Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-955/2020 24.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi mirasın qəbulu üçün nəzərdə tutulmuş ötürülmüş müddətin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2004-cti il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış əmlakın qəbulu üçün ötürülmüş müddətin altı həftə müddətinə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1941-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olmuşdur. ünvan 3ində mərhum anası X1 miras qalmış mülkə faktiki olaraq baxır və həmin təsərrüfatı idarə edir, torpağın vergisini və digər kommunal xərcləri ödəyir. X9 1941 -ci ildə, anası isə X6 isə xx.xx.2004-cü ildə ölmüşdür. Onların varisləri Ərizəçi, X11 (xx.xx.2011 -ci ildə ölüb) və X5r (xx.xx.2016-cı ildə ölüb). Ərizəçinin anası X1 qalmış ümumi birgə mülkiyyətdə olan 0.0973 ha miras əmlaka dair verilmiş seriya RX ******* nömrəli çıxarış mövcuddur. Çıxarış Maraqlı şəxs1nun, Maraqlı şəxs2, Maraqlı şəxs3nin və mərhum X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Ərizəçinin anası X2 ölümündən sonra həmin miras əmlaka o, baxmış və faktiki olaraq mirası qəbul etmişdir. Valideynlərinin vərəsələri Ərizəçi, məruhum X11 və X7 olmuşlar. Miras qalmış əmlakların Ərizəçi adına keçirilməsinə heç vaxt heç bir etiraz olmamışdır. Ərizəçi valideynlərindən miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxs4nə müraciət etmişdir. Maraqlı şəxs4ndə ərizəçinin anası X2 ölümündən sonra mirasın qəbulu üçün müddət ötdüyünü bildirərək, məhkəməyə müraciət etməyi izah edilmişdir. Buna görə də göstərilən ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə Mahama oğlu da təmsil etdiyi Ərizəçi izahatına uyğun izahat verimş və ərizənin təmin olunmasını xahişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 Ədli qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 nümayəndəsi, X20, X23, X24, X12, X18, X21, Eminov Şamil Ömər oğlu, Eminov Murad Ömər oğlu və Eminova Mədinə Ömər qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Xalatala kənd soveti tərəfindən xx xxxxxx 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə xx xxxxxx 1975-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X13yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İHB-nın Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 331 nömrəli arayışdan görünür ki, X6 vəfat etdiyi (xx.xx.2004) tarixdə ünvan 3ində daimi qeydiyyatda olmuşdur və onun aşağıda adları qeyd edilən vərəsələri vardır; oglu- Ərizəçi, qızları X14 və X7. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 3 soveti tərəfindən xx xxxxx 1958-ci il tarixdə verilmiş İ-İE seriyalı, 103127 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X15 arasında xx xxxxx 1958-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Mamedova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 3 soveti tərəfindən xx xxxxxx 1972-ci il tarixdə verilmiş AZ seriyalı, 200227 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Eminov Ömər Şaban oğlu ilə X7 arasında xx xxxxxx 1972-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qurbayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qabaqçöl qəsəbə icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 095376 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 3 inzibati ərazi dairəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 448709 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Xalatala icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 100842 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2004-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 3 soveti tərəfindən xx xxxx 1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 x xxxxxx 1948-ci ildə anadan olmuş, anası X6 yazılmış, ata qrafası boş saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 3 soveti tərəfindən xx xxxxxx 1967-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 1940-cıildə anadan olmuş, X9, anası X6 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********141 olan, RX seriyalı ******* qeydiyyat nömrəli xx.xx.20015-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən fərdi yaşayış evi və 0.0973 ha yaşayış məntəqələrinin torpaqları 36 №li reyestr kitabının 65 №li vərəqində fərdi yaşayış evi, torpaq sahəsi ümumi birgə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X35 Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 55 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2004-cü ildə vəfat etmiş mərhum X2 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X35 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Mirasın qəbulu üçün nəzərdə tutlumuş müddəti ötürülmüşdür, müddətin bərpası üçün məhkəməyə müraciət edilməlidir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Qabaqçöl qəsəbə inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 186 №-li arayışından görünür ki, mərhum X7 vəfat etdiyi xx xxxxxx 2016-cı il tarixdə ünvan 2i ünvanda daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd edilən vərəsələri olmuşdur:1) Eminov Ömər Şamil oğlu (xx.xx.2005-ci ildə vəfat edib); 2) Eminov Şamil Ömər oğlu; 3) Eminov Murad Ömər oğlu; 4) Eminova Mədinə Ömər qızı. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Xalatala kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 475 №-li arayışından görünür ki, mərhum X14 vəfat etdiyi xx xxxxxx 2011-ci il tarixdə ünvan 3i ünvanda daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd edilən vərəsələri olmuşdur:1) oğlu X20; 2) oğlu X23; 3) oğlu X24; 4) qızı X12; 5) qızı X21. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Balakən rayonunun Xalatala kəndində anadan olmuşdur, hal-hazırda da həmin kənddə yaşayır. X9, anası X6 olmuşdur. Atası 1941-ci ildə ölmüş, atasına məxsus miras (ev və torpaq sahəsi) anasının adına keçmişdir. xx.xx.2015-ci il tarixdə həmin miras əmlaka dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış alınmış, həmin çıxarış anası Maraqlı şəxs1 Maraqlı şəxs2, Maraqlı şəxs3 və X2 adına verilmişdir. Ərizəçinin anası X8 xx.xx.2004-cü ildə, bacıları X11 xx.xx.2011-ci ildə, X7 isə xx.xx.2016-cı ildə ölmüşlər. Ərizəçinin anası X2 vəfat etdikdən sonra ərizəçidən başqa X14 və X7 adında vərəsələri olmuş, lakin həmin şəxslər ölmüşlər. Məmmədova (Qurbayeva) Zərifə Mahama qızının X20, X23, X24, X12, X18 və X21 adında, X3 isə Eminov Şamil Ömər oğlu, Eminov Murad Ömər oğlu və Eminova Mədinə Ömər qızı adında vərəsələri qalmışdır. Qeyd olunan bütün vərəsələr anasından miras qalmış əmlakların ərizəçinin adına keçirilməsinə etiraz etmirlər. Ərizəçi anasından qalmış mirası faktiki olaraq qəbul etmişdir və həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmçinin evin kommunal xərclərini ödəmişdir. O, anasının qanun üzrə vərəsəsidir. Digər vərəsələrlə bu barədə mübahisələri yoxdur. Ona görə də o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxs4nə müraciət etmişdir. Maraqlı şəxs4ndən anası və bacısının ölümündən sonra mirasın qəbulu üçün müddətin ötürüldüyünü bildirərək, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Bu mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət altı həftədən az olmuşdur. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası X4 qalmış mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. Belə ki, o, mirası faktiki qəbul etməklə, hüquqi cəhətdən savadsızlığından, mirasın qəbulu üçün miras açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməli olmasını bilməmişdir. Hazırki mirasın qəbulu müddətinin uzadılmaması isə ərizəçinin vərəsəsi olduğu mərhum anası və bacısının mirasına yiyələnməsindən məhrum olunmasına gətirib çıxarar. Bu da onun hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılmasına səbəb olacaqdır və ona görə də yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətiin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi mərhum anası X1 qalmış mirasın qəbul edilməsi üçün müyyənləşdirilmiş müddətin gecikdirməsi üzürlü hesab edilməklə həmin müddət altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət altı həftəyədək uzadılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-955/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-955/2020
24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver