Məhkəmə qərarları › İş №2(020)-1241/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1241/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1241/2024 05.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X* 22 iyul 20*9-cu il tarixdə anadan olması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən ana qrafasında Ərizəçi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, ərilə nikahlarını qeyd etdirmədən 20*8ci il tarixdə evlənmişlər. Onların faktiki nikahlarından * övladları vardır. 22 iyul 20*9-cu il tarixdə Aişə adlı övladları olmuşdur. Ev şəraitində dünyaya gəlmişdir. Həkimə aparmaq mümkün olmamışdır. Hazırda isə uşaq tibb müəssisəsində doğulmadığı üçün uşağa doğum haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də problemlə üzləşir. Doğum haqqında şəhadətnamə almaq məhkəmədən kənar mümkün deyildir. Hazırda da uşağı məktəbə qoya bilmirlər. Beyləqan rayon mərkəzi xəstəxanasına müraciət etsə də, xəstəxanaya müraciət edilmədiyi üçün doğum sənədi verilməkdən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Ərizəçi məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 20*8-ci il tarixdə X3 ilə faktiki nikaha daxil olmuş və qızı 22 iyul 20*9-cu il tarixdə Beyləqan rayonun Mil qəsəbəsində yerləşən fərdi yaşayış evində anasının və qonşularının köməyi ilə doğulmuşdur. Hal-hazırda qaynanasıgildə yaşayır, həyat yoldaşı isə ölkədə deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını və şahidin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində bildirmişdir ki, ərizəçinin valideynləri onun qonşusudur. Ərizəçi X3 ilə birgə nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından bir uşaqları dünyaya gəlmişdir. Uşaq ərizəçinin valideynlərinə məxsus fərdi yaşayış evində olmuş və qonşu qadın doğumda xanıma kömək etmişdir. Həmin uşağın adını Aişə qoymuşlar və hal-hazırda həmin uşaq sağ və salamatdır. O, Aişə adı ilə çağırdıqları həmin uşağı tez-tez görür. İş materiallarında olan: Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi dediyinə görə 20*9-cu il təvəllüdlü qız övladı dünyaya gəlmişdir və hal-hazırda yaşayır. Beyləqan Rayon Mərkəzi Xəstəxanası PHŞ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 07 №-li tibbi arayışdan görünür ki, Ərizəçi 22.07.20*9-cu il tarixdə «Beyləqan RMX»nın mama ginekologiya şöbəsinə daxil olmamışdır və xəstəxanada uşaq dünyaya gətirməmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, doğum faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən hazırda doğumun qeydə alınması qeydiyyat şöbəsində mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.*ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onların birinin yaşadığı yerdə Qeydiyyat şöbələri tərəfindən aparılmalıdır. Həmin Qaydaların 2.5-ci maddəsinin tələbinə görə, qeydiyyat şöbəsində doğum faktının qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.6cı bəndinə əsasən, həmin Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 22 iyul 20*9-cu il tarixdə Beyləqan rayonunun Mil qəsəbəsində bir qız uşağı doğması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi 22 iyul 20*9-cu il tarixdə Beyləqan rayonunun Mil qəsəbəsində bir qız uşağı doğmas faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşağın doğumunun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar