə İddiaçı təqdim edilmiş, lakin İddiaçı hər dəfə ekspertizasının aparılması üçün tələb olunan xərcləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinə ödəməmiş və nəticədə ekspertizanı keçirmək mümkün olmamışdır. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə istinad edilməklə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb etmsəsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İş üzrə sübutların qiymətləndirilməsini həyata keçirən məhkəmə onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Azərbaycan Respublikası MPM-nin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 97.4-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədr xərclər ödənilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördkləri işlər ekspertlərin və mütəxəsislərin xidməti vəzifələrinə aid deyildirsə, onları gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. İddia ərizəsindən və ümumən iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı yönəlmiş Balakən rayonu Kortala kəndində yerləşən 9997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsindən cavabdeh X6 çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, darvazanın ona məxsus torpaq sahəsindən kənara çəkilməsi, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbi ilə bağlı məhkəmənin həll etməli olduğu məsələlər xüsusi bilik tələb edir. Məhz bu səbəbdən məhkəmə tərəfindən iddia tələbi üzrə xüsusi bilik tələb olunan sualları- Cavabdeh tərəfindən iddiaçıya məxsus olduğu göstərilən Balakən rayonu Kortala kəndində yerləşən 9997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsindən qanunsuz istifadə edib-etməməsi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində darvaza qoyub-qoymaması, cavabdeh tərəfindən iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlər və qəsdlərə yol verib-verməməsi və sair sualları izah etmək üçün məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, hər dəfə Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin ekspertiza vəsatətləri ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.3-cü maddəsinə və «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin koordinatları, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin göndərilməsi xahiş olunmuş, ekspertizasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsi üçün həmin xidmətin məktubu və smetası hər dəfə İddiaçı təqdim edilmiş, lakin İddiaçı hər dəfə ekspertizasının aparılması üçün tələb olunan xərcləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinə ödəməməklə ekspertizanın keçirilməsinə mane olunmuş və nəticədə həmin ekspertizanı keçirmək mümkün olmamışdır. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə istinad edilməklə 6 dəfə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Yəni İddiaçı iddianın qanuni və ədalətli həlli üçün təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə mane olmuş, belə kimi, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəməmişdir. Halbuki qanuna görə ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmək və bununla ekspertizanın keçirilməsini təmin etmək iddiaçının vəzifəsidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası da iddia tələbinə aid sualları izah etmək, yəni həqiqətən də iddia tələbinin əsaslandırıldığı cavabdehin iddiaçıya məxsus 9997.24 kvmetr torpaq sahəsinin 0.0031 ha hissəsindən qanunsuz istifadə edib-etməməsi, istifadə etdiyi təqdirdə hansı hissədə və hansı koordinatlarda istifadə etməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması üçün əsasların olub-olmaması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində darvaza qoyubqoymaması və sair məsələlərin həlli üçün təyin edilmişdir. İddia tələbinin əsaslandırıldığı halları sübut etmə yükü isə birmənalı şəkildə iddiaçının üzərinə düşür. Belə olan halda qanunun fəlsəfəsinə görə iddia tələbinin əsaslandırıldığı hallara dair sualların izahı üçün təyin edilmiş ekspertizanın keçirilməsi məqsədilə müvafiq mütəxəssis xərcini də iddiaçı ödəməlidir. İddiaçı isə ekspertizanın keçirilməsi üçün tələb olunan xərcləri ödəməmiş və bununla da ekspertizanın keçirilməsinə mane olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə iş materiallarına istinadən Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən iddia tələbi üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilən Balakən rayonu Kortala kəndində yerləşən 9997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsindən cavabdeh X6 qanunsuz istifadə etməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, darvazanın iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə cavabdehin qərəzli hərəkətlər və qəsdlər etməsi faktını rədd edilmiş hesab edir. İş üzrə iddiaçı və onun nümayəndəsi-vəkili İddiaçı Balakən rayonu Kortala kəndində yerləşən 9997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsinin cavabdeh X8 tərəfindən qanunsuz istifadə edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi zərurəti, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində darvaza yerləşdirməsi və həmin darvazanın iddiaçıya məxsusluğu göstərilən torpaq sahəsindən kənara çəkdirilməsi, iddiaçının həmin torpaq sahəsinə sahib olması və ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlər və qəsdlər etməsini və bununla iddianın əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı Balakən rayonu Kortala kəndində yerləşən 9997.24 kvm torpaq sahəsinin 0.0031 ha hissəsindən cavabdeh X6 çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, darvazanın ona məxsus torpaq sahəsindən kənara çəkilməsi, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-9/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-9/2024
16.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver