Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1280/2023 08.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı uyğunsuzluq faktının təsdiq edilməsinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı uyğunsuzluq faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş forma və məzmununa riayət edilməklə məhkəməyə verilməlidir. Lakin hazırki iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Məhkəməyə xüsusi icraat qaydasında müraciət edilməli olduğu halda, iddia icraatı qaydasında müraciət edilmişdir. Ərizəçi iddiaçı deyil, ərizəçi kimi qeyd olunmalı və iddia ərizəsi deyil, ərizə xüsusi icraat qaydasında tərtib edilməlidir. Həmçinin iddia ərizəsinə torpağn mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsli və ya notariat qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarır . Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı uyğunsuzluq faktının təsdiq edilməsinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-1280/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1280/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver