Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1072/2024 16.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- X5, Cavabdeh- Cavabdeh1 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması və torpaq sahəsinə müdaxilə olunmasına qadağa qoyulması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin üçün 3.2949 ha torpaq sahəsindən çıxarılması, mülkiyyətində olan həmin torpaq sahəsinə hər hansı bir şəkildə müdaxilə edilməsinə həmin şəxslərə qadağa qoyulması və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X15 məhkəmə iclasında iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan Çıxarışla mülkiyyətinə 3.2949 ha torpaq sahəsi verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq özbaşına zəbt etmişlər. O, mülkiyyətinə verilmiş torpaq sahəsini istifadə edə bilmir. Cavabdeh2 tərəfindən 0,95 ha və Cavabdeh1 tərəfindən isə 0.81 ha torpaq sahəsi qanunsuz zəbt edilməklə qanunsuz istifadə olunur. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsindən çıxmalarını bildirsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin üçün 3.2949 ha torpaq sahəsindən çıxarılması, mülkiyyətində olan həmin torpaq sahəsinə hər hansı bir şəkildə müdaxilə edilməsinə həmin şəxslərə qadağa qoyulması və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, 1997-ci ildə aparılan torpaq islahatları zamanı Mayis Quluyev bağ deyilən ərazidən ona torpaq veriilməsini xahiş etmişdir. Həmin yerdən iddiaçıya 1,7 ha torpaq sahəsəi verilmişdir. İslahat zamanı onun da mülkiyyətinə torpaq sahəsi verilmişdir. O, iddiaçı ilə qonşu deyildir. İddiaçının torpaq sahəsindən sonra üçüncü torpaq ona məxsusdur. İddiaçının torpağını zəbt etməmişdir. Mütəxəsis tərəfindən torpaq sahələri ölçülərkən orada olmamışdır. Yer düzgün ölçülməmişdir. Ekspertizanın rəyi ilə razı deyildir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X11 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, X15 məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan Çıxarışla mülkiyyətinə 3.2949 ha, reyestr nömrəsi **********12 olan X3 və ailə üzvlerinin mülkiyyatine verilmiş 1.57 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyindən görünür ki, X6 Beyləqan rayonu İmamverdilər kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan Çıxarışla mülkiyyətində olan 3.29 ha torpaq sahəsinin( JN:116 saylı Dövlət aktı əsasında verilmiş) sərhədlərini naturada müəyyən etmək üçün araşdırma aparan zamanı müəyyən olunmuşdur ki, torpaq islahatı işləri aparılan zaman qeyd edilən mübahisəli ərazidə torpaq çatışmazlığı olduğu X7 istifadəsinə 1.57 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi digər ərazidə yerləşən reyestr nömrəsi **********12 olan X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.57 ha torpaq sahəsinin (1-ci hisse, JN:116) müqabilində verilmişdir. Ona görə də X6 Beyləqan rayonu İmamverdilər kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətp Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan Çıxarışla mülkiyyətində olan 3.29 ha torpaq sahəsinin (2-ci hissə, JN:116A) yerquruluşu planına yerləşməli olduğu yer naturada müəyyən edilmişdir. Eyni zamanda reyestr nömrəsi 60701301 olan X1 mülkiyyətində olan 3.29 ha torpaq sahəsinin 2 hissə, JN:116A) müqabilində digər ərazidən X6 faktiki istifadəsinə verilmiş, mövcud baza məlumatı olan X12 X14(TEKUİS-də) qeyd edilən 3.29 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Cavabdeh X18 məxsus JN:119 saylı Dövlət aktı ilə mülkiyyətdə olan torpaq sahəsi iddia olunan mübahisəli ərazidə yerləşmədiyi üçün həmin torpaq sahəsində ölçi aparılmadı. Eyni zamanda iddia olunan mübahisəli ərazidə yerləşən qonşu torpaq sahəsi JN 117 saylı Dövlət akti ilə X19 və ailə üzvlərinin mülkiyyətinə və 2.19 ha torpaq sahəsinin yerquruluşu planına görə yerləşməli olduğu yer naturada müəyyən edilmişdir. Həmin torpaq sahəsinin (JN:117) müqabilində X13 ailə üzvlərinin istifadəsinə verilmiş hal-hazırda Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən istifadə olunan,mövcud baza məlumatı olan X12 İnformasiya Sistemində (TEKUlS-c^ə) qeyd edilən 2.19 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Cavabdeh X20 tərəfindən X6 Beyləqan rayonu İmamverdilər kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan Çıxarışla mülkiyyətində olan 3.29 ha torpaq sahəsi zəbt edilməmişdir. X6 reyestr nömrəsi **********13 olan Çıxarışla mülkiyyətində olan 3.29 ha torpaq sahəsinin 0.95 ha Cavabdeh2, 0.81 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Cavabdeh X18 məxsus torpaq sahəsi ilə iddiaçı X9 məxsus torpaq sahəsi üst-üstə düşmür. İddiaçı iddia ərizəsində cavabdehlərin ona məxsus 3.2949 ha torpaq sahəsindən çıxarılmalarını göstərsə də, cavabdehlərdən Cavabdeh2 0,95 ha, Cavabdeh1 isə 0,81 ha torpaq sahəsini zəbt etmələri iş materialları ilə işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan X2 mülkiyyətində olan 3.29 ha torpaq sahəsinin 0 .95 ha hissəsindən Cavabdeh2, 0.81 ha hissəsindən isə Cavabdeh1 çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması sübuta yetdiyindən iddia qismən təmin edilməli, torpaq sahəsinin 0.95 ha hissəsindən Cavabdeh2, 0.81 ha hissəsindən isə Cavabdeh1 çıxarılmaqla, həmin torpaq sahəsinə hər hansı bir şəkildə müdaxilə edilməsinə cavabdehlərə qadağa qoyulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan X2 mülkiyyətində olan 3.29 ha torpaq sahəsinin 0.95 ha hissəsindən Cavabdeh2, 0.81 ha hissəsindən isə Cavabdeh1 çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçı X10 verilsin, həmin torpaq sahəsinə hər hansı bir şəkildə müdaxilə edilməsinə cavabdehlərə qadağa qoyulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1072/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1072/2024
16.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver