Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1308/2023 14.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, İclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi - Ərizəçi Mövsüm oğlunun, Maraqlı tərəf - Maraqlı şəxs rəisi Malik Mahmudovun iştirakı ilə, Ərizəçi Mövsüm oğlunun doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Mövsüm oğlu ərizə ilə məhkəməyə müraciət edərək onun oğlu X2 05 iyun 2023-cü il tarixdə anadan olması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Ərizəçi Mövsüm oğlu, ana qrafasında isə X4 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Mövsüm oğlu məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, o, arvadı X4ilə nikahlarını 07 fevral 2008-ci ildə Beyləqan rayon İHB-nın 2-ci Aşıqlı kənd ərazi icra nümayəndəliyində rəsmi qeydə aldırmışıq. Onların birgə nikahdan 3 övladımız vardır. 4-cü övladları isə 05 iyun 2023-cü ildə Beyləqan rayonu 2-ci Aşıqlı kəndində anadan olmuşdur. Fermada yaşayır və orada işləyirlər, uşaqda ferma şəraitində dünyaya gəlmişdir. Həkimə aparmaq mümkün olmamışdır. Hazırda isə uşaq tibb müəssisəsində doğulmadığı üçün uşağa doğum haqqında şəhadətnamə ala bilmirlər. Onun 3 aydır doğulmuş övladının doğum haqqında şəhadətnaməsi yoxdur. Ona görədə problemlərlə üzləşir. Doğum haqqında şəhadətnamə almaq məhkəmədən kənar mümkün deyildir. Doğum faktının müəyyən edilməsi uşağına doğum haqqında şəhadətnamə alınması üçün lazımdır. Odur ki, onun oğlu X2 05 iyun 2023-cü il tarixdə anadan olması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Ərizəçi Mövsüm oğlu, ana qrafasında isə X4 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin əsaslı olduğunu göstərərək təmin edilməsinə etiraz etmədi və izahatında göstərdi ki, Ərizəçi Mövsüm oğlu Maraqlı şəxsnə müraciət edirək doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir, lakin ərizəçi tərəfindən şöbəyə onun doğumunu təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən ərizəçinin doğumu haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X3 ifadəsində göstərdi ki, qaynı Ərizəçi Mövsüm oğlunun oğlu X7 05 iyun 2023-cü il tarixdə Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində yerləşən fermada anadan olmuşdur. Həmin vaxt oda orada olmuşdur və uşağı o, özü götürmüşdür. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X8 ifadəsində göstərdi ki, oğlum Ərizəçi Mövsüm oğlunun oğlu X7 05 iyun 2023-cü il tarixdə Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində yerləşən fermada anadan olmuşdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Mövsüm oğlu xx.xx.*987-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, Ərizəçi Mövsüm oğlu ilə X5 nikahlarını xx.xx.2008-ci il tarixdə 04 nömrəli qeydlə Beyləqan rayon İHB-nın 2ci Aşıqlı kənd ərazi icra nümayəndəliyində rəsmləşdirmişlər. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli, 2*9 saylı məktubundab görünür ki, Maraqlı şəxsndə, Ərizəçi Mövsüm oğluna doğum faktının təstiq edən tibbi sənədi təqdim edilmədiyindən, hazırda doğumun qeydə alınması qeydiyyat şöbəsində mümkün deyildir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi Mövsüm oğlunun oğlu X7 05 iyun 2023-cü il tarixdə Ərizəçi Mövsüm oğlu ilə X* birgə nikahlarından Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində yerləşən fermada anadan olmuş, valideynləri isə səhlənkarlıqdan ona doğum haqqında şəhadətnamə götürməmişlər. Ərizəçinin oğlunun doğum haqqında şəhadətnaməsi olmadığından o, sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4.3-cü bəndinə görə uşağın tibb müəssisəsindən kənar doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən orqan uşağın doğumunun qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmağa haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təksib olunmaz sübutlar əsasında həll etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 307-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Mövsüm oğlunun X* birgə nikahından 05 iyun 2023-cü il tarixdə X2 anadan olması faktının müəyyən edilsin. Tərtib olunmuş doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi Mövsüm oğlu, ana qrafasında X4, milliyəti isə azərbaycanlı yazılsın. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1308/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1308/2023
14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver