Məhkəmə qərarları › İş №2(020)-1038/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1038/2023

07.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1038/2023 07.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2 ilə bibi qardaşoğlu dərəcəsində qohumluq münasibətinin olması faktı, *3 yanvar 2023-cü ildə vəfat etmiş X3 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, onun doğma X2 *3 yanvar 2023-cü ildə vəfat etmişdir. Bibisi X* rayonunun Dünyamalılar kəndində doğulmuşdur. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin ata bacısı ilə onun qohumluq münasibətinin olması barədə hər hansı bir rəsmi sənəd yoxdur. Belə ki, mərhum bibisi ilə onun qohumluq münasibətində olmağı faktının müəyyən edən sənəd olmadığı üçün sənədləşmə işlərində bir sıra çətinliklər çəkir. Bununla əlaqədar olaraq Beyləqan rayon İ saylı Dövlət Notariat Kontoruna və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Ona görə də orada ona bildirmişlər ki, faktının təstiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də mərhum X2 ilə bibi qardaşoğlu dərəcəsində qohumluq münasibətinin olması faktı, *3 yanvar 2023-cü ildə vəfat etmiş X3 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Beyləqan rayon * saylı Dövlət notariat kontorunun notariusuna məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmişdir Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X5 *3 yanvar 2023-ci ildə ürəyin miokard infakt xəstəliyindən ölmüşdür Beləliklə, məhkəmə tədqiq edilən sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 ilə bibi qardaşoğlu Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Mərhum X2 ilə Ərizəçi - bibi qardaşoğlu dərəcəsində qohumluq münasibətinin olması faktı müəyyən edilsin. Mərhum bibisi *3 yanvar 2023-cü ildə vəfat etmiş X3 növbəli vərəsəsi kimi Ərizəçi mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar