Məhkəmə qərarları › İş №2(020)-1034/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1034/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1034/2023 16.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi mərhum arvadı X3 məxsus mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizəylə müraciət edərək, mərhum arvadı X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayonunun Kəbirli kənd sakini X4 ilə *996-cı ildə ailə həyatı quraraq qeyri-rəsmi olaraq ərarvad münasibətində yaşamışlar. onların birgə nikahlarından uşaqları olmamışdır. X6 *0.**.*998-ci ildə uzun sürən xəstəlikdən sonra Beyləqan rayonunun Əhmədli kəndində dünyasını dəyişmiş, arvadının vəsiyyəti ilə Beyləqan rayonunun Kəbirli kənd qəbirstanlığında öz valideyinlərinin qəbrinin yanında dəfn olunmuşdur. Yas mərasimini də o, etmişdir. Mərhum arvadı ondan əvvəl heç kəslə ailəli olmamışdır. Mərhum arvadından qalan miras əmlakları hazırda onun faktiki istifadəsindədir. Lakin sənədlərində çatışmazlıq olduğundan qanun üzrə vərəsəlik əldə edə bilmir. Belə ki, faktiki miras əmlakları qəbul etməyi barədə əlində hər hansı bir rəsmi sənəd olmadığından bəzi sənədləşmə işlərində çətinliklərlə üzləşir. Ona, ailə üzvlərinə və mərhum arvadı X3 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi 6070*3049939, Qeydiyyat nömrəsi *722024*64, Qeydiyyat tarixi 23.0*.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində *43 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışla kənd təsərrüfatlı məhsullarının istehsalı üçün 5.5632 ha pay torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi onun faktiki istifadəsindədir və mərhumun ondan başqa vərəsəsi olmadığından həmin əmlakı sənədləşdirmək istəyir. Bu məqsədlə də ilkin olaraq ona, ailə üzvlərinə və mərhum arvadına məxsus əmlaka dair Daşınmaz Əmlakdan Çıxarış almağına baxmayaraq həmin Çıxarışda torpaq sahəsinin hüquqi sahibləri qrafasında onun özünün və ailə üzvlərinin adıyla yanaşı mərhum arvadı X* adı qeyd edilmişdir. O, bu barədə Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə müraciət etsə də orada ona mərhum X6nın başqa vərəsəsi olmadığından onun adından qalan miras əmlakının onun tərəfindən faktiki istifadəsində olduğuna dair məhkəmə qətnaməsi çıxarılmalı olduğu bildirildilər. Vərəsə kimi tanınmasını məhkəmə qaydasından başqa cür əldə edə bilmir. Təqdim olunmuş sənədlərdən də görünür ki, o, uzun illərdir mirası faktiki olaraq qəbul etmişdir. O, növbəli vərəsədir, mərhum arvadının başqa vərəsəsi yoxdur. Odur ki, *0.**.*998-ci ildə ölmüş mərhum arvadı X3 məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Beyləqan rayon * saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə prosesinə nümayəndəsini göndərməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi 6070*3049939, Qeydiyyat nömrəsi *722024*64, Qeydiyyat tarixi 23.0*.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində *43 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, mərhum X3 Beyləqan rayon Əhmədli kəndində torpaq sahəsi verilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum arvadı X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin **59.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X4 öldüyü günədək iddiaçı onu öz evində himayə edərək saxlamış, onun bütün qayğıları ilə şəxsən məşğul olmuşdur. Ona görə də məhkəmə qaydasında mərhum arvadının növbəli vərəsəsi kimi tanınmağını istəyir. Ərizəçi arvadı X4 vəfat etdikdən sonra hazırki vaxta kimi mərhuma məxsus torpaq sahəsindən istifadə edir. Bu o deməkdir ki, ərizəçi mərhum arvadına məxsus miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi *0.**.*998-ci ildə ölmüş mərhum arvadı X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar