Məhkəmə qərarları › İş №2(019)-967/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-967/2021

03.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-967/2021 03.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi, İddiaçı, onun vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 12.07.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışın və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 2əsinə əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2, X7 və X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu, Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması,iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X10 çıxarılmalarına dair qərar qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 saylı qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, Balakən Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 2əsi icra üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra mərhələsində müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 paylarının ekspertin rəyinə uyğun olaraq 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılması dəqiq müəyyən edilməmişdir. Bunun üçün Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X14 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 saylı icra sənədində iddiiaçılar Cavabdeh1 və Cavabdeh2 paylarının ekspertin rəyinə uyğun olaraq 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq təmin edilməsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 saylı qərardadına əsasən Balakən rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11 aprel 2019-cu il tarixli icra sənədinin ekspertin təqdim etdiyi birinci bölgü variantı üzrə (evin yerləşdiyi hissə borclulara verilməklə) icra edilməsinə dair qərardad qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)- 13/2021 saylı qərardadından İddiaçı oğlu Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.Şəki Apellyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 8(107)35/2021 saylı qərardadına əsasən Balakən Rayon Məhkəməsinin qərardadı ləğv olunmuş, Balakən rayon İcra və X9 Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar Taşrayeva Taman Telman qızının və Osmanova Pitimat Məhəmməd qızının paylarının 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 may 2021-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlanmış, ünvan 2əsinin icrasının təmin olunması məqsədi ilə aşağıda qeyd olunan məsələlərə münasibət bildirilməsi xahiş olunmuşdur: ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü hissəsində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və ya JN 133 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə digər mülkiyyətçilərə münasibətdə icra edilməlidir? Məhkəmə qətnaməsi icra sənədi üzrə icra olunan zaman torpaq sahələrinin yerdə (naturada) müəyyən edilərkən ekspert rəyinə uyğun olaraq hansı bölgü hissəsində iddiaçılara Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilmişdir? Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə 04 iyun 2021-ci il tarixdə 191/4 saylı cavab məktubu göndərilmiş, məktubda göstərilmişdir ki, “ekspert rəyinə uyğun olaraq 1-cı və 3-cü bölgü hissəsində iddiaçılar Cavabdeh1 qızına və Cavabdeh2 münasibətdə icra edilməlidir. Qeyd olunan torpaq sahələri yerdə müəyyən edilərkən, ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü variantı üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 təhvil verilməklə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilmişdir”. Lakin, Balakən rayon İcra və X9 Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 paylarının 1-cı və ya 2-ci bölgü variantı əsasında ayrılmasına izah tam verilməsinə dair ərizəsi təmin olunmadığı təqdirdə DƏDRX-nin məktubuna yuxarıda qeyd olunan formada cavab məktubu ünvanlaması tam əsassızdır. Daha sonra tərəfindən Balakən rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubuna münasibət olaraq DƏDRX-nin 18 saylı ərazi idarəsinə ərizə ilə müraciət edərək Balakən rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubunun nəzərə alınmamasını, Cavabdeh1 və Cavabdeh2 icra şöbəsinin məktubunda yazılaraq qeyd olunan torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü hissəsində icra olunmamasını xahiş etmişdir. Eyni zamanda ərizəsinə Şəki Apeliyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 8(107)35/2021 saylı qərardadını əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvanlanmış müraciətinə 29 iyun 2021-ci il tarixli cavab məktubu göndərilmiş, göstərilmişdir ki, “Müraciətinizdə qaldırılan birinci məsələ ilə bağlı olaraq bildiririk ki, “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz Əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklylüyünün) və xitam verilməsininin dövlət qeydiyyatı üçün həmin Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas sayılır. Müraciətdə qaldırılan 2-ci məsələ ilə bağlı bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında ” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş qaydada təqdim olunmuş sənədlərdə hüquqların dövlət qeydiyyatının dayandırılması və dövlət qeydiyyatından imtina üçün əsaslar olmadığı təqdirdə hüquq əldə edənlərin adına qeydiyyatın aparılması təmin edilir.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Odur ki, müraciətinizdə qaldırılan məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciətinizi məqsədəuyğun hesab edirik”. Qeyd edir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubu əsassız olmaqla, yekun məhkəmə qərarına (Şəki Apeliyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 8(107)-35/2021 saylı qərardadına) istinad olunmadan verilmişdir.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinə dair hüquqları DƏDRX-də qeydiyyata alınmış, 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəflərin payları müəyyən olunmuş, lakin paylar naturada ayrılmamışdır.Həmin payların naturada ayrılması mümkün deyildir. Cavabdehlərə verilmiş torpaq sahəsində onun tikililəri mövcuddur. 40-50 ədəd fındıq ağacı cavabdehlərin adına qeydiyyata alınmış torpaq sahəsində yerləşir. Öz əmlakından istifadə edə bilmir.Mübahisəli torpaq sahəsinə dair mərhum ana və atasının adına vərəsəlik işi açılmış, daşınmaz əmlakın mərhum valideynlərinə məxsus hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlərə işlənmiş , torpaq sahəsininin plan və ölçüsü sənədində onun tikililəri qalmaqla mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur.Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X13 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan paylarının naturada ayrılması tələbinə dair iddiaları təmin edilərək Cavabdeh1, Cavabdeh2 paylarının X7, X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onun və anasının 2/4 hissədə paylarının ekspert rəyinə uyğun naturada ayrılması , həmin hissədən cavabdehlər İddiaçı və X10 çıxarılmaları və onlardan 132,51 manat torpaq sahəsinin invertarlaşdırılması xərcinin tutulması qət olunmuşdur. ünvan 2əsindən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış,Balakən Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli torpaq sahəsinin 2/4 hissəsi ona və anası Pitimata, qalan 2/4 hissəsi babası Abdullaya və nənəsi Məryəmə məxsus olmuşdur. O və anası Pitimat özlərinə məxsus torpaq sahəsini tələb etmişlər. ünvan 2əsi icra üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi qətnaməni icra etmiş və onların məktubu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin18 saylı Ərazi İdarəsi tərəfindən ona və anası Pitimata 12.07.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəlii hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlar qanuni və əsaslıdır. İddiaçı bu üsulla onların öz torpaqlarından istifadə etmələrinə imkan vermək istəmir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-133 nömrəli 40109018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən X8, X2,Cavabdeh2 və X11 Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdlir İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(019)-38/2019 nömrəli qətnaməsindən və icra sənədindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2, X7, X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X10 çıxarılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi idarəsinə ünvanlanmış 04 iyun 2021-ci il tarixli 191/4 nömrəli məktubda göstərilmişdir ki, 27.05.2021-ci il tarixli **********45 nömrəli məktubunuza, məlumat üçün bildiririk Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli, 11.04.2019-cu il tarixli icra sənədi üzrə tələb tam icra edilmiş və bu barədə , Balakən rayon İcra və Probasiya şöbəsinin 19.05.2020-ci ii tarixli qərarına əsasən icra işinin icraatına xitam verilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli, 11.04.2019-cu il tarixli icra sənədinə görə Cavabdeh1 və Cavabdeh2 qzının,X7, X1 ümumi payı mülkiyyətlərinə verilmiş, Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə payları ekspert rəyinə uyğun naturada ayrılmalı, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X15 çıxarılmalıdırlar. İcra sənədinin icra edilməsi 19.05.2020-ci il tarixə təyin edilmişdir. Aidiyyatı qurumların nümayəndələri dəvət edilmiş, o cümlədən ƏMDK yannda DƏDRX-nın 18 saylı Ərazi Dairəsinin nümayəndəsi X3 iştirakı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə payları ekspert rəyinə uyğun naturada ayrılmalı olacaq hissə göstərilmiş, həmin hissə iddiaçılara təhvil verilmişdir. Cavabdehlər İddiaçı və X15 həmin hissədən çıxarılmışlar. Məktubunuzda göstərilən məsələlərə münasibət bildirməklə qeyd edirəm ki, -Ekspert rəyinə uyğun olaraq 1 -ci və 3-cü bölgü hissəsində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilməlidir. -Qeyd olunan torpaq sahələri yerdə müəyyən edilərkən, ekspert rəyinə uyğun olaraq 1 -ci və 3-cü bölgü variantı üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 təhvil verilməklə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.2416 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 12.07.2021-ci ildə ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh1 adına və ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahama qızının adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.24695 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 12.07.2021-ci ildə ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh1 Telman qızının adına və ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahama qızının adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(019)-49/2021 nömrəli qərardadından görünür ki, borclu İddiaçı Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə göndərilmiş 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubun, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11.04.2019-cu il tarixli icra vərəqəsinin məcburi icrasının 16 iyul 2021-ci il tarixinə saat 15:30-a təyin edilməsinə dair icra hərəkətlərinin qanunsuz hesab olunması və 17.07.2021-ci il tarixli icraata xitam verilməsinə dair qərarın ləğv olunmasına dair şikayəti təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.02.2007-ci il tarixdə vəfat etmiş-X1 vərəsəsi: Balakən rayonu Meşəşambul kəndi ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur (AZE********, 09.06.2014 - Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak –Balakən rayon DTXK tərəfindən 25.02.1999 tarixdə X4 verilmiş seriya nömrəsi JN:133, KOD: 40109018 olan Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndi ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.09.2005-ci il tarixdə vəfat etmiş-X5 vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur (AZE********, 09.06.2014-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak-Balakən rayon DTXK tərəfindən 25.02.1999cu il tarixdə X8 verilmiş seriya nömrəsi JN: 133, KOD: 40109018 olan Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndi ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Məhkəmə iddiaçının , məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X7, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN 133 KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(019)-761/2018 saylı qətnaməsi ilə Balakən rayonunun Meşəşambul kəndində yerləşən X7,X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinə ¼ hissə-0,3275 hektar payları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 X7, X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçılarıın payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X10 çıxarılması qət edilmişdir. İş üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.Balakən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(019)-38/2019 nömrəli icra sənədi icra olunması üçün Balakən rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəmənin icra sənədi icra olunmuş və icra ilə bağlı Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktub göndərilmişdir. Həmin məktub əsasında Cavabdeh1 və Cavabdeh2 adına 12.07.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı həmin sənədlərin əsassız və qanunsuz olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Eyni zamanda “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin18 saylı ərazi idarəsi tərəfindən Cavabdeh1 adına 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar qüvvədə olan Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli, 11.04.2019-cu il tarixli qətnaməsinə və Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə göndərilmiş 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubuna əsasən verilmişdir. İddiaçı Osmanov X6 rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə göndərilmiş 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubun, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11.04.2019-cu il tarixli icra vərəqəsinin məcburi icrasının 16 iyul 2021-ci il tarixinə saat 15:30-a təyin edilməsinə dair icra hərəkətlərinin qanunsuz hesab olunması və 17.07.2021ci il tarixli icraata xitam verilməsinə dair qərarının ləğv olunması barədə şikayət vermiş,Balakən Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(019)-49/2021 nömrəli qərardadı ilə onun şikayəti təmin edilməmiş, adıçəkilən sənədlər və icra hərəkətləri qanuni hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək İddiaçı,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə,mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə,mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar