Məhkəmə qərarları › İş №2(019)-98/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-98/2021

28.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-98/2021 28.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən 0.2472 ha Cavabdeh1, Cavabdeh2, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsindən onlar iddiaçılar İddiaçı1 1/4 hissədə və İddiaçı2 1/4 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 1993-cü ildə ünvan 1ində Cavabdeh2 ərə getmişdir. Rəsmi nikahdan 1994-cü ildə bir oğlu İddiaçı2 anadan olmuşdur. Əri Cavabdeh2 Məhəmməd oğlu onunla bir müddət yaşadıqdan sonra çıxıb Rusiya Federasiyasına getmişdir və hal-hazırda Rusiya Federasiyasındadır. Onlar rəsmi olaraq boşanmışlar və o, anasının evində oğlu İddiaçı2 ilə birlikdə yaşayır. Balakən rayon X4 xx xxxxxxxx 2001-ci il tarixli, 09 saylı qərarı ilə qaynanası X2, Cavabdeh2, İddiaçı1 və İddiaçı2 1,08 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı X9 tərəfindən verilmiş reyestr nömrpəsi **********89 olan hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən 1.0839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1/4 hissə payları müəyyən olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı X9 tərəfindən verilmiş RX ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun keçmiş qaynanası X5, Cavabdeh2 Məhəmməd oğlu, İddiaçı1 və İddiaçı2 0,2472 ha həyətanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həmin çıxarışı iddia ərizələrinə əlavə edirlər. Lakin Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 həyətyanı torpaq sahəsindən istifadə etməyə qoymurlar. Həyətyanı sahədən onlara pay ayrılmasına razı deyillər. Ona görə də ünvan 1ində yerləşən RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı X9 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa əsasən özəlləşdirilmiş 0,2472 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 1/4 hissə və İddiaçı2 1/4 hissə həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1i fərdi yaşayış evi və 0.2472 ha yaşayış məntəqələrinin torpaqları 21 №li reyestr kitabının 22 №li vərəqində xx.xx.2017-ci il tarixdə X1 adına fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, İddiaçı1, Cavabdeh2 Mahamayeviçin və İddiaçı2 adına torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********89 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, ünvan 1i 1.0839 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 79 №li reyestr kitabının 65 №li vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Məhəmməd qızının, İddiaçı1, Cavabdeh2 Mahamayeviçin, İddiaçı2 adına ¼ hissə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən RİHB-nin Balakən rayonu Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixli, 193 №li arayışından görünür ki, Qaysa kənd inzibati ərazi dairəsinin 10 nömrəli təsərrüfat başına kitabın 11-ci səhifəsində mərhum X1 adına tikilmiş fərdi yaşayış evin və həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə vardır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən RİHB-nin Balakən rayonu Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2018-ci il tarixli, 668 №li arayışından görünür ki, Qaysa kənd inzibati ərazi dairəsinin 11 nömrəli təsərrüfatbaşına kitabın 170-ci səhifəsində mərhum X1 adına 1962-ci ildə tikilmiş bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evin və həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə var. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən RİHB-nin Balakən rayonu Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixli, 194 №li arayışından görünür ki, A№207666 saylı Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0.25 ha (kənd təsərrüfatı və ya yaşayış məntəqələri təyinatlı) torpaq sahəsi Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun müddəaları rəhbər tutularaq, Balakən rayon X4 qərarına əsasən Cavabdeh1 Məhəmməd qızının və aşağıda qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir: X5, Cavabdeh2 Mahama oğlu, İddiaçı1, İddiaçı2 İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Balakən rayon X4 xx xxx 1997-ci il tarixli qərarına əsasən Balakən rayonu Qaysa kəndində X2 2504.61 kvm həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən x xxxxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X1 vərəsəsi ünvan 1i ünvanında yaşayan qızı Cavabdeh1 Məhəmməd qızıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2002 tarixdə X2 verilmiş seriya nömrəsi JN 8xx xxx 40104018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında əsas ümumi sahəsi 1.08 ha olan torpaq sahəsinin mərhumun mülkiyyətində olan 1/4 hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 08xx xxx 40104018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X4 xx xxxxxxxx 2001-ci il tarixli, 09 nömrəli qərarı ilə ünvan 1ində 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X1, Cavabdeh2 Mahama oğlunun, X3 və İddiaçı2 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2466/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-cı il tarixli, 2(019)-1301/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-203/2019 saylı qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(019)-1301 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.05 2019-cu il tarixli, 2(102)-3660/2019 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş,Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1250/2020 saylı qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2466/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçıların izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ünvan 1ində 0.2472 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 Məhəmməd qızının, İddiaçı1, Cavabdeh2 Mahamayeviçin və İddiaçı2 ümumi mülkiyyətindədir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətdə olan torpaq sahələrindən öz paylarının müəyyən edilməsini tələb edirlər. Cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 Mahamayeviç buna razı olmadıqlarından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X7”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cii maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, reyestr nömrəsi **********70- 10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən 0.2472 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə isə İddiaçı2 pay hüququ vardır. Ona görə İddiaçı1 sözügedən 0.2472 ha həyətyanı torpaq sahəsinin 1/4 hissədə payı və İddiaçı2 həmin 0.2472 ha həyətyanı torpaq sahəsinin 1/4 hissədə payı müəyyən olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin ümumi mülkiyyətçiləri olmasını, ümumi mülkiyyət subyektlərinin iddiaçılar da daxil olmaqla 4 nəfər olmasını və qanunun tələbinə görə ümumi mülkiyyətdə payların bərabər olmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017ci il tarixli Çıxarışa əsasən X1, Cavabdeh2 Mahamayeviçin, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətinə verilmiş 0.2472 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1 və 1/4 hissəsinə İddiaçı2 payları müəyyən edilməlidir. Həmçinin iddia təmin olunduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 10 manat dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən X1, Cavabdeh2 Mahamayeviçin, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətinə verilmiş 0.2472 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1 və 1/4 hissəsinə İddiaçı2 payları müəyyən edilsin; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 10 manat dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar