Məhkəmə qərarları › İş №2(019)-989/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-989/2021

14.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-989/2021 14.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 saylı qərarı ilə hazırlanmış JN 319 saylı və 544 A saylı Şəhadətnamələrin ləğv edilməsi, JN 544A saylı Şəhadətnamədə qeyd olunan 0.18 ha torpaq sahəsinə münasibətdə AİK-nın 30.06.1998-ci il tarixli 08 saylı Qərarının və həmin Şəhadətnamə əsasında verilmiş RX seriyalı *** **** nömrəli Çıxarışın ləğv edilməsi, qeyd edilən AİK-nın qərarı ilə mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinə naturada torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasının (İddiaçı1 münasibətdə) təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə hazırlanmış JN 319 A saylı və 544 A saylı şəhadətnamələrinin ləğv edilməsi, JN 544 A saylı Şəhadətnamədə qeyd olunan 0.18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 saylı qərarının və həmin şəhadətnamə əsasında verilmiş RX Seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, qeyd edilən AİK-nın qərarı ilə mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsinə torpaq sahəsinin ölçüsü və planının hazırlanmasının (İddiaçı1 münasibətdə) təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək,iddia ərizəsi və sənədlərinin özlərinə qaytarılmasını xahiş etmişlər. Cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi və Ağacanova Naimə Tağı qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların ərizəsinə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə hazırlanmış JN 319 A saylı və 544 A saylı şəhadətnamələrinin ləğv edilməsi, JN 544 A saylı Şəhadətnamədə qeyd olunan 0.18 ha torpaq sahəsinə münasibətdə Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 saylı qərarının və həmin şəhadətnamə əsasında verilmiş RX Seriyalı 07438 75 nömrəli Çıxarışın ləğv edilməsi, qeyd edilən AİK-nın qərarı ilə mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsinə torpaq sahəsinin ölçüsü və planının hazırlanmasının (İddiaçı1 münasibətdə) təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, sənədlərin özlərinə qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ərizəsi təmin edilməli, onların iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh3 qarşı Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 saylı qərarı ilə hazırlanmış JN 319 saylı və 544 A saylı Şəhadətnamələrin ləğv edilməsi, JN 544A saylı Şəhadətnamədə qeyd olunan 0.18 ha torpaq sahəsinə münasibətdə AİK-nın 30.06.1998-ci il tarixli 08 saylı Qərarının və həmin Şəhadətnamə əsasında verilmiş RX seriyalı *** **** nömrəli Çıxarışın ləğv edilməsi, qeyd edilən AİK-nın qərarı ilə mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsinə naturada torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasının (İddiaçı1 münasibətdə) təmin edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar