Məhkəmə qərarları › İş №2(020)-1248/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1248/2024

15.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1248/2024 15.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1 faktiki nikahda yaşadığı Cavabdeh və onun iddia ərizəsində adları qeyd olunmuş üç uşaqlarının-Mehdizadə Romanın, 4 yaşlı Mehdizadə Damlanın və 6 yaşlı Mehdizadə Məryəmin və ona məxsus olan ümumi dəyəri 1713 manat məbləğində olan əşyaları -əmlakları ilə birlikdə reyestr nömrəsi **********96- 05101-093001, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixixx.xx.2010-cu il olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 89.3 kv.metr, yaşayış sahəsi 45.2 kv.m. yarddımçı sahəsu 44.1 kv.m olan mənzilindən çıxarılmalarını məhkəmə qaydasında təmin edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1 və 50.2-ci maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin iddia ərizəsində İddiaçı1 ilə yanaşı İddiaçı2 da iddiaçı kimi qeyd edilmiş olsa da, onun tərəfindən cavabdehə qarşı hər hansı bir iddia tələbi irəli sürülməmişdir. Eyni zamanda iddia ərizəsində “oğlu X1 faktiki nikahda yaşadığı Cavabdeh və onun iddia ərizəsində adları qeyd olunmuş üç uşaqlarının-Mehdizadə Romanın, 4 yaşlı Mehdizadə Damlanın və 6 yaşlı Mehdizadə Məryəmin və ona məxsus olan ümumi dəyəri 1713 manat məbləğində olan əşyaları -əmlakları ilə birlikdə reyestr nömrəsi **********96-05101-093001, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixixx.xx.2010-cu il olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 89.3 kv.metr, yaşayış sahəsi 45.2 kv.m. yarddımçı sahəsu 44.1 kv.m olan mənzilindən çıxarılmalarını məhkəmə qaydasında təmin edilməsi” xahiş edilsə də, evin yerləşdiyi ünvanı qeyd etməyərək, iddia tələbini dəqiq ifadə etməmişlər. Prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Həmçinin, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilir ki, onlar göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar