Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-957/2021 08.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus olan yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0550 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.20 kv/metr olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 2 ünvanda 0.0550 ha həyətyanı torpaq sahəsində yaşayış sahəsi 81.20 kv/metr olan və 0.0565 ha həyətyanı sahəsində ümumi yaşayış sahəsi 211.8 kv.metr olan fərdi yaşayış evləri vardır. Həmin yaşayış evlərinə DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən müvafiq olaraq 24.04.2016-cı il tarixli RX seriyalı ******* nömrəli və 02.09.2016-cı il tarixli RX seriyalı ******* nömrəli reyestr nömrəsi onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almışdır. Cavabdeh olan oğlu Cavabdeh ona məxsus olan 0.0565 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 81.20 kv. metr sahəsi olan evdə qeydiyyatdadır. O, özünə məxsus olan Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən 0.0565 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 211.8 kv. metr olan fərdi yaşayış evini oğlu olan Cavabdeh,digər evini isə oğlu X1 vəsiyyət etmişdir. Ona görə də o, cavabdehin ona məxsus olan 0.0550 ha həyətyanı sahəsində olan ümumi yaşayış sahəsi 81.20 kv.m olan evdən qeydiyyatdan çıxarılaraq ona vəsiyyət etdiyi evə qeydiyyata alınmasını istəyir. Cavabdeh formal olaraq ona məxsus olan evdə qeydiyyatdadır. O, cavabdehi 0.0550 ha həyətyanı sahəsində olan ümumi yaşayış sahəsi 81.20 kv.m olan evdən qeydiyyatdan çıxmasını istəyir. Lakin oğlu -Cavabdeh 7-8- il əvvəl işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, bir neçə il onunla əlaqə saxlamış, lakin sonra oğlundan heç bir xəbər olmamışdır. Beş ildən artıq müddətdir ki, oğlundan heç bir xəbər yoxdur və onun harada olmasını bilmir. Hazırda o,özünə məxsus olan Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanda yerləşən 0.0550 ha həyətyanı sahəsində olan ümumi yaşayış sahəsi 81.20 kv/m olan evini satmaq istəyir. Lakin oğlu Cavabdeh həmin evdə qeydiyyatda olduğuna görə o, həmin evini sata bilmir. Cavabdeh uzun müddət onun evində yaşamadığından o həmin evdən istifadə hüququnu itirmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi . Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. İddiaçının oğlu Cavabdeh altı ildən çoxdur ki, Balakən rayonu ərazisində yaşamır. Şaban işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, onun harada olması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02.09.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən şəhəri Qafqaz küçəsində yerləşən 0,0565 ha həyətyanı sahəsi olan ümumi sahəsi 211.8 kv.m-dən ibarət fərdi yaşayış evi 02.09.2016-cı il tarixdə İddiaçı Abakar qızının adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26.04.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən şəhəri Qafqaz küçəsində yerləşən 0,0550 ha həyətyanı sahəsi olan ümumi sahəsi 81.20 kv.m-dən ibarət fərdi yaşayış evi 26.04.2016-cı il tarixdə İddiaçı Abakar qızının adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə anadan olmuşdur, Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 14.09.2021-ci il tarixdə verilmiş 1754 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən şəhərin Qafqaz küçəsi 18 nömrəli ünvanında qeydiyyatdadır və ailə üzvlərinin demələrinə görə Cavabdeh 2015-ci il tarixdən Rusiya Federasiyasında yaşayır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı İsayeva X2 şəhəri Qafqaz küçəsi ev 18 ünvanında yaşayır. Onun həmin ünvanda 0.0550 ha həyətyanı torpaq sahəsində yaşayış sahəsi 81.20 kv.metr olan və 0.0565 ha həyətyanı sahəsində ümumi yaşayış sahəsi 211.8 kv.m olan fərdi yaşayış evləri vardır. Həmin yaşayış evlərinə DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən müvafiq olaraq 24.04.2016-cı il tarixli RX seriyalı ******* nömrəli və 02.09.2016-cı il tarixli RX seriyalı ******* nömrəli reyestr nömrəsi onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almışdır. Cavabdeh iddiaçının oğludur və xx.xx.1979-cu ildə anadan olmuşdur. Balakən şəhəri Qafqaz küçəsində 0.0565 ha həyətyanı torpaq sahəsindəki ümumi yaşayış sahəsi 211.8 kv.m olan fərdi yaşayış evi onun üçün inşa edilsə də o, anasına məxsus olan 0.0550 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 81.20 kv. metr sahəsi olan evdə qeydiyyatdadır. O, 2015-ci ildən Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında olan evdən daimi olaraq köçmüşdür və orada yaşamır. Cavabdeh həmin evdə yaşamasa da həmin evdən istifadə hüququna xitam verilməmişdir. Bu hal iddiaçının hüquqlarını pozduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə, Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında münasibətlər 01 sentyabr 2000-ci ilə kimi yarandığından onlar arasındakı mübahisəyə 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin qaydaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edimədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə işin hallarını, ünvan 4 ünvanında yerləşən 0.0550 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 81.20 kv/m olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasını, Cavabdeh 2015-ci ildən həmin evdən daimi olaraq köçüb getməsini, bununla da onun həmin evdən istifadə hüquqlarını itirməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında 0.0550 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 81.20 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən 0.0550 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 81.20 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-957/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-957/2021
08.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver