Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1071/2025 22.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı4, İddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il qeydiyyat tarixli olan Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 3,3993 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli qeydiyyat tarixli Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.8153 ha torpaq sahəsinin 2.22 ha hissəsindən məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Yuxar Aran qəsəbəsində yaşayırlar. Məhkəməyə müraciət etmək üçün əsas olan mübahisənin mahiyyəti ondan ibarətdir ki, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə onların ailəyə 3.3993ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Eyni zamanda onların ailə üzvləri olan X6ma 0,82 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. X3 2019-cü ildə rəhmətə getmiş, vərəsəlik şəhadətnaməsi əsasında onun mülkiyyətində olan 0,82 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə keçmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinin həcmi 4.41 ha olmaqla istifadələrində olmasına baxmayaraq, Beyləqan rayonu Yuxarı Aran qəsəbə sakini Hacıyev X5 rayon məhkəməsində iddia qaldıraraq İddiaçı1 onun və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə JN 0006 KOD 60708018 OLAN” Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X4 mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 1.69 ha hissəsindən İddiaçı1 və 2.56 ha hissəsindən isə X1 çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin araddan qaldırılması qət edilmişdir. Həmin qətnamədən verilən apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-28/2023 saylı qətnaməsi ilə Beyləqan rayon məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə JN 0006 KOD 60708018 OLAN” Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X4 mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 2.22 ha hisəsindən İddiaçı1 və 1.82 ha hissəsindən isə X1 çıxarılması qət edilmişdir. Qətnamə qüvvəsini almış, icraya yönəldilmiş, onların birgə mülkiyyətlərində olan 4.22 ha torpaq sahəsinin 2.22 ha hisəsindən çıxarılaraq, həmin torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin qətnamənin qəbul edilməsinə səbəb DƏDRX-nin Beyləqan Ərazi İdarəsinin mütəxəssislərinin verdiyi rəy olmuşdur. Həmin ərəfədə ərazidə olan torpaq çatışmamazhğı ilə vətəndaşların torpaqlarının faktiki ölçüsü ilə yerdəki ölçüsü arasında uyğunsuzluq olmuşdur. Bu uyğunsuzluqların aradan qaldırılması üçün torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə ‘‘Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Beyləqan rayonu Yuxarı Aran qəsəbəsindədə dürüstləşmə işləri aparılmış, torpaqların faktiki vəziyəti ilə koordinatları TEKUİS sistemində yerləşdirilmişdir. Həmin sistemin məlumatlarına əsasən X8 və onun ailə üzlərinin mülkiyyətində olan torpaq sahəsinində koordinatları müəyyənləşdirilmiş və TEKUİS-də uçota alınmışdır. Lakin Cavabdeh heç bir halda Azərbaycan Respublikasının Prezidentinin Fərmanının icrası qaydasında aparılmış dürüstləşmə işinə uyğun olaraq öz mülkiyyətlərində olan torpaq sahələrinə keçməyərək onların mülkiyyətlərində olan torpaq sahəsini istifadə etməkdə davam edirlər, DƏDRX-nin mütəxəssislərinə onların mülkiyyətlərində olan torpaq sahəsini ölçüb təhkim etməyə imkan vermir. Hal-hazırda onlarpaylı mülkiyyətlərində olan həmin torpaqdan istifadə edə bilmirlər və cavabdehlərə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq qanunsuz hərəkətlərini dayandırmır. 15 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh şifahi vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hal-hazırki mübahisəyə onun iddiası əsasında Beyləqan Rayon Məhkəməsi tərəfindən baxılıb, qətnamə qəbul edilmiş və həmin qətnamədən verilmiş şikayətlərə Şirvan Apellyasiya Məhkəməsində və Ali Məhkəməsində baxılmışdır. Ona görə də mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı4 iş üzrə icraata xitam verilməsinə etiraz etdiklərini bildirərək, iddia ərizələrinə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkili) Nümayəndə mülki iş üzrə icraata xitam verilməsinə etiraz etdiyini, Azərbaycan Respublikasının Prezdentinin Fərmanın icrası ilə əlaqədar Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində dürüstləşdirilmə işləri aparıldığını, torpaqların faktiki vəziyyəti ilə koordinatları TEKUİS sistemində yerləşdirildiyini, həmin sistemin məlumatlarına əsasən X8 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrinin koordinatlarının müəyyənləşdirdiyini və TEKİUS-də uçota alındığını və həmin koordinatlar əsasında ekspertiza keçirilməli olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-78/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X7 və İddiaçı1n qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarma və torpağın ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilərək, Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə JN 0006 saylı, kod 60708018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X4 mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 1.69 ha hissəsindən cavabdeh İddiaçı1 və 2.56 ha hissəsindən isə X2 çıxarılmaları, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-28/2023 saylı qətnaməsinə əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)- 78/2021 saylı qətnaməsi dəyişdirilmiş və Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat komissiyasının noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə (JN0006, kod60708018 olan) “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 4.25 ha torpaq sahəsinin 2.22 ha hissəsindən İddiaçı1, 1.82 ha hissəsindən X1 çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-798/2024 saylı qərarından görünür ki, kassasiya şikayət təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-28/2023 nömrəli 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 15 sentyabr 2025-ci il tarixli 3-21-3-45/2-5562/2025 nömrəli məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı1 xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəli ərizə ilə daşınmaz əmlakın texniki paasportunun verilməsi zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi ilə bağlı müraciət etmişdir. Lakin müraciətindən imtina edilmişdir. Həmin məktuba torpaq sahəsinin plan və ölçü sxeminin təsdiq edilmiş surəti də əlavə edilmişdir. Göründüyü kimi, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)- 78/2021 saylı, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-28/2023 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-798/2024 saylı qərarı ilə tərəflər arasında mübahisəyə hüquqi qiymət verilmiş, Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat komissiyasının noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə (JN0006, kod60708018 olan) “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 4.25 ha torpaq sahəsinin 2.22 ha hissəsindən İddiaçı1, 1.82 ha hissəsindən X1 çıxarılması qət edilmişdir. Hal-hazırda iddiaçılar Cavabdeh Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il qeydiyyat tarixli olan Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 3,3993 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli qeydiyyat tarixli Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.8153 ha torpaq sahəsinin 2.22 ha hissəsindən məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsini tələb edirlər ki, eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, hazıki mülki işin icraatına xitam verilməsini zəruri edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1071/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1071/2025
22.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver