Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-935/2020 11.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X23 qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X8 xx xxxxxx 2016cı ildə və X4 xx xxxxxx 2017-ci ildə Suriyanın Rakka şəhərində Ərizəçi doğulması, xx xxxxxxx 1994-cü ildə anadan olmuş X5 xx xxxxxx 2016-cı ildə doğulmuş X8 və xx xxxxxx 2017-ci ildə doğulmuş X4 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.1997-ci ildə X3 şəhərində doğulmuşdur. ünvan 1 mənzil 14 ünvanında yaşayır. X1, X2dır. 2013-cü ildə X2 ilə birlikdə Türkiyəyə getmiş, oradan isə Suriya ərazisinə keçmişlər. Suriyada olduğu müddətdə 2014-cü ilin oktyabr ayında ünvan 2 mənzil 61 ünvanında qeydiyyatda olmuş X12 ilə tanış olmuş və onunla dini nikah bağlayaraq qeyri-rəsmi evlənmişdir. Suriyanın Rakka şəhərində olduqları vaxtda onların xx xxxxxx 2016-cı ildə Musa adında oğlu, xx.xx.2017-ci ildə isə Hafsa adında qızı olmuşdur. Rakkada şiddətli döyüşlər getdiyinə görə 2017-ci ildə Cerablus şəhərinə gəlmiş, həmin ildə terrorçu qüvvələr tərəfindən əsir götürülmüşdür. Bir müddət sonra o və övladları əsirlikdən azad olunaraq Türkiyəyə təhvil verilmişdir. Təxminən 8 ay Türkiyədə istintaq altında saxlanılmışdır. xx xxxxxx 2019-cu ildə isə Türkiyədən Azərbaycan Respublikasına deportasiya olunmuş, əri X12 2018-ci ildə Suriyanın Qamışlı bölgəsində itkin düşmüşdür. Hazırda onun barəsində heç bir rəsmi və ya başqa formada hər hansı məlumatı yoxdur. X2 isə hal-hazırda Suriya ərazisindədir, onun da ölkəyə gətirilməsi üçün çalışır. Türkiyədən deportasiya olunduğu vaxt uşaqları üçün ölkəyə qayıdış sənədləri hazırlanmışdır. Sərdarın ləqəbi Abdullah olduğundan orada uşaqların ata adı səhvən Sərdar əvəzinə Abdullah yazılmışdır. Hazırda uşaqlarına doğum haqqında şəhadətnamə almaq istəyir. O, Maraqlı şəxsnə uşaqları üçün doğum haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmiş, lakin uşaqlarının doğumunu təsdiq edən heç bir sənəd olmadığına görə Maraqlı şəxs doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyil. Ona görə də o, yuxarıda qeyd olunan sənədlərin əsasında uşaqlarına doğum haqqında şəhadətnamənin verilməsini istəyir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ərizəçi bacısı qızıdır. 2013-cü ildə bacısı X11 Ərizəçi ilə birlikdə Türkiyəyə getmiş, oradan isə Suriya ərazisinə keçmişlər. Gözəl Suriyada olduğu müddətdə- 2014-cü ilin oktyabr ayında ünvan 2 mənzil 61 ünvanında qeydiyyatda olmuş X12 ilə dini nikah bağlayaraq qeyri-rəsmi evlənmişdir. Suriyanın Rakka şəhərində olduqları vaxtda onların xx xxxxxx 2016-cı ildə Musa adında oğlu, xx.xx.2017-ci ildə isə Hafsa adında qızı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Ərizəçi onun əmisi oğlu Sərdarın yoldaşıdır. Onların xx xxxxxx 2016-cı ildə Musa, xx.xx.2017-ci ildə isə Hafsa adında uşaqları olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Ərizəçi ünvanlanmış 05/76-518-05/09 nömrəli məktubda göstərilmişdir ki, “uşaqlarınız X16 və X9" şöbəmizdə doğumunun qeydə alınması mümkün deyildir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir. 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2.valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-cı maddəsinə əsasən həmin sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıdakılara əsasən Sizin qeyd etdiyiniz doğum tarixinə uyğun doğum haqqında akt qeydinin tərtib olunması və doğum haqqında şəhadətnamə verilməsi tərəfimizdən mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Türkiyə Cumhuriyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 061006 nömrəli “Yabancılara mahsus X27”ndən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Türkiyə Cumhuriyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 061007 nömrəli “Yabancılara mahsus X27”ndən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Vavqifovna xx.xx.1997-ci ildə X3 şəhərində doğulmuş, X1, X2dır. Ərizəçi 2013cü ildə anası X14 ilə birlikdə Türkiyə Respublikasına getmiş, oradan isə Suriya ərazisinə keçmişdir. Ərizəçi 2014-cü ilin oktyabr ayında ünvan 5 mənzil 61 ünvanında qeydiyyatda olmuş X12 ilə dini nikah bağlayaraq qeyri-rəsmi evlənmişdir. Onların faktiki nikahlarından xx xxxxxx 2016-cı il tarixdə Musa, xx.xx.2017-ci ildə isə Hafsa adında uşaqları olmuşdur. Ərizəçi xx xxxxxx 2019-cu ildə isə Türkiyədən Azərbaycana deportasiya edilmişdir. Türkiyədən deportasiya olunduğu zaman uşaqları üçün ölkəyə qayıdış sənədləri hazırlanmış, həmin sənədlərdə uşaqların ata adı səhvən Sərdar əvəzinə Abdullah yazılmışdır. Ərizəçinin əri Sərdar Məmmədov 2018-ci ildə Suriyanın Qamışlı bölgəsində itkin düşmüşdür. Ərizəçi uşaqlara doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsində uşaqların doğumunu təsdiq edən heç bir sənəd olmadığına görə uşaqlara doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-45.2-ci maddələrinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1.valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2.valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3.doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4.uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-ci maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, X8 xx xxxxxx 2016-cı ildə, X7 xx xxxxxx 2017-ci ildə Suriyanın Rakka şəhərində Ərizəçi doğulmaları və xx xxxxxxx 1994-cü ildə anadan olmuş X5 xx xxxxxx 2016-cı ildə doğulmuş X8 və xx xxxxxx 2017-ci ildə doğulmuş X4 atası olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X8 xx xxxxxx 2016-cı ildə, X4 xx xxxxxx 2017-ci ildə Suriyanın Rakka şəhərində Ərizəçi doğulmaları və xx xxxxxxx 1994-cü ildə anadan olmuş X5 xx xxxxxx 2016-cı ildə doğulmuş X8 və xx xxxxxx 2017-ci ildə doğulmuş X4 atası olması müəyyən edilsin. Qətnamədən surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-935/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-935/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver