Məhkəmə qərarları › İş №2(020)-1050/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1050/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1050/2023 02.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi Qanuni nümayəndə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Qanuni nümayəndə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğun tərtib edilməli və iddia ərizəsi iddiaçı və ya buna səlahiyyəti olan şəxs tərəfindən imzalanmalıdır. Lakin hazırki ərizədə ərizənin forma və məzmununa riayət edilməmiş, ərizə səlahiyyəti olmayan şəxs, yəni Qanuni nümayəndə adından verilməli olduğu halda X1 adından verilmiş və X2 tərəfindən imzalanmışdır. Eyni zamanda ərizədə maraqlı şəxs qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi Qanuni nümayəndə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar