Məhkəmə qərarları › İş №2(020)-1186/2024

Beyləqan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(020)-1186/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1186/2024 18.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətində olan yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətində olan yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********87- 05101-093006 saylı çıxarış əsasında xüsusi mülkiyyətinə verilmiş Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində 127 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində yerləşən 29.24 kv metr ümumi, 25.5 yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzilindən çıxarılması və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 iyun 2012-ci ildə Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.046 ha torpaq sahəsində yerləşən 127 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində yerləşən 29,24 kv metr ümumi, 25,5 yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzili X2 AN-İ ******* nömrəli Daşınmaz Əmlakı Alqı-Satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********87- 05101-093006 saylı çıxarış əsasında xüsusi mülkiyyətinə alınmış, çıxarış 09 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzilə pasport da verilmişdir. O, həmin mənizilin tək hüquqi sahibidir. Qeyd edir ki, qızı X1 Cavabdeh ilə ailə quraraq, nikahları 23 sentyabr 2010-cu ildə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər, onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. X6 ailə qurandan sonra evləri olmadığından onun xüsusi mülkiyyətində olan evində yaşamışlar. Qeyd edir ki, onun evini qızına bağışlamamışdır. Onlara evi müvəqqəti yaşamaq üçün vermişdir. Hazırda qızı ilə Cavabdeh arasında ailə münasibətləri pozulub. Boşanma işi məhkəmənin icraatındadır. Qızı onun öz evində uşaqları ilə birlikdə yaşayır. Onun xüsusi mülkiyyətində olan evdə isə cavabdeh tək yaşayır. Dəfələrlə cavabdehdən mülkiyyətində olan evdən çıxarılmasını tələb etsə də cavabdeh onun evindən çıxmır. O, bu barədə polis və prokurorluğa şikayət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin bildirir ki, cavabdehdən evdən çıxarılması tələb etdiyi üçün o, qızını, oğlunu və onu hədələyir. Onun qorxusundan gəlini evdən gedib öz atası evində yaşayır, onlar isə evdə qorxa-qorxa yaşayırlar. Məhkəmə icasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Beyləqan şəhəri, X7 küçəsi 127 saylı evin 1 saylı mənzil satıcı X5 tərəfindən 6000 (altı min) manata İddiaçı satılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 129705 №-li Çıxarışın surətindən müəyyən olunur ki, Beyləqan şəhəri, X7 küçəsi 127 saylı evin 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Məmmədov X3 rayonunun Tatalılar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə mülki işin materiallarından görünür ki, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Beyləqan şəhəri, X7 küçəsi 127 saylı evin 1 saylı mənzilində yaşaması faktı müəyyən edilmişdir; sonuncunun mübahisəli mənzilə üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşayış yeri Beyləqan rayonunun Tatalılar kəndidir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “cavabdehin yaşayış yeri mülkiyyətində olan mənzilindən çıxarılmasını” tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir ki, qeyd edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri X7 küçəsində yerləşən 127 saylı evin 1 saylı mənzilindən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan şəhəri X7 küçəsində yerləşən 127 saylı evin 1 saylı mənzilindən çıxarılsın. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar