Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-129/2024 08.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarma tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0,2142 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, 2008-ci ildə Elşad Cəfərovun mülkiyyətinə verilmiş 0,2142 ha torpaq sahəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən torpaq sahəsi reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci ildə onun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda torpağa plan və ölçü də verilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətinə verilmiş 0,2142 ha torpaq sahəsini uzun müddətdir ki, istifadə edirlər. Hazırda cavabdehlərdən torpağını boşaldıb ona təhvil verilməsini tələb etsə də cavabdehlər torpağından çıxmaq istəmirlər. Beləliklə cavabdehlər tərəfindən torpaq üzərində qanunla qorunan hüquqlar kobud surətdə pozulur. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsindən çıxmalarını bildirsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0,2142 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi onun arvadına məxsusdur. O, iddiaçının torpağını zəbt etməmişdir. Sözügedən torpaq sahəsinin istifadə etməsi üçün yeznəsi Cavabdeh2 vermişlər. Hazırda torpaqdan Sərvanla birlikdə istifadə edir. İddiaçının torağı özünə verilərsə onlar torpağa gedib gələ bilməyəcəklər. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və göstərdi ki, iddiaçının ondan tələb etdiyi topraq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsi qaynanasına məxsusdur. Ona istifadə üçün vermişlər. Həmin torpaq sahəsindən o, istifadə edir. Həmin torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. Torpaq sahəsi iddiaçıya verilərsə onların öz torpaq sahələrinə keçməyə yolları olmayacaqdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən torpaq sahəsi reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci ildə İddiaçı mülkiyyətinə 2142 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə iddiaçı X1 vəsatəti əsasında məhkəmənin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4071 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Mil qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci il tarixli Çıxarış və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli AA 008843 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən 0.2142 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus oğluna məxsus 0.2142 ha torpaq sahəsinin X4 X5 (TEKUİS-də) qeyd edilən koordinatlara uyğun olaraq sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh1 arvadı X2 mülkiyyətində olan Beyləqan rayonu Mil kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********08 olan, xx.xx.2014-ci il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş 1.875 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh1 və ailə üzvlərinin faktiki istifadəsində olan 1.83 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Eyni zamanda reyestr nömrəsi **********08 olan, xx.xx.2014-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 arvadı X2 mülkiyyətində olan 1.875 ha torpaq sahəsinin müqabilində X4 X5 (TEKUİS-də) qeyd edilən 1.6838 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Mil qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci il tarixli Çıxarış və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli AA 008843 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən 0.2142 ha torpaq sahəsinin ərazisi həmin ərazidən çəkilmiş kollektorun ərazisi ilə üst-üstə düşür. Eyni zamanda reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus 0.2142 ha torpaq sahəsinin X4 X5 (TEKUİS- də) qeyd edilən ərazisi bütünlüklə Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə olunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədikləri üçün onlara məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin üst- üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Cavabdeh1 arvadı Qənurə Hacıyeva tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən verilmiş 1.875 ha torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci il tarixli Çıxarış və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli AA 008843 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.2142 ha torpaq sahəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması sübuta yetdiyindən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 100 (yüz) manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat və iddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı Fərruz oğluna verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2008-ci il tarixli Çıxarış və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli AA 008843 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.2142 ha torpaq sahəsindən çıxarılsınlar. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-129/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-129/2024
08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver