Məhkəmə qərarları › İş №2(020)-1303/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1303/2023

11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1303/2023 11.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi - Ərizəçi vəkalətli nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi mərhum mərhum X1 vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum-nənəsi X1 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi bacısı X12 məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, mərhum X3 Ərizəçi nənəsi olmuş və onunla bir yerdə yaşamış və bir ailənin üzvü olmuşdur. X3 *1.*3. 2**4-cü ildə ölmüşdür. D.Alməmmədiva ölənə qədər onu ərizəçi saxlamış və yas mərasimini də özü etmişdir. Hazırda mərhumun mülkiyyətində torpağı və digər əmlakları ərizəçi adına keçirəmək istəyir. Ərizəçi mərhum X2 verilən pay torpaq sahəsinə dair Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə torpaq sahəsini miras kimi adıma sənədləşdirə bilmir. Həmin torpaq sahəsini ərizçi qəbul etmiş və hazırda da həmin torpaqdan istifadə edir. Mərhumun ərizəçidən ondan başqa vərəsəsi olmadığından nənsinin həmin əmlakını nəvbəli vərəsə kimi sənədləşdirmək istəyir. Ərizəçi bu barədə Beyləqan rayon İ saylı X14 müraciət etmiş, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırda sənədləşmədə çətinlik çəkdiyindən ərizəçi hazirki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Ərizəçi mərhum-nənəsi X1 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu 1 saylı Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Maraqlı şəxs Beyləqan rayonu 1 saylı Notariat kontorunun natariusu məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş JN-225, KOD 6*7*9*28 saylı Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə X7 və ailə üzvlərinin mülkiyyətinə 2.27 ha kənd təsərrüfatı məhsullarının istifadəsi üçün pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 *1 mart 2**4-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu İcra hakimiyyəti başçısının Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 may 2*23-cü il tarixli 238/1 nömrəli arayışından görünür ki, *1.*3.2**4-cü il tarixdə vəfat etmiş nənəsi X3 öldüyü günədək Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olmuş və Mil qəsəbəsində yaşamışdır. X3 vəfat etdikdən ailə üzvləri -nəvəsi Ərizəçi və qızı X6 həqiqətən hal-hazıradək mərhuma məxsus evdə yaşayaraq mirası faktiki qəbul etmişlər. İş materialarından görünür ki X6 *4.*2.2*11-ci ildə ölmüş, bundan sonra həmin torpaq sahəsindən ərizəçi özü istifadə etmişdir. Həmçinin torpaq sahəsinin mülkiyətə verilməsinə dair Düvlət aktında Dilbər Alməmmədavanın torpaq payı ərizəçiyə və ailə üzvlərinə məxsus aktda ailə üzvü kimi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın vəkalətli nümayəndəsinin izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Ərizəçinin mərhum X4 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X5 öldüyü günədək Ərizəçi öz evində himayə edərək saxlamış, onun bütün qayğıları ilə şəxsən məşğul olmuşdur. Ona görə də məhkəmə qaydasında mərhum nənəsinin növbəli vərəsəsi kimi tanınmağını istəyir. Ərizəçi nənəsi vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi həmin torpaq sahəsindən istifadə edir. Bu hal onu göstərir ki, Ərizəçi yeganə vərəsə kimi miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi *1.*3. 2**4-cü ildə ölmüş mərhum nənəsi X2 məxsus miras qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar