Məhkəmə qərarları › İş №2(019)-906/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-906/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-906/2021 25.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, cavabdeh və azyaşlı cavabdehlər X1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhəmməd qızı cavabdehlər Cavabdeh1, Abduyeva Arzum Fərhad qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakdan istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 oğlunun onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki,o, ünvan 2 ünvanında yerləşən 0.0232 ha torpaq sahəsini və orada inşa edilmiş ümumi sahəsi 20 kv.m olan fərdi yaşayış evini 8000 (səkkiz min) manat, torpaq sahəsi isə 3000 (üç min) manat ,ümumi 11000 (on bir min) manata 19.12.2019-cu il tarixində Balakən rayonu notariat ofisində, Balakən rayon sakini X3 ilə alqı-satqı müqaviləsi bağlayaraq almış və 15.01.2020-ci il tarixində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan öz adına çıxarış almışdır. Həmin əmlak tam pay hüququ ilə onun xüsusi mülkiyyətində olmasına baxmayaraq ona məlum olmayan səbəbdən əvvəllər həmin əmlaka qeydiyyata düşmüş, Cavabdeh1, X4, Cavabdeh3 həmin evdən çıxmırlar. Belə olan halda isə onun həmin əmlaka dair sərəncam vermək hüququ pozulur.Ona görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Hacı qızı iddianı qəbul edərək izahatında göstərdi ki, digər cavabdehlər X4 və Cavabdeh3 onun uşaqlarıdır. X4 11 sentyabr 2020-ci il tarixdə, Cavabdeh3 isə 10 iyun 2012-ci ildə anadan olmuşdurlar. Onlar ikisi də azyaşlıdırlar. ünvan 2 ünvanında yerləşən ev onun anası evi olmuşdur. 2019-cu ildə həmin ev satılmışdır. O,başqa yaşayış yeri olmadığına görə həmin evdən çıxmır. Buna baxmayaraq iddianı qəbul edir. İddianın təmin edilməsinə etirazı yoxdur. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.01.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.0232 ha həyətyanı sahəsi olan ümumi sahəsi 20 kv.m-dən ibarət fərdi yaşayış evi 15.01.2020-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 18 iyun 2021-ci il tarixli 109-13938M-3220 nömrəli məktubdan görünür ki, İddiaçı Məhəmməd qızının Balakən RPŞ-nə 11.06.2021-ci il tarixdə yazmış olduğu ərizə təmin edilməmiş, Cavabdeh1, X1 və Cavabdeh3 evdən daimi pasport qeydiyyatından çıxarılmaları üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan 19 dekabr 2019-cu il tarixli AN –İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X3 mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 0.0232 ha torpaq sahəsini və ümumi sahəsi 20 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ünvan 3 ünvanda olan 0.0232 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 20 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 həmin evə heç bir hüquqları olmadığı halda həmin evdən çıxmırlar. Bu hal iddiaçının hüquqlarını pozduğundan o,hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırda iddianı etiraf edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 -cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2011-ci ildə yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə işin hallarını, ünvan 3 ünvanda olan 0.0232 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 20 kv/m olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 həmin evə heç bir hüquqlarının olmamasını, onların iddianı etiraf etmələrini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda olan 0.0232 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 20 kv.m olan fərdi yaşayış evindən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda olan 0.0232 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 20 kv/m olan fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar