Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-916/2020 13.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi ASC «xxxx» Bankının nümayəndəsi X2 iştirakı ilə ASC «xxxx» Bankının notariat hərəkətlərin aparılmasından imtinaya dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ASC «xxxx» Bankı notarial hərəkətlərin aparılmasından imtinaya dair şikayət üzrə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Bank tərəfindən Maraqlı şəxsnə təqdim edilmiş xx.xx.2018-ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə əlavə sazişin adında “xx.xx.2018-ci il tarixli, **********6618/İM №-li İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözləri dəyişdirilmədən həmin əlavə sazişin təsdiq edilməsinə dair öhdəliyin Maraqlı şəxs üzərinə qoyulması və iddia ərizəsinin verilməsinə görə müəyyənləşdirilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin Maraqlı şəxsndən ərizəçinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ASC «xxxx» Bankının nümayəndəsi X3 iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, ərizəçi ASC «xxxx» Bankı (bundan “Bank” adlandırılacaq) tərəfindən Maraqlı şəxsnə (bundan sonra “Notariat ofisi” adlandırılacaq) müraciət edilərək, xx.xx.2018-ci il tarixli, **********16618 №-li Kredit müqaviləsi üzrə borc alan “xxxxxxxx” MMC-nin öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək məqsədilə bağlanmış xx.xx.2018-ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə (bundan sonra “İpoteka müqaviləsi” adlandırılacaq) 01 №-li Əlavə sazişin notariat qaydasında təsdiq edilməsi xahiş olunmuşdur. Lakin Notariat ofisi tərəfindən bildirilmişdir ki, qeyd edilən Əlavə sazişin notariat qaydasında təsdiq edilməsi qanunvericilik baxımından düzgün deyildir, çünki qanunvericilikdə “Əlavə saziş” anlayışı nəzərdə tutulmamışdır. Buna görə də həmin əqdin təsdiq edilməsi yalnız “İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözlərinin “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 №-li müqavilə” sözləri ilə əvəz edilməsindən sonra mümkün ola bilər. Daha sonra Bank tərəfindən xx.xx.2020-ci il tarixli, 129 №-li ərizə ilə Notariat ofisinə yuxarıda qeyd edilən əsasla notariat hərəkətlərinin aparılmasından imtina olunmasının qanunsuz olması bildirilmiş və bəhs edilən Əlavə sazişin təsdiq edilməsi xahiş olunmuşdur. Lakin Notariat ofisi “Əlavə saziş” adı ilə İpoteka müqaviləsinə dəyişikliklərin edilməsinə dair əqdin təsdiqinin mümkünsüz olduğunu “əsaslandırmaq” üçün xx.xx.2020-ci il tarixli, 281 №-li cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlandırılacaq) 423.1 -ci maddəsinə görə “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın (bundan sonra “Təlimat” adlandırılacaq) 42-ci bəndinin 1 -ci hissəsində göstərilir ki, Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Notariat ofisi göstərilənlərə əsaslanaraq bildirmişdir ki, qanunun tələblərini rəhbər tutaraq, bank tərəfindən təqdim edilən Əlavə saziş tələb olunan müqavilə formasında yazılmalı, yəni “İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözləri “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 №-li müqavilə” sözləri ilə əvəz edilməlidir və bundan sonra həmin əqd təsdiq olunacaqdır Göründüyü kimi, Notariat ofisi göstərilən mülki hüquq normasının təfsirində səhvə yol vermiş və hesab etmişdir ki, müqavilənin forması dedikdə, elə “Müqavilə” sözü başa düşülür. Başqa cür desək, əgər bağlanmış əqd “Müqavilə” adlanırsa, ona dəyişiklik və ya ləğv edilməsinə dair əqd də “Müqavilə” adlanmalıdır. Halbuki Mülki Məcəllənin 406-cı maddəsinə (“Müqavilənin forması”) əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329-cu maddəsi ("Əqdlərin formaları”) isə əqdlərin formalarını müəyyənləşdirərkən əqdlərin şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlana bildiyini göstərir. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, müqavilənin forması anlayışı müqavilənin şifahi və ya yazılı şəkildə bağlana biləcəyini ifadə edir. Deməli, qeyd edilən anlayış Notariat ofisinin tələbinin əksinə olaraq “müqaviləyə dəyişiklik edilməsinə dair əqdin mütləq şəkildə müqavilə adlandırılmalı olduğunu” nəzərdə tutmur. Bundan başqa, Notariat ofisi yuxarıda qeyd edilən cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»a (bundan sonra “Təlimat” adlandırılacaq) edilmiş xx.xx.2018-ci il tarixli, 261 №-li dəyişikliklə həmin Təlimatdan “Əlavə saziş” sözü çıxarılaraq, “müqaviləyə dəyişiklik edilməsi barədə müqavilə” və “müqavilənin ləğv edilməsi barədə müqavilə” sözləri ilə əvəz olunmuşdur. Buna görə də, İpoteka müqaviləsinə dəyişiklik edilməsinə dair müvafiq əqd yalnız həmin Təlimatla tələb olunan “formada” təsdiq ediləcəkdir. Yəni həmin əqd təsdiq edilməmişdən əvvəl “İpoteka müqaviləsinə Əlavə saziş” sözləri “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə” sözləri ilə əvəz olunmalıdır. Notariat ofisinin belə bir tələb irəli sürməsi birinci növbədə Mülki Məcəllənin müddəalarına ziddir. Əvvəla ona görə ki, yuxarıda göstərildiyi kimi, müqavilənin bağlanması üçün tələb olunan formalar Təlimatla deyil, qanunla müəyyən olunur. Ona görə də Təlimatda “Saziş” sözünün "Müqavilə” sözü ilə əvəz olunması müqavilənin tələb olunan formasının dəyişdirilməsini bildirmir. Bundan əlavə, Mülki Məcəllədə “Saziş” sözündən istifadə edilməsə də, “Razılaşma” sözündən geniş istifadə olunur. Misal üçün Mülki Məcəllənin 424.3-cü maddəsində qeyd olunur ki, “Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Bundan əlavə, Notariat ofisinin istinad etdiyi Mülki Məcəllənin 423.1-ci maddəsində də məhz “Razılşma” sözündən istifadə olunmuşdur. Lakin Notariat ofisinin mövqeyindən çıxış edəndə belə qənaətə gəlmək olar ki, müqaviləyə dəyişiklik edilməsi və ya ləğv edilməsi barədə əqd bağlayarkən onu “Razılaşma” da adlandırmaq olmaz. Qeyd olunanlar Notariat ofisinin bəhs edilən məsələyə yanaşmasının yanlış olduğunu göstərir. Notariat ofisi ən azından nəzərə almalı idi ki, Mülki Məcəllə mülki hüquq subyektləri arasında yaranan müqavilə münasibətlərinin böyük əksər hissəsini dispozitivlik prinsipi əsasında tənzimləyir. Yəni onlara iradə sərbəstliyi, müqavilənin məzmununu, onun şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən “fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.” Həmin Məcəllənin 390-cı (“Müqavilə azadlığı”) maddəsinə görə “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” Qeyd olunanlardan göründüyü kimi, tərəflər müqavilənin məzmununu müəyyənləşdirməkdə sərbəstdirlər və bura müqavilənin, o cümlədən də müqaviləyə dəyişiklik edilməsi barədə əqdin “Saziş” və ya “Əlavə saziş” adlandırılması imkanı da daxildir. Məlum cavab məktubunda həmçinin göstərilmişdir ki, Notariat ofisi həmin Əlavə sazişi təsdiq etməkdən imtina etmir, sadəcə qanunla tələb edilən formada bunu edəcəkdir. Maraqlı şəxs tərəfindən yuxarıda göstərilən Əlavə sazişin bank tərəfindən təqdim olunduğu şəkildə təsdiq edilməməsi müvafiq notariat hərəkətinin aparılmasından imtina kimi qəbul edilməlidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda isə görmək olur ki, maraqlı şəxsin tələbi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı, 45-ci maddələrinə də ziddir. Belə ki, Notariat ofisinin bank tərəfindən əqdin bağlanması üçün təqdim edilən sənəddə qüsur kimi qeyd etdiyi hal (müqaviləyə dəyişiklik edilməsinə dair əqdin “müqavilə” əvəzinə “Əlavə saziş” adlandırılması) yuxarıda qeyd edilən qanunun 40-cı maddəsi (“Notariat hərəkətləri aparmaqdan imtina edilməsi”) ilə müəyyən edilmiş notariat hərəkətlərin aparılmasından imtina edilməsi əsaslarından heç birinə aid deyildir. Həmin Qanunun 45-ci maddəsinin tələblərinə (“Notariat qaydasında təsdiq edilən əqdlər”) görə notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Lakin bank tərəfindən müvafiq əqdin bağlanması üçün təqdim edilmiş sənədin məzmun baxımından hansı qanunun tələblərinə uyğun olmadığını notariat ofisi Banka təqdim etdiyi cavab məktubunda göstərə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edilir ki, Notariat ofisi xx.xx.2018-ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə 01 №-li Əlavə sazişin, onun mətnində hər hansı düzəliş aparılmadan təqdim olunduğu şəkildə təsdiq edilməsi üzrə qanunla üzərinə qoyulmuş öhdəliyi icra etməlidir. Qeyd edilənləri nəzərə alıb, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il tarixli, **********16618 saylı ipoteka müqaviləsindəngörünür ki, cavabdeh-ipoteka verən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC «xxxx» Bank ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli, **********16618 saylı ipoteka müqaviləsi əsasında Balakən şəhəri, H.Əliyev prospekti 54 ünvanında istifadədə olan 0.05912 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan kateqoriyasına (məqsədli təyinatına) yaşayış məntəqələrinin torpaqlarına (sahibkarlıq) aid olan 10.00 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 20861.80 kv.m Əmlak Kompleksi kimi müəssisəni iddiaçı «xxxx» Bank ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilənŞəki İnzibati Məhkəməsinin 2-1(116)- 1403/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı «xxxx» Bank ASC-nin Maraqlı şəxsnə qarşı “Bank tərəfindən Notariat ofisinə təqdim edilmiş xx.xx.2018ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə əlavə sazişin adında “xx.xx.2018ci il tarixli, **********6618/İM №-li İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözləri dəyişdirilmədən həmin əlavə sazişin təsdiq edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin verilməsinə görə müəyyənləşdirilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin cavabdehdən tutulması” tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçıya hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən «xxxx» Bank ASC-nin “Zaqatala” filialının direktoru Nümayəndə tərəfindən Balakən rayonu Notariat ofisinin xüsusi notariusu X1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 129 nömrəli ərizəsində göstərilmişdir ki,məlum olduğu kimi, ASC “xxxx" Bankı (Kreditor) ilə «xxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (Borc alan) arasında xx.xx.2018-ci il tarixdə Kredit müqaviləsi, həmin müqavilənin təminatı qismində isə xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən İpoteka müqaviləsinin notariat qaydasında təsdiqi notarius tərəfindən aparılmışdır. Bildirilir ki, İpoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 01 №-li Əlavə saziş hazırlanmış və notariat qaydasında təsdiq edilməsi üçün Balakən rayonu Notariat ofisinə müraciət edilmişdir. Lakin notarius tərəfindən onlara bildirilmişdir ki, qeyd edilən Əlavə sazişin notariat qaydasında təsdiq edilməsi qanunvericilik baxımından (qanunvericilikdə əlavə saziş anlayışı nəzərdə tutulmadığından) düzgün deyil və Əlavə sazişin təsdiq edilməsi yalnız “xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 01 №-li Əlavə saziş” sözünün “xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli 01 №-li dəyişikliklər edilməsi barədə müqavilə” sözləri ilə əvəz edilməsindən sonra mümkün ola bilər. Bununla bağlı ona bildirilir ki, qanunvericilikdə “müqaviləyə müqavilə" anlayışı da nəzərdə tutulmamışdır və belə bir anlayışın tələb olunması, buna görə Əlavə sazişin təsdiqindən imtina edilməsi tamamilə absurddur. Eyni zamanda diqqətinə çatdırılmışdır ki, AR Mülki Məcəlləsində əlavə saziş anlayışı birbaşa olaraq söstərilməsə də, digər qanunvericilik aktlarında bu anlayış öz əksini tapmışdır (məsələn: “Əsas tikintidə podrat müqavilələri haqqında” AR Nazirlər Kabinetinin Qaydalarının 3.1-ci bəndində və s). Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ondan bir daha xahiş edilir ki, “xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 01 №-li Əlavə sazis”in notariat qaydasında təsdiqini həyata keçirsin və qeyd edilən Əlavə sazişin notariat qaydasında təsdiqindən imtina etdiyi təqdirdə isə onlara məhkəmə və digər qaydada mübahisələndirmək üçün yazılı qaydada əsaslandırılmış imtina cavabı verilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Notariat ofisinin ASC «xxxx» Bankın “Zaqatala” filialının direktoru Nümayəndə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 281 nömrəli məktubunda göstərilmişdir ki, onların xx.xx.2020-ci il tarixli, 129 saylı müraciətinə cavab olaraq aşağıdakılar qeyd edilir. İlk olaraq bildirilir ki, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən “Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi muvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsində göstərilir ki, «Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 42-ci bəndinin 1-ci hissəsində isə deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir." Qanununun tələblərini rəhbər tutaraq təqdim edilən əqdin tələb olunan müqavilə formasında yazılacağı bildirilir. Əlavə olaraq nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000- ci il 11 sentyabr tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Notariat xx xxxx 2018-ci il tarixli, 261 №- li Qərarında həmin dəyişikliklər öz əksini tapmış və «Əlavə saziş» sözləri Təlimatdan çıxarılaraq, «müqaviləyə dəyişiklik edilməsi barədə müqavilə" və "müqavilənin ləğv edilməsi barədə müqavilə» sözləri ilə əvəz olunmuşdur. Göründüyü kimi, qanunvericilikdə ümumiyyətlə "müqaviləyə əlavə saziş» sözü yoxdur. Bütün bunlar nəzərə alınaraq bildirilir ki, xx.xx.2018- tarixli, 01№-li "Əlavə saziş" adlandırdıqları əqd müqaviləyə dəyişiklik edilməsi barədə müqavilə olmaqla həmin əqdin tələb olunan notariat qaydasında bağlanmasından imtina edilməmişdir və edilmir və həmin müqavilə Notariat haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələbləri rəhbər tutularaq qanunla tələb olunan formada bağlanacaqdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi ASC «xxxx» Bankı hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, ərizəçi ASC «xxxx» Bankı tərəfindən Maraqlı şəxsnə müraciət edilərək, xx.xx.2018-ci il tarixli, **********16618 №-li Kredit müqaviləsi üzrə borc alan “xxxxxxxx” MMC-nin öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək məqsədilə bağlanmış xx.xx.2018-ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə 01 №-li Əlavə sazişin notariat qaydasında təsdiq edilməsi xahiş olunmuşdur. Lakin Notariat ofisi tərəfindən bildirilmişdir ki, qeyd edilən Əlavə sazişin notariat qaydasında təsdiq edilməsi qanunvericilik baxımından düzgün deyildir, belə ki, qanunvericilikdə “Əlavə saziş” anlayışı nəzərdə tutulmamışdır. Buna görə də həmin əqdin təsdiq edilməsi yalnız “İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözlərinin “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 №-li müqavilə” sözləri ilə əvəz edilməsindən sonra mümkün ola bilər. Daha sonra Bank tərəfindən xx.xx.2020-ci il tarixli, 129 №-li ərizə ilə Notariat ofisinə yuxarıda qeyd edilən əsasla notariat hərəkətlərinin aparılmasından imtina olunmasının qanunsuz olması bildirilmiş və bəhs edilən Əlavə sazişin təsdiq edilməsi xahiş olunmuşdur. Lakin Notariat ofisi “Əlavə saziş” adı ilə İpoteka müqaviləsinə dəyişikliklərin edilməsinə dair əqdin təsdiqinin mümkünsüz olduğu bildirilərək, xx.xx.2020ci il tarixli, 281 №-li cavab məktubunda buna əsas kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1 -ci maddəsinə görə “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinin 1 -ci hissəsində göstərilir ki, Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Notariat ofisi göstərilənlərə əsaslanaraq nəzərə çatdırmışdır ki, qanunun tələblərini rəhbər tutaraq, bank tərəfindən təqdim edilən Əlavə saziş tələb olunan müqavilə formasında yazılmalı, yəni “İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözləri “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 №-li müqavilə” sözləri ilə əvəz edilməlidir və bundan sonra həmin əqd təsdiq olunacaqdır. Məhkəmə Maraqlı şəxs gətirdiyi bu əsasları qəbul etməyərək, qeyd edir ki, Notariat ofisi göstərilən mülki hüquq normasının təfsirində səhvə yol vermiş və hesab etmişdir ki, müqavilənin forması dedikdə, elə “Müqavilə” sözü başa düşülür. Yəni əgər bağlanmış əqd “Müqavilə” adlanırsa, ona dəyişiklik və ya ləğv edilməsinə dair əqd də “Müqavilə” adlanmalıdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406-cı maddəsinə (“Müqavilənin forması”) əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsi əqdlərin formalarını müəyyənləşdirərkən əqdlərin şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlana bildiyini göstərir. Qanun normasında göstərilən müqavilənin forması anlayışı müqavilənin şifahi və ya yazılı şəkildə bağlana biləcəyini ifadə edir. Məhkəmə nəzərə çatdırır ki, qeyd edilən anlayış Notariat ofisinin tələbinin əksinə olaraq, “müqaviləyə dəyişiklik edilməsinə dair əqdin mütləq şəkildə müqavilə adlandırılmalı olduğunu” nəzərdə tutmur. Bundan başqa, Notariat ofisi tərəfindən yuxarıda qeyd edilən cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»a istinad edilməklə, xx.xx.2018-ci il tarixli, 261 №-li dəyişikliklə həmin Təlimatdan “Əlavə saziş” sözünün çıxarılaraq, “müqaviləyə dəyişiklik edilməsi barədə müqavilə” və “müqavilənin ləğv edilməsi barədə müqavilə” sözləri ilə əvəz olunması göstərilməklə, İpoteka müqaviləsinə dəyişiklik edilməsinə dair müvafiq əqdin yalnız həmin Təlimatla tələb olunan “formada” təsdiq ediləcəyi, yəni həmin əqd təsdiq edilməmişdən əvvəl “İpoteka müqaviləsinə Əlavə saziş” sözləri “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə” sözləri ilə əvəz olunmalı olması barədə tələb irəli sürülməsi birinci növbədə Mülki Məcəllənin müddəalarına ziddir. Belə ki, müqavilənin bağlanması üçün tələb olunan formaları Təlimatla deyil, Qanunla müəyyən olunur. Ona görə də sözügedən Təlimatda “Saziş” sözünün "Müqavilə” sözü ilə əvəz olunması müqavilənin tələb olunan formasının dəyişdirilməsini bildirmir. Bundan əlavə, Mülki Məcəllədə “Saziş” sözündən istifadə edilməsə də, “Razılaşma” sözündən geniş istifadə olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsində qeyd olunur ki, “Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Bundan əlavə, Notariat ofisinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsində də məhz “Razılşma” sözündən istifadə olunmuşdur. Notariat ofisinin müqaviləyə dəyişiklik edilməsi və ya ləğv edilməsi barədə əqd bağlayarkən onu “Razılaşma” da adlandırıla bilməməsi barədə mövqeyi düzgün deyildir. İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, qeyd olunanlar Notariat ofisinin bəhs edilən məsələyə yanaşmasının yanlış olduğunu göstərir. Belə ki, Notariat ofisi ən azından nəzərə almalı idi ki, Mülki Məcəllə mülki hüquq subyektləri arasında yaranan müqavilə münasibətlərinin böyük əksər hissəsini dispozitivlik prinsipi əsasında tənzimləyir. Yəni onlara iradə sərbəstliyi, müqavilənin məzmununu, onun şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən “fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı (“Müqavilə azadlığı”) maddəsinə görə “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” Məhkəmə xüsusi olaraq bildirir ki, qeyd olunanlardan göründüyü kimi, tərəflər müqavilənin məzmununu müəyyənləşdirməkdə sərbəstdirlər və bura müqavilənin, o cümlədən də müqaviləyə dəyişiklik edilməsi barədə əqdin “Saziş” və ya “Əlavə saziş” adlandırılması imkanı da daxildir. Məhkəmə Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli, 281 №-li cavab məktubunda Notariat ofisinin Əlavə sazişi təsdiq etməkdən imtina etməməsi, sadəcə qanunla tələb edilən formada bunu edəcəyi barədə bildirdiklərinə hüquqi qiymət verərək, hesab edir ki, Notariat ofisi tərəfindən yuxarıda göstərilən Əlavə sazişin bank tərəfindən təqdim olunduğu şəkildə təsdiq edilməməsi müvafiq notariat hərəkətinin aparılmasından imtina kimi qəbul edilməlidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda birmənalı nəticəyə gəlmək mümkündür ki, Notariat ofisinin tələbi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40 və 45-ci maddələrinə də ziddir. Belə ki, Notariat ofisinin bank tərəfindən əqdin bağlanması üçün təqdim edilən sənəddə qüsur kimi qeyd etdiyi hal (müqaviləyə dəyişiklik edilməsinə dair əqdin “müqavilə” əvəzinə “Əlavə saziş” adlandırılması) yuxarıda qeyd edilən Qanunun 40-cı maddəsi (“Notariat hərəkətləri aparmaqdan imtina edilməsi”) ilə müəyyən edilmiş notariat hərəkətlərin aparılmasından imtina edilməsi əsaslarından heç birinə aid deyildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələbinə (“Notariat qaydasında təsdiq edilən əqdlər”) görə notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Lakin bank tərəfindən müvafiq əqdin bağlanması üçün təqdim edilmiş sənədin məzmun baxımından hansı qanunun tələblərinə uyğun olmadığını Maraqlı şəxs Banka təqdim etdiyi cavab məktubunda göstərə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Notariat ofisi xx.xx.2018-ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə 01 №-li Əlavə sazişin, onun mətnində hər hansı düzəliş aparılmadan təqdim olunduğu şəkildə təsdiq edilməsi üzrə qanunla üzərinə qoyulmuş öhdəliyi icra etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.8-ci maddəsinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər; notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, ərizəçi «xxxx» X6 Cəmiyyətinin notariat hərəkətlərin aparılmasından imtinaya dair şikayət üzrə ərizəsi təmin olunmalı, ASC «xxxx» Bankı tərəfindən Maraqlı şəxsnə təqdim edilmiş xx.xx.2018-ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə əlavə sazişin adında “xx.xx.2018-ci il tarixli, **********6618/İM №-li İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözləri dəyişdirilmədən həmin əlavə sazişin təsdiq edilməsinə dair öhdəlik Maraqlı şəxs üzərinə qoyulmalıdır. Həmçinin Maraqlı şəxsndən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu tutularaq, ASC «xxxx» Bankına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 306 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin; ASC «xxxx» Bankı tərəfindən Maraqlı şəxsnə təqdim edilmiş xx.xx.2018-ci il tarixli, **********16618/İM №-li İpoteka müqaviləsinə əlavə sazişin adında “xx.xx.2018-ci il tarixli, **********6618/İM №-li İpoteka müqaviləsinə 01 №-li Əlavə saziş” sözləri dəyişdirilmədən həmin əlavə sazişin təsdiq edilməsinə dair öhdəlik Maraqlı şəxs üzərinə qoyulsun; Maraqlı şəxsndən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu tutularaq, ASC «xxxx» Bankına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-916/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-916/2020
13.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver