Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-955/2021 02.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun 04.01.1964-cü ildə Azərbaycan Respublikasının Balakən rayonunun Qullar kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 04.01.1964cü ildə Balakən rayonunun Qullar kəndində ev şəraitində anadan olmuşdur. Valideynləriatası X1, anası isə X2 olmuşdur. Onların hər ikisi vəfat etmişdirlər. O, doğulan zaman valideyinlərinin arasında rəsmi nikahları olmamışdır. Lakin valideyinləri 23.01.1981-ci ildə nikahlarını rəsmiləşdirmişdirlər. 18.04.1989-cu ildə X5 ilə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. X5 ilə birgə nikahlarından 11.02.1991-ci il tarixdə X6 və 23.01.1998-ci il tarixdə X3 adında iki övladı olmuşdur. O, doğulduqdan sonra valideynləri ona doğum şəhadətnaməsi götürməmiş və doğumunu müvafiq təşkilatda qeydə aldırmamışdırlar. Son illərdə isə ona Azərbaycan vətəndaşı olduğundan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Hal-hazırda valideynlərindən miras qalmış əmlaklara dair sərəncam vermək istəyir. Mirasın əldə edilməsi ilə bağlı Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Orada ondan doğum şəhadətnaməsi tələb olunmuşdur. Buna görə o, Maraqlı şəxsnə müraciət edərək doğum şəhadətnaməsi almaq istəmişdir. Lakin orada ona doğum şəhadətnaməsinin verilməsinin qeyri mümkün olması bildirilmiş, barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmaması bildirilmişdir.Həm onun valideynləri vəfat etmiş, həm də ki, o, ev şəraitində doğulduğundan tibb müəssisəsinin arayışını Qeydiyyat Şöbəsinə təqdim etməyi qeyri mümkündür. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur.Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Balakən Rayon Qeydyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsininin olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVAQ şöbəsi tərəfindən 18 aprel 1989-cu il tarixdə verilmiş İV-JQ seriyalı 417374 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında 18 aprel 1989-cu il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Taralova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərərəfindən 17 avqust 2021-ci il tarixdə verilmiş 795 nömrəli arayışdan görünür ki, X4 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı, Arxiv məlumatları Maraqlı şəxs 1961-1967-ci illərə dair ilkin,1965-2021-ci illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-166.2-ci maddələrinə əsasəndoğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-cı maddəsində göstərilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi doğum müvafiq icra hakimiyyəti orqanında –Qeydiyyat şöbələrində qeydə alınır. Ərizəçi doğumun qeyd edilməsi üçün həmin orqana müraciət etməlidir. O, bu sənədi həmin orqandan ala bilmədikdə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi Ərizəçi ərizəsinə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş izrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə işin hallarını,ərizəçinin doğumun faktının müəyyən edilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etməməsini nəzərə alaraq hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı deyildir. Ona görə də işin icraatına xitam verilməlidir. Ərizəçi izah olunmalıdır ki, o, doğum faktının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etməlidir. Qeydiyyat Şöbəsi doğumu qeydə almaqdan imtina etdiyi halda məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170.2, 263-264 və 268.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah olunur ki, o, doğum faktının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etməlidir. Qeydiyyat Şöbəsi doğumu qeydə almaqdan imtina etdiyi halda məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-955/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-955/2021
02.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver