Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1031/2023 09.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- Beyləqan rayonu X* vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Beyləqan rayonu X* Cavabdeh qarşı *0.60 ha torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Beyləqan rayonu X* vəkalətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ehtiyat fonduna məxsus olan *0.60 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Beyləqan rayonu X* vəkalətli nümayəndəsi Nümayəndə iddia tələbini əsaslandıraraq izahatında göstərdi ki, İddiaçı *0 sentyabr 2002-ci il tarixli, *0 saylı qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin *2 mart *999-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaq icarəsi haqqında” Qanununun tələblərinə uyğun olaraq Beyləqan rayonu Yeni Mil qəsəbə sakini Cavabdeh heyvandarlığı inkişaf etdirmək üçün X* ehtiyat fonduna məxsus torpaqlarından *0.60 ha torpaq sahəsinin verilməsinə dair müraciəti əsasında Cavabdeh icarəsinə *5 il müddətinə *0.60 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə 0*.*0.2002-ci il tarixli, 32 saylı torpaq icraə müqaviləsi ilə təsdiq edilmişdir. Lakin həmin torpaq sahəsinin müvəqqəti istifadəsinə dair Şəhadətnamə isə 07 yanvar 2005-ci il tarixdə Cavabdeh adına verilmişdir. Həmin şəhadətnamə JN-6497, Kod 60709038 seriya ilə qeydiyyatdan keçmişdir. Hazırda İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 0*.*0.2002-ci il tarixli, 32 saylı icarə müqaviləsində göstərilən *5 il müddət 20*7-ci il tarixdə bitmişdir. Lakin həmin müddətdən 6 il keçməsinə baxmayaraq cavabdeh bələdiyyənin ehtiyyat fonduna məxsus torpaq sahəsini geri qaytarmaqdan imtina edir. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə ona dəfərlərlə xəbərdarlıqlar etmələrinə baxmayaraq müraciətləri heç bir nəticə verməmişdir. Cavabdehə xəbərdarlıq şifahi qaydada olunmuşdur. Cavabdeh icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Cavabdeh icara müddəti bitdikdən sonra icarə pulu ödəmişdir. Lakin torpaqdan çıxmamışdır. Bu məqsədlədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də, Cavabdeh İddiaçı ehtiyat fonduna məxsus olan *0.60 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı *0 sentyabr 2002-ci il tarixli, *0 saylı qərarına əsasən onun icarəsinə heyvandarlığı inkişaf etdirmək üçün X* ehtiyat fonduna məxsus torpaqlarından *0.60 ha torpaq sahəsi *5 il müddətinə verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə 0*.*0.2002-ci il tarixli, 32 saylı torpaq icarə müqaviləsi ilə təsdiq edilmiş və ona həmin torpaq sahəsinin müvəqqəti istifadəsinə dair JN-6497, Kod 60709038 seriya Şəhadətnamə verilmişdir. İcarəsinə verilmiş *0 ha torpaq sahəsinin * hektarını bələdiyyədən almış və həmin torpaq sahəsi onun mülkiyyətindədir. Ona icarə müddətinin bitməsi ilə əlaqədar xəbərdarlıq edilməmişdir. İcarə müddəti bitsə də onlar icarəni davam etdirmiş və o icarə pulunu da ödəmişdir. Həmin torpaq sahəsini bu müddət ərzində tam yararlı hala salmış, orada mal-qara saxlamaq üçün yer düzəltmiş, orada torpaq sahəsindən istifadə və maldarlığın inkişafı ilə bağlı bütün şəraiti qurmuşdur. Əgər icarə müqaviləsi bitdikdən sonra onunla icarə müqaviləsinin ləğvi tələb olunmursa müqavilə eyni müddətdə bağlanmış hesab hesab olunmalıdır. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan İddiaçı *0 sentyabr 2002-ci il tarixli, *0 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin *2 mart *999-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaq icarəsi haqqında” Qanununun tələblərinə uyğun olaraq Beyləqan rayonu Yeni Mil qəsəbə sakini Cavabdeh heyvandarlığı inkişaf etdirmək üçün X* ehtiyat fonduna məxsus torpaqlarından *0.60 ha torpaq sahəsinin verilməsinə dair müraciəti əsasında Cavabdeh icarəsinə *5 il müddətinə *0.60 ha torpaq sahəsi verilmişdir. İşdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 0* oktyabr 2002-ci il tarixli 32 icarə müqaviləsinə əsasən *0.60 ha torpaq sahəsinin *5 il müddətə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-6497, Kod 60709038 seriyalı şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı *0 sentyabr 2002-ci il tarixli, *0 saylı qərarı ilə *5 il müddətə *0.60 ha torpaq sahəsi heyvandarlığın inkişafı üçün verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətinə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən *,0ha kənd təsərrüfatlı torpaq sahəsi verilmiş, *2 mart 2020-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində *7 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Mil Bələdiyyəsinin 22 aprel 2023-cü il tarixli *8 nömrəli arayışından görünür ki, Cavabdeh 2022-ci ilin sonuna qədər Beyləqan rayon Mil Bələdiyyəsinə torpaq icarə haqqına görə borcu yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı *0 sentyabr 2002-ci il tarixli, *0 saylı qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin *2 mart *999-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaq icarəsi haqqında” Qanununun tələblərinə uyğun olaraq Beyləqan rayonu Yeni Mil qəsəbə sakini Cavabdeh heyvandarlığı inkişaf etdirmək üçün X* ehtiyat fonduna məxsus torpaqlarından *0.60 ha torpaq sahəsinin verilməsinə dair müraciəti əsasında Cavabdeh icarəsinə *5 il müddətinə *0.60 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə 0*.*0.2002-ci il tarixli, 32 saylı torpaq icraə müqaviləsi ilə təsdiq edilmişdir. Torpaq sahəsinin müvəqqəti istifadəsinə dair Şəhadətnamə 07 yanvar 2005-ci il tarixdə Cavabdeh adına verilmişdir. Həmin şəhadətnamə JN-6497, Kod 60709038 seriya ilə qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsinin * ha hissəsi bələdiyyə tərəfindən Cavabdeh satılmış və Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi cavabdeh həmin torpaq sahəsini zəbt etməmişdir. İddiaçı tərəfindən cavabdehə icarə müddətinin bitməsi ilə əlaqədar bildiriş göndərilməmişdir. İddiaçı isə icarə müqaviləsi bitdikdən sonra icarə müqaviləsi üzrə icarə pulunu qəbul etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin *-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *64.*-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci madddəsinə görə icarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaq İcarəsi haqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun *3-cü maddəsinin 5-ci bəndinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər Həmin Qanunun *4-cü maddəsinə görə icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə torpaq üzərində icarə münasibərlərinin obektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Qanunun **-ci maddəsinə görə icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Hazırkı işdə cavabdeh sözügedən torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada icrəyə götürmüş, icarə müqaviləsinin müddəti bitsə də, ona bu barədə xəbərdarrlıq edilməmiş və cavabdeh yendən icarə haqqını ödəmişdir. Cavabdeh həmin torpaq sahəsinə sahiblik etmək və ondan istifadə etmək hüququna malikdir, hazırda da faktiki olaraq qanuni icarəçi kimi istifadə edir və qanunun yuxarıda sadalanan normalarına görə tərəflər arasında icarə müqabiləsi etni müddətdə və eyni şərtlərlə bağlanmış hesab edilir. icarə haqqını ödəmişdir. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur. İcarə müqaviləsi ləğv edilməmiş və icarə münasibətlərinə xitam verilməmişdir. Bununla əlaqədar bələdiyyə tərəfindən məhkəməyə müraciət olunmamışdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əssassız olduğundan, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetmədiyindən iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Beyləqan rayonu X* Cavabdeh qarşı *0.60 ha torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1031/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1031/2023
09.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver