Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1282/2024 04.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ararat rayonu Vedi qəsəbə VVAQ şöbəsində xx.xx.*966-cı ildə aparılmış doğum akt qeydinin bərpa edilməsi, ata adının X6, milliyəti azərbaycanlı, ana adının Kazımova (İbrahimova) Məleykə Musa qızı, milliyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X* və anası Kazımova (İbrahimova) Məleykə Musa qızı ailə qurmuşlar. Onların birgə nikahlarından o, yəni Ərizəçi xx.xx.*966-cı ildə Ermənistan Respublikası Ararat rayonu Vedi kəndində anadan olmuş və hal-hazırda Beyləqan rayonu *-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır. Qərbi azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması zamanı onlar evlərindən məcburi çıxarılarkən valideynləri özlərinin və övladlarının sənədlərini götürmədiyinə görə onların sənədləri orada qalmışdır. Bu günə kimi ona doğum haqqında şəhadətnamə lazım olmamışdır. Hazırda isə problemlə üzləşir. Valideynlərindən qalan mülkə sahib çıxa bilmir. X* rəhmətə getmişdir. O, Ararat rayonu Vedi qəsəbə VVAQ şöbəsində xx.xx.*966-cı ildə aparılmış doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etdim. Lakin Maraqlı şəxs 23 iyun 202*-ci il tarixli,329 nömrəli imtina məktubu verərək doğum haqqında akt qeydi bərpa etməkdən imtina etmişdir. Maraqlı şəxs 23 iyun 202*-ci il tarixli, 329 nömrəli rəyindən görünür ki, doğum haqqında akt qeydinin Beyləqan rayonu Qeydiyyat Şöbəsində bərpa edilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etmələri tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur, mərhum X6 ilə nikahlarından xx.xx.*966-cı ildə Ermənistan Respublikası Vedi rayonu Vedi kəndində Ərizəçi adlı uşaqları anadan olmuşdur. Qərbi azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması zamanı onlar evlərindən məcburi çıxarılarkən övladlarının sənədlərini götürmədiyinə görə onların sənədləri orada qalmışdır Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. Ərizəçi qardaşı X6 ilə X3 birgə nikahlarından xx.xx.*966-cı il tarixdə Ermənistan Respublikası Vedi rayonu Vedi kəndində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ЗЖ-İ seriyalı 252940 №-li nikahın bağlanması haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X4 arasında nikah *4 iyun *968-ci ildə Ararat rayonu Vedi qəsəbə VVAQ şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında vəəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında *4 saylı qeydiyyat aparılmışdır. AZE seriyalı ******** №-li Şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə Ermənistan Respublikası Vedi rayonu Vedi kəndində anadan olmuşdur. Maraqlı şəxs 23 iyun 202*-ci il tarixli doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina haqqında Rəyindən görünür ki, Ərizəçi doğum haqqında bərpa akt qeydinin qeydə alınmasından doğumunu təsdiq edən sənədin əsli təqdim edilmədiyindən imtina edilmiş və akt qeydini bərpa etmək üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.*-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.*-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” *4-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, Ərizəçi tərəfindən doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət edilsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxxxxx *966-ci il, doğulduğu yer Ermənistan Respublikası, Vedi rayonu, Vedi kəndi, ata qrafasında – X6 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9, 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxxxxx *966-ci il, doğulduğu yer Ermənistan Respublikası, Vedi rayonu, Vedi kəndi, ata qrafasında – X6 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1282/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1282/2024
04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver