Məhkəmə qərarları › İş №2(019)-927/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-927/2021

03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-927/2021 03.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 12.07.1993-cü il tarixdə tərtib edilmiş 97 nömrəli doğum haqqında akt qeydində adının “Şamay” kimi qeyd edilməsinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1993-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Anası Şahid2, X1dur. Atası 03.09.2020-ci il tarixdə ölmüşdür. Valideynlərinin rəsmi nikahları olmuşdur. Mərhum X1nun vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, ona məxsus Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 12.07.1993-cü il tarixdə tərtib edilmiş 97 saylı doğum akt qeydində adı “Songül” əvəzinə “Şamay” yazılmışdır. Doğum akt qeydində adı “Şamay” yazılsa da doğum haqqında şəhadətnamədə və ondan sonrakı bütün sənədlərində adı “Songül” kimi yazılmışdır. Onu bütün qohumları tanışları “Songül” kimi tanıyır və şəxsiyyəti ilə bağlı bütün sənədlərində “Songül” adı ilə keçir. Bu uyğunsuzluğa görə notarius notariat əməliyyatı aparmaqdan imtina etmişdir. Bundan sonra o, doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsi düzəliş üçün kifayət qədər əsas olmadığından məhkəməyə müraciət etməli olduğunu bildirərək əməliyyat aparmaqdan imtina etmişdir.Ona görə də doğum akt qeydində düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X16 Xidmət Mərkəzində Notariat Ofisin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məhərrəm qızı ifadəsində göstərdi ki, ərizəsi Ərizəçi onun qızıdır. Qızı anadan olan zaman onun adı “Şamay” qoyulmuş, lakin sonradan adı dəyişdirilərək Songül qoyulmuş və qızına verilmiş doğum haqqında şəhadətnamədə adı “Songül” qeyd edilmişdir.Qızına məxsus bütün sənədlərdə onun adı “Songül” kimi qeyd edilmişdir. Onun Şamay adlı uşağı yoxdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məhəmməd oğlu şahid Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd icra nümayəndəliyi tərəfindən 12 iyul 1993-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı 388113 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 1993-cü ildə anadan olmuş bu barədə doğum haqqında akt qeydləri kitabında 1993-cü ilin iyul ayının 12 günündə 97 nömrə ilə qeyd edilmiş, atası Əhmədov Cahangir Məhəmməd oğlu, anası Əhmədova Səriyyə Məhərrəm qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 12.07.1993-cü il tarixdə tərtib edilmiş 97 saylı doğum haqqında akt qeydindən görünür ki, X8 23 iyun 1993-cü ildə anadan olmuş bu barədə doğum haqqında akt qeydləri kitabında 1993-cü ilin iyul ayının 12 günündə 97 nömrə ilə qeyd edilmiş, atası Əhmədov Cahangir Məhəmməd oğlu, anası Əhmədova Səriyyə Məhərrəm qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi qızına ünvanlanmış 05 avqust 2021-ci il tarixdə verilmiş 05/76-Q88/15 nömrəli sənəddə göstərilmişdir ki,“Maraqlı şəxsnə 05.08.2021-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirirəm ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 12.07.1993cü il tarixdə tərtib edilmiş 97 saylı doğum haqqında akt qeydində adınızın “Şamay”dan “Songül”ə düzəliş edilməsi şöbədə mümkün deyildir. Belə ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 12.07.1993-cü il tarixdə tərtib edilmiş 97 saylı doğum haqqında akt qeydi X4 adına deyil, Əhmədova Şamay Cahangir qızının adına tərtib edilmişdir, həmçinin həmin akt qeydində pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 12.07.1993-cü il tarixdə tərtib edilmiş 97 saylı doğum haqqında akt qeydinizdə adınızın “Şamay”dan “Songül”ə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İİ seriyalı 069103 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X7 21 oktyabr 2015-ci ildə rəsmi nikah bağlamışlar, X9 soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən 24.07.2018-ci il tarixə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi qızı xx.xx.1993-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutları əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qızı 23 iyun 1993-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. X15 Məhəmməd oğlu , anası Şahid2 Məhərrəm qızıdır. Doğumu 12.07.1993cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyi tərəfindən 97 sayla qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə soyadı “Əhmədova” , adı “Songül”, atasının adı “Cahangir” , doğum tarixi “xx.xx.1993-cü il” qeyd edilmişdir. O, X11 ilə 21 oktyabr 2015-ci ildə evlənmiş, rəsmi nikah bağlamış və “Mirəliyeva” soyadını qəbul etmişdir. Mərhum atası Əhmədov Cahangir Məhəmməd oğlunun vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 12.07.1993-cü il tarixdə tərtib edilmiş 97 saylı doğum akt qeydində adı “Songül” əvəzinə “Şamay” qeyd edilmişdir. Bundan sonra o doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsi isə düzəliş üçün kifayət qədər əsas olmamasını, məhkəməyə müraciət etməli olmasını göstərərək əməliyyat aparmaqdan imtina etmişdir. Hüquq haqqında mübahisə yoxdur. Ona görə də ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Cahangir qızının 12.07.1993-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində tərtib edilmiş 79 nömrəli doğum akt qeydinin adının “Şamay” qeyd edilməsinin düzgün olmaması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qızının 12.07.1993-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində tərtib edilmiş 97 nömrəli doğum akt qeydində adının “Şamay” qeyd edilməsinin düzgün olmaması müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar