Məhkəmə qərarları › İş №2(019)-921/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-921/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-921/2021 09.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, cavabdeh və digər Cavabdeh4 Hacımahamayevnanın nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hacımahayevnaya,Cavabdeh5 Hacımahamayevnaya, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevnaya qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hacımahamayevnaya, Cavabdeh5 Hacımahamayevnaya, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevnaya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hacımahamayevnanın, Cavabdeh5 Hacımahamayevnanın, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevnanın onun mülkiyyətində olan ünvan 4 nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Balakən şəhəri T.Musayev küçəsi dalan 2-də yerləşən, 9 nömrəli ev onun mülkiyyətindədir. T.Musayev küçəsi dalan 2, 9 nömrəli ünvanda olan ev mülkiyyətində olmasına baxmayaraq əvvəllər eyni həyətdə olan digər evdəki sakinlər-cavabdehlər Nümayəndə, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 Hacımahamayevna, Cavabdeh5 Hacımahamayevna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ona məxsus evdə pasport qeydiyyatında qalmışdırlar. Cavabdehlərin ona məxsus evdə pasport qeydiyyatında olması onun əmlakı barədə sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı,əlavə kommunal xərclər ödəməyinə səbəb olur. O, məsələnin həlli üçün aidiyyəti olaraq 07.07.2021-ci il tarixdə Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir. RPŞ-dən ərizəsi təmin edilməmiş, imtina edilmişdir.Göstərilənlərə əsasən hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan evdən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. Ona görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh4 Hacımahamayevnanın nümayəndəsi Nümayəndə iddianı qəbul edərək izahatında göstərdi ki, iş üzrə digər cavabdehlər onun uşaqlarıdır. Balakən şəhəri T.Musayev küçəsi dalan 2, ev 9-da yerləşən ev onların evi olmuş və o, həmin evi bütün cavabdehlərin razılığı ilə 11 sentyabr 2018-ci ildə İddiaçı satmışlar. O, vaxtdan da o və ailə üzvüləri həmin evdən birdəfəlik köçüb Dağıstan Muxtar Respublikasına getmişlər. Hazırda o və ailə üzvləri həmin evdə yaşamırlar və həmin evə onların heç bir aidiyyəti yoxdur. İddianın təmin edilməsinə özünün və ailə üzvülərinin etirazları yoxdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hacımahamayevna, Cavabdeh5 Hacımahamayevna, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilənləri nəzərə alıb, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.06.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.137 ha həyətyanı sahəsi olan ümumi sahəsi 87.60 kv.m-dən ibarət fərdi yaşayış evi 14.06.2021-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 11 sentyabr 2018-ci- il tarixli AN –İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcılar Nümayəndə,Cavabdeh2, Cavabdeh3, X3, X1,Cavabdeh5 Hacımahamayevna, Cavabdeh6 mülkiyyət hüququ ilə özlərinə məxsus olan ünvan 2 ünvanında yerləşən 0.1370 ha torpaq sahəsini və üzərindəki ümumi 87.60 kv.metr olan fərdi yaşayış evini alıcı İddiaçı oğluna satmışlar. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ünvan 3 ünvanda olan 0.137 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87.60 kv.m olan fərdi yaşayış evi cavabdehlər Nümayəndə,Cavabdeh2, Cavabdeh3, Abdullayeva Zaira Hacımahama qızı, Abdullayeva Ruqiyyə Hacımahamayevna, Cavabdeh5 Hacımahamayevna, Cavabdeh6 xüsusi mülkiyyətində olmuşdur. Cavabdehlər Nümayəndə , Cavabdeh2 , Cavabdeh3 , Cavabdeh4 Hacımahayevna , Cavabdeh5 Hacımahamayevna , Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevna həmin evdə yaşamışlar.Cavabdehlər Nümayəndə, Cavabdeh2, Cavabdeh3, X3, X2, Cavabdeh5 Hacımahamayevna, Cavabdeh6 mülkiyyətlərində olan həmin evi 11 sentyabr 2018-ci il tarixli AN –İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı satmışlar və o vaxtdan da daimi olaraq köçüb Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasında yaşayırlar. Sözügedən ev 14.06.2021-ci il tarixdən tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hacımahamayevna, Cavabdeh5 Hacımahamayevna, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevna həmin evdə yaşamasalar da həmin evdən istifadə hüquqlarına xitam verilməmişdir. Bu hal iddiaçının hüquqlarını pozduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edimədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə işin hallarını, ünvan 3 ünvanında yerləşən 0.137 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 87,60 kv.m olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasını, cavabdehlər Nümayəndə , Cavabdeh2 , Cavabdeh3,Cavabdeh4 Hacımahamayevna, Cavabdeh5 Hacımahamayevna, Cavabdeh6 , Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevnanın 11 sentyabr 2018-ci ildən həmin evdən daimi olaraq köçüb getmələrini , bununla da onların həmin evdən istifadə hüquqlarını itirmələrini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hacımahamayevnanın, Cavabdeh5 Hacımahamayevnanın, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevnanın İddiaçı mülkiyyətində olan Balakən şəhəri T.Musayev küçəsi dalan 2, 9 ünvanında 0.137 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 87.60 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hacımahamayevnanın, Cavabdeh5 Hacımahamayevnanın, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 İmanşapıyevnanın İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.137 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 87.60 kv/m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar