Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1205/2023 12.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1552 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 35,52 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işlədiyi iyaşə obyektində iş rejiminin çətinliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, anası X1 mülkiyyətində olan, 23 oktyabr 2019-cu il tarixli etibarnamə əsasında idarə etmək və sərəncam hüquqları tanınmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766, mənzil 102 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 63,2 kv.metr sahəli mənzili əşyalı şəkildə cavabdehə aylıq 300 manat olmaq şərti ilə kirayə vermişdir. Cavabdeh 2021-ci ilin noyabr ayından ailəsi ilə birlikdə yaşadığı həmin evdə ilk əvvəllər kirayə haqqını vaxtında ödəsə də, sonradan ödənişlər gecikdirilmişdir. Cavabdeh maddi vəziyyətinin pis olması səbəbindən ödənişləri gecikdirdiyini, tezliklə borcunu bağlayacağını bildirsə də, 15 oktyabr 2022-ci il tarixdə tarixdə o, ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Mənzili tərk edərkən cavabdehin ona 1150 manat ödənilməmiş kirayə haqqı borcu, həmçinin, mənzildə yaşadığı müddətdə istifadə etdiyi, lakin dəyərini ödəmədiyi 402 manat su sərfiyyatı borcu yaranmışdır. Evdən çıxan zaman cavabdeh özünə məxsus avtomobilin dövlət qeydiyyatı şəhadətnaməsini ona verərək, ona olan borcunu ödədiyi anda şəhadətnaməni geri alacağını bildirmişdir. Cavabdehin ona olan borcu, habelə borcun təminatı olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ona verilməsi cavabdehlə aralarında ikisinin də razılığı ilə imzalanmış aktla öz təsdiqini tapır. 15 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş həmin akta əsasən, cavabdeh ona olan borcunu 1 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, razılaşdıqları müddətdə ona olan borc ödənilməmişdir. Bundan əlavə, 07 aprel 2023-cü il tarixdə əvvəllər tanımadığı, X5 adlı şəxs onunla əlaqə saxlayaraq, Cavabdeh məxsus avtomobili aldığını bildirib, avtomobilin qeydiyyat şəhadətnaməni ona verməsini xahiş etmişdir. O, qeydiyyat şəhadətnaməsinin onda qalmasının nə hüquqi əsasının olmadığını, nə də bunun borcun qaytarılmasına üsul olmadığını anlayıb, şəhadətnaməni Elnur Abdullayevə vermişdir. Aralarında təhvil-təslim aktı tərtib edilmişdir. Bundan sonra o, ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də, ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Sözügedən mənzil Xırdalan şəhərində "AAAF İnşaat” yaşayış kompleksində yerləşdiyindən, o, həmin ərazidə üzrə xidmət aparan Abşeron Rayon Polis İdarəsində sahə müvəkkili işləyən, polis kapitanı X3 müraciət etmişdir. Sahə müvəkkili cavabdehi dəvət edərək, ondan izahat almış, bu zaman cavabdeh ona həqiqətən də ərizədə göstərdiyi məbləğdə borcu olmasını etiraf etmişdir. O, həmin izahatın surətini sahə müvəkkilindən tələb etsə də, yalnız məhkəmə sorğusu ilə bu materialları təqdim edə biləcəyini demişdir. Odur ki, Cavabdeh 1552 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 35,52 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdehə göndərilən məhkəmə bildirişi onun qeydiyyatda olduğu və yaşadığı ünvanda ailə üzvləri tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə bildirişi cavabdehin ailə üzvləri tərəfindən qəbul edildiyindən məhkəmə bildirişi rəsmi qaydada cavabdehə verilmiş hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə bağmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1552 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış aktdan görünür ki, İddiaçı mülkiyyətində olan 1 otaqlı evini əşyalı olaraq Cavabdeh müvəqqəti yaşamaq üçün kirayə vermişdir. Kirayə pulunu ödəyə bilmədiyi üçün yaranmış borc müqabilində (1150 AZN və su pulu 402 AZN ) evə dəymiş ziyanı tam ödəmək şərti ilə ona məxsus olan ** EA *** dövlət nömrə nişanlı BMW markalı avtomabilin texniki pasportunu girov almışdır. Ödəniş tam ödəndikdən sonra ona məxsus olan sənədin verilməsinə razılaşmışlar və hər ki tərəf aktı imzaları ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə X2 arasında bağlanmış aktdan görünür ki, X2 özünə məxsus olan ** EA *** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini İddiaçı təhvil götürmüşdür. Aktı hər iki tərəf imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə görə əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 684.2-ci maddəsinə görə kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Məhkəmədə cavabdehin kirayə şərtlərinə əməl etməməsi və mövcud borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 1552 manat pul və ödənilmiş 35,52 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 1552 (min beş yüz əlli iki) manat pul və ödənilmiş 35,52 (otuz beş manat əlli ik qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1205/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1205/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver