Məhkəmə qərarları › İş №2(020)-1264/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1264/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1264/2023 06.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Beyləqan rayon məhkəməsinin məhkəmə iclas katibi Quluyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin Maraqlı şəxs və X*rşı *992-ci il buraxılışlı, «Qaz-53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək maraqlı şəxs Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin Maraqlı şəxs və X*rşı *992-ci il buraxılışlı, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin *52.*.6-cı maddəsinin tələbinə görə ərizəçi maraqlı tərəflə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməlidir. Lakin hazırki iddia ərizəsinə iddiaçı maraqlı şəxslə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin *52.*.6-cı maddəsinin tələbinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin *52-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin *52.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin *52-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin Maraqlı şəxs və X*rşı *992-ci il buraxılışlı, «Qaz-53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair ərizəsi qərardadın təsviri hissəsində göstərilənlərə əsasən ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş *00 (yüz) manat özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar