Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1167/2023 03.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi *9.07.20*3-cü il tarixdə ölmüş mərhum anası X6 məxsus mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *9.07.20*3-cü il tarixdə ölmüş mərhum anası X6 məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o X9 ilə anası X5 birgə nikahlarından xx.xx.*968-ci ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olmuşdur. 08.02.*989-cu ildə atası X9, *9.07.20*3-cü ildə isə anası X8 ölmüşdür. Mərhum anasını öldüyü günə kimi o, himayəsində saxlamışdır. Mərhum anasına, ona və ailə üzvlərinə ailə başçısı mərhum anası Şura Kazımova göstərilməklə Beyləqan rayonunun Milabad qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün Aqrar İslahat Komissiyasının *5.02.*999-cu il tarixli, 05 saylı qərarı ilə 0.20 ha həyətyani torpaq sahəsi verilmişdir. Həmin həyətyani torpaq sahəsi üzərində mərhum anasının sağlığında ümumi sahəsi 82.24 kv.m, yaşayış sahəsi 62 kv.m, kğməkçi sahəsi 20.24 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Həmin fərdi yaşayış evini həmkəndlisi Beyləqan rayon Milabad qəsəbə sakini X*. Vüqar Mirzəyev həmin həmin fərdi yaşayış evini sənədləşdirmiş və öz adına *9.**.2002-ci il tarixdə 298 nömrəli Qeydiyyat Vəsiqəsi almışdır. Lakin hazırda fərdi yaşayış evinin altında yerləşən 0.20 ha həyətyani torpaq sahəsini sənədləşdirə bilmir. Hazırda həmin 0.20 ha həyətyani torpaq sahəsini sənədləşdirib Vüqar Mirzəyevə alqı-satqı müqaviləsi əsasında vermək istəyir. Odur ki, mərhum anasından qalan miras əmlakı qəbul etməyi ilə əlaqədar olaraq Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etsədə, lakin orada ona bildirmişlər ki, həmin faktın təstiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidır. Həmçinin bildirir ki, mərhum anasının bütün dəfn xərclərini şəxsən özü çəkmişdir. Mərhum anasının ondan başqa vərəsələri yəni yaxın qohumlar hər biri həmin mirasın onun adına keçirilməsinə etiraz etmirlər. Odur ki, *9.07.20*3-cü il tarixdə ölmüş mərhum anası X6 məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat ofisinin natariusu Cəsarət Qasımov məhkəməyə məktub göndərərək mülki işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasına gəlmə haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsini məhkəməyə göndərmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının *5.02.*999-cu il tarixli, 05 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN-220A, KOD 607090*8 seriyalı Şəhadətnaməsinin surətindən görünür ki, Beyləqan rayonu Milabad kənd sakini X6 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə fərdi yaşayış evi tikilməsi üçün 0.20 ha həyətyani torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxtektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin *9.**.2002-ci il tarixli, 298 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Beyləqan rayonu Milabad kənd sakini X3 adına Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən *974-cü il tarixdə inşa edilmiş ümumi sahəsi 82.24 kv.m, yaşayış sahəsi 62 kv.m, kəməkçi sahəsi 20.24 kv.m olan, 3 otaqdan ibarət, * mərtəbəli fərdi yaşayış evi *9.**.2002-ci il tarixdə 2/* nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X8 *9.07.20*3-cü ildə ölmüşdür. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum anası X6 məxsus miras əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X7 öldüyü günədək Ərizəçi öz evində himayə edərək saxlamış, onun bütün qayğıları ilə şəxsən məşğul olmuşdur. Ona görə də ərizəçi məhkəmə qaydasında mərhum anasının növbəli vərəsəsi kimi tanınmağını istəyir. Bu hal onu göstərir ki, Ərizəçi vərəsə kimi miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi *9.07.20*3-cü il tarixdə ölmüş mərhum anası X6 məxsus mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1167/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1167/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver