Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1242/2023 10.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə , İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 12000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş baxılması üçün 10 avqust 2023-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mülki işin baxılması Zəngilan rayon məhkəməsinə aiddir. Məhkəmə işi qəbul etmiş, lakin məhkəmə araşdırmaları zamanı cavabdehin Zəngilan rayonu Mincivan qəs. ərazi dairəsi Mincivan qəsəbəsində qeydiyyatda olduğu müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cəfərova X1 rayonu Mincivan qəs. ərazi dairəsi Mincivan qəsəbəsində qeydiyyatdadır. İddiaçı mülki işin Zəngilan Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işdəki sənədləri nəzərdən keçirib hesab edir ki, mülki işin baxılması üçün Zəngilan rayon məhkəməsinə göndərilməsi qanunun tələbləri baxımından əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinə görə isə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə həmin məcəllənin 44.2-ci maddəsinə görə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu məcəllənin 21-ci fəslinin qaydalarına uyğün olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardaddın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər, Həmin Məcəllənin 45.3-cü maddəsinə görə isə «işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin məcəllənin 45.4-cü maddəsinə görə isə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir.Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir.Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Belə olan halda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44-45 və 263- 264,268-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev.
Məhkəmə qərarları › İş №2(020)-1242/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1242/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver