Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-124/2024 16.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabeh Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan, reyestr nömrəsi **********30 olan və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən onun mənim xüsusi mülkiyyətimdə olan 2.42 ha torpaq sahəsinin 0.75 hektarında məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən ona törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan, Çıxarışla 2.42 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Ona məxsus olan torpaq sahəsinin 1.50 hektarı X4 və X7 tərəfindən uzun müddət zəbt olunaraq istifadə olunduğundan Beyləqan Rayon Məhkəməsində X4 və X6 qarşı torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddia qaldırmış, Beyləqan rayon məhkəməsinin 2(020)-8/2023 saylı, 31,07.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X5 mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin 1,50 ha hissəsindən çıxarılması qət edilmişdir. Həmin iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Mərkəzin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin sərhədlərinin koordinatları müəyyən edilmiş və torpaq sahəsinin 1.50 ha hissəsinin Ramil Həsrət oğlu tərəfindən istifadə olunduğu, 0.75 ha hissəsi qərardadda adı qeyd edilməyən digər şəxslər tərəfindən istifadə olunduğu, 0.17 ha hissəsinin isə həmin ərazidən keçən su arxı ilə üstüstə düşməsi müəyyən edilmişdir. Həmin 0.75 ha hissə hazırkı iş üzrə Cavabdeh tərəfindən xeyli müddətdir ki, istifadə olunur. Cavabdeh torpağını qanunsuz zəbt etməklə torpağından çıxmır. Oona görə də, cavabeh Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan, reyestr nömrəsi **********30 olan və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən onun mənim xüsusi mülkiyyətimdə olan 2.42 ha torpaq sahəsinin 0.75 hektarında məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən ona törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddia qəbul etmədi və göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur. Öz torpağından istifadə edir. Həmin torpaq ona qətnaməyə əsasən ölçülüb verilmişdir. Həmin yerə 4000 manat xərc çəkmişdir. DƏDRX-nin əməmkdaşları tərəfindən yer düzgün ölçülməmişdir. iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur. xx.xx.2020-ci ildə İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır, onun iddiası təmin edilmiş və İddiaçı onun 1,43 ha torpaq sahəmdən çıxarılmışdır. Onun və qonşu torpaqların yenidən ölçülməsini istəyir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan 6 saylı ərazi İdarəsi hər dəfə ayrı-ayrı rəylər verir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına şahid kimi dəvət edilib dindirilən X8 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin yerqurluşunun təşkili şöbəsində mühəndis işləyir. İddiaçı və Cavabdeh mülkiyyətlərində olan torpaq sahələri ölçülmüşdür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 2,42 ha hissəsindən 0,75 ha hissəsini Cavabdeh istifadə edir. Həmin ərazi ekspert rəyinə əlavə edilmiş ölçü palnında göstərilmişdir. Ölçmə işləri dəqiq aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən 2,42 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6304 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Şitilçilik qəsəbəsində yerləşən, torpaq islahatı işləri aparılan zamanı Şitilçilik qəsəbəsinin (keçmiş M.Ə.Sabir adına təsərrüfatın) tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunan bölgü layihəsinə (JN 104 saylı planda qeyd edilən 2.60 ha torpaq sahəsinin 2.42 ha hissəsi) əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin sərhədlərinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda Beyləqan rayonu Şitilçilik qəsəbəsinin (keçmiş M.Ə.Sabir adına təsərrüfatın) ərazisində torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihəsinə əsasən İddiaçı mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin müqabilində X2 X3 (TEKUİS-də) qeyd edilən 1.16 ha torpaq sahəsinin də (qeyd edilən 1.16 ha torpaq sahəsi məhkəmə qərarına əsasən Cavabdeh öhdəsinə verilmişdir) yerləşdiyi ərazi müəyyən edilmişdir. Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən torpaq islahatı işləri aparılan zamanı Şitilçilik qəsəbəsinin (keçmiş M.Ə.Sabir adına təsərrüfatın) tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunan bölgü layihəsinə (JN 106 A saylı planda qeyd edilən 0.60 ha torpaq sahəsi) əsasən verilmiş, daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********72 olan, Çıxarışla Cavabdeh mülkiyyətində olan 0.60 ha və torpaq islahatı işləri aparılan zamanı Şitilçilik qəsəbəsinin (keçmiş M.Ə.Sabir adına təsərrüfatın) tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunan bölgü layihəsinə (JN 106 saylı planda qeyd edilən 2.43 ha torpaq sahəsi) əsasən verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********68 olan, Çıxarışla Cavabdeh mülkiyyətində olan 2.43 ha torpaq sahəsinin sərhədlərinin koordinatları müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********72 olan, Çıxarışla 0.60 ha və daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68 olan Çıxarışla 2.43 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən, daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********30 olan, Çıxarışla 2.42 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Tərtib olunmuş mütəxəssis rəyi iddiaçı və cavabdehə məxsus mülki işin İçərisində olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Qeyd edilən torpaq sahələrinin və İddiaçı mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0.75 ha hissəsinin ərazisi ölçü planında qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan, reyestr nömrəsi **********30 olan və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətimdə olan 2.42 ha torpaq sahəsinin 0.75 hektarı cavabeh Cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirsə də bu barədə məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan, reyestr nömrəsi **********30 olan və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin 0.75 ha hissəsindən çıxarılmalıdır. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111 -ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mülkiyyətində olan torpaq sahəsinin 0,75 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması sübuta yetdiyindən iddia təmin edilməli, torpaq sahəsinin 0.75 ha hissəsindən Cavabdeh çıxarılmaqla, həmin torpaq sahəsinə hər hansı bir şəkildə müdaxilə edilməsinə cavabdehə qadağa qoyulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan, reyestr nömrəsi **********30 olan və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 2.42 ha torpaq sahəsinin 0.75 ha hissəsindən çıxarılsın və Cavabdeh tərəfindən iddiaçıya törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 100(yüz) manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-124/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-124/2024
16.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver