Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1318/2024 29.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu -X1 faktiki nikahda yaşadığı cavabdeh - Cavabdeh və onun iddia ərizəsində adları qeyd olunmuş üç uşaqlarının -X3, 4 yaşlı X4 və 6 yaşlı X2 və cavabdeh - Cavabdeh məxsus olan 1 ədəd sökülmüş vəziyyətdə olan şifoner, 2 ədəd şkaf, 1 ədəd balaca şkaf, 1 ədəd termo, 2 ədəd oturacaq stolu, 1 ədəd divan yastığı, 2 ədəd divan kreslo oturacaq, 1 ədəd divan örtüklə birlikdə, 2 ədəd dəmir çarpayı matrası ilə birlikdə, 3 ədəd yataq dəsti, 2 ədəd yorğan, 5 ədəd balaca yastıq, 1 ədəd jurnal stolu- üstü şüşəli, 1 ədəd «rastladuşka»(qatlanan yataq), 1ədəd soba, 2 ədəd qabı ilə birlikdə, 1 ədəd yemek servisi, 1 ədəd çay servisi, 1 ədəd «qrafinka» dəsti- 6 ədəd iri və balaca ,1 ədəd qırıq olan lüstur, 1 ədəd balaca boşqab, 1 ədəd «podnus», 3 balaca «krujka» və 6 ədəd nəlbəki, 1 dəst mürəbbə qabı, 12 ədəd şiş, 1 ədəd meyvə qabı, 1 ədəd fincan dəsti, 2 ədəd qənd qabı, 1 ədəd balaca çaydan, köhnə yataq üzlükləri, 1 ədəd aspirator, l ədəd gül qabı, 2 ədəd boşqab, 2 ədəd səbət, 1 ədəd ütü stolu və adyalın -qiymətləndirilmə rəyinə əsasən qiymətləndirilmiş 1158 manatlıq mebelin, 96 manat məbləğində qiymətləndirilmiş elektrik məişət əşyalarının, 128 manat məbləğində qiymətləndirilmiş yumşaq inventarların, 268 manat məbləğində qiymətləndirilmiş qab-qacağın, ümumi dəyəri 1713 manat məbləğində əmlakları ilə birlikdə Reyestr nömrəsi **********96-05101-093001,qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2010-cu il olan Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 1 mərtəbəli, ümumi sahəsi 89.3 kv.metr, yaşayış sahəsi 45.2 kv.m, yardımçı sahəsi 44.1 kv.m olan Beyləqan şəhəri, Gəncə küçəsi, 23-cü məhəllə, dalan -4, mənzil-4 -dən çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA N-0056861 saylı Reyestr nömrəsi **********96-05101-093001, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2010-cu il olan Çıxarışa əsasən xüsusi mülkiyyətində 1 mərtəbəli, ümumi sahəsi 89.3 kv.metr, yaşayış sahəsi 45.2 kv.m, yardımçı sahəsi 44.1 kv.m olan mənzili vardır. Həmin mənzilin xüsusi mülkiyyətçisidir. Buna baxmaraq oğlu X1 faktiki nikahda olduğu Cavabdeh 2023-cü ilin sentyabr ayından onu və arvadını xüsusi mülkiyyətimdə olan mənzilindən zorla çıxararaq öz evində yaşamaqlarına imkan verməmişdir. Cavabdeh-Cavabdeh ünvan 2indən olan məcburi köçkündür. Ona Füzuli rayonunun Aranqala adlanan ərzisində 10-11 saylı qəsəbədə məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayış evi verilmişdir. Uzun müddətdir ki, oğlu- X5 və onun faktiki nikahda olduğu Cavabdeh və onların himayəsində olan 3 azyaşlı uşaqları həmin məcburi köçkünlər üçün verilmiş yaşayış evində yaşayırdılar. Buna baxmayaraq oğlu -X1 faktiki nikahda yaşadığı Cavabdeh onlara verilmiş yaşayış evinin qapısını bağlayaraq 2 yaşlı Mehdizadə Romanı, 4 yaşlı Mehdizadə Damlanı və 6 yaşlı Mehdizadə Məryəmi də götürüb gələrək onun xüsusi mülkiyyəti olan fərdi yaşayış evinə icazəsi olmadan giriblər onu və arvadını mülkiyyətində olan məzilindən özbaşınalıq edərək çıxarmışlar. O halhazırda başqalarının evində yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh-Cavabdehın və 2 yaşlı Mehdizadə Romanın, 4 yaşlı Mehdizadə Damlanın və 6 yaşlı Mehdizadə Məryəmin köçərək yaşadıqları xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən aşağıda adları qeyd edilən əşyaları ilə birlikdə , o cümlədən də 1ədəd sökülmüş vəziyyətdə olan şifoner, 2 ədəd şkaf, 1 ədəd balaca şkaf, 1 ədəd termo, 2 ədəd oturacaq stolu, 1 ədəd divan yastığı, 2 ədəd divan kreslo oturacaq, 1 ədəd divan örtüklə birlikdə, 2 ədəd dəmir çarpayı matrası ilə birlikdə, 3 ədəd yataq dəsti, 2 ədəd yorğan, 5 ədəd balaca yastıq, 1 ədəd jurnal stolu- üstü şüşəli, 1 ədəd «rastladuşka»(qatlanan yataq), 1ədəd soba, 2 ədəd qabı ilə birlikdə, 1 ədəd yemek servisi, 1 ədəd çay servisi, 1 ədəd «qrafinka» dəsti- 6 ədəd iri və balaca ,1 ədəd qırıq olan lüstur, 1 ədəd balaca boşqab, 1 ədəd «podnus», 3 balaca «krujka» və 6 ədəd nəlbəki, 1 dəst mürəbbə qabı, 12 ədəd şiş, 1 ədəd meyvə qabı, 1 ədəd fincan dəsti, 2 ədəd qənd qabı, 1 ədəd balaca çaydan, köhnə yataq üzlükləri, 1 ədəd aspirator, l ədəd gül qabı, 2 ədəd boşqab, 2 ədəd səbət, 1 ədəd ütü stolu və adyalınqiymətləndirilmə rəyinə əsasən qiymətləndirilmiş 1158 manatlıq mebelin, 96 manat məbləğində qiymətləndirilmiş elektrik məişət əşyalarının, 128 manat məbləğində qiymətləndirilmiş yumşaq inventarların, 268 manat məbləğində qiymətləndirilmiş qabqacağın, ümumi dəyəri 1713 manat məbləğində olan əşyaları vardır. Məhkəmə icasında İddiaçı və onun nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlu iddiaçının iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı Beyləqan şəhəri Gəncə küçəsi, 23-cü məhəllə, dalan 4, mənzil 4-ə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində ********** nömrə ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. “PARİTET-M» MMC-nin 12 iyun 2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd sökülmüş vəziyyətdə olan şifonerin dəyəri 330 manat, 2 ədəd şkafın dəyəri 144 manat, 1 ədəd termonun dəyəri 99 manat, 2 ədəd oturacaq stolunun dəyəri 30 manat, 1 ədəd divan yastığının dəyəri 15 manat, 1 ədəd divan kreslo dəstin dəyəri 270 manat, 1 ədəd divan örtüklə birlikdə dəyəri 132 manat, 2 ədəd dəmir çarpayı döşəyi ilə birlikdə dəyəri 78 manat, 3 ədəd yataq dəsti dəyəri 39,60 manat, 2 ədəd yorğanın dəyəri 54 manat, 5 ədəd balaca yastığın dəyəri 54 manat, 1 ədəd jurnal stolu- üstü şüşəli dəyəri 33 manat, 1 ədəd «rastladuşka»(açılıb yığılan çarpayı) dəyəri 27 manat, 1 ədəd soba 2 ədəd qabı ilə birlikdə dəyəri 55 manat, 1 ədəd yemek servisi dəyəri 96 manat, 1 ədəd çay servisi dəyəri 39 manat, 1 ədəd «qrafinka» dəsti- 6 ədəd iri və balaca dəyəri 21 manat ,1 ədəd qırıq olan lüstur-dəyəri 65 manat, 11 ədəd balaca boşqab-dəyəri 7,92 manat, 1 ədəd «podnus»-dəyəri 7,20 manat, 3 ədəd balaca fincanın dəyəri 1,44 manatvvə 6 ədəd nəlbəkinin dəyəri 2,88 manat, 1 dəst mürəbbə qabının dəyəri 7,20 manat, 12 ədəd şişin dəyəri 0,72 manat, 1 ədəd meyvə qabının dəyəri 9 manat, 1 ədəd fincan dəstinin dəyəri 10,80 manat, 2 ədəd qənd qabının dəyəri 14,40 manat, 1 ədəd balaca çaydanın dəyəri 9,60 manat, köhnə yataq üzlüklərinin dəyəri 28,80 manat, 1 ədəd aspiratorun dəyəri 40 manat, 1 ədəd gül qabının dəyəri 9,60 manat, 2 ədəd boşqabın dəyəri 3,84 manat, 2 ədəd səbətin dəyəri 14,40 manat, 1 ədəd ütü stolu ədyalı ilə birlikdə dəyəri 15 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə mülki işin materiallarından görünür ki, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yaşaması və həmin mənzildə cavabdehə məxsus əşyaların olması faktı müəyyən edilmişdir; sonuncunun mübahisəli mənzilə üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşayış yeri ünvan 2i ünvanıdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “cavabdehin azyaşlı uşaqları və əşyaları ilə birlikdə mənzilindən çıxarılmasını” tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir ki, qeyd edir ki, Cavabdeh azyaşlı övladları İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri Gəncə küçəsi, 23-cü məhəllə, dalan 4, mənzil-4-dən çıxarılmalı və eyni zamanda cavabdehə məxsus əşyalar həmin mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh-azyaşlı övladları X7, X8 və X6 ilə birlikdə və cavabdeh - Cavabdeh məxsus olan ümumi dəyəri 11713 manat olan -1 ədəd sökülmüş vəziyyətdə olan şifoner, 2 ədəd şkaf, 1 ədəd balaca şkaf, 1 ədəd termo, 2 ədəd oturacaq stolu, 1 ədəd divan yastığı, 1 ədəd divan kreslo dəst, 1 ədəd divan örtüklə birlikdə, 2 ədəd dəmir çarpayı döşəyi ilə birlikdə, 3 ədəd yataq dəsti, 2 ədəd yorğan, 5 ədəd balaca yastıq, 1 ədəd jurnal stolu- üstü şüşəli, 1 ədəd «rastladuşka»(açılıb yığılan çarpayı), 1 ədəd soba 2 ədəd qabı ilə birlikdə, 1 ədəd yemek servisi, 1 ədəd çay servisi, 1 ədəd «qrafinka» dəsti- 6 ədəd iri və balaca,1 ədəd qırıq olan lüstur, 11 ədəd balaca boşqab, 1 ədəd «podnus» dəyəri, 3 ədəd balaca fincan və 6 ədəd nəlbəki, 1 dəst mürəbbə qabı, 12 ədəd şiş, 1 ədəd meyvə qabı, 1 ədəd fincan dəsti, 2 ədəd qənd qabı, 1 ədəd balaca çaydan, köhnə yataq üzlükləri, 1 ədəd aspirator, 1 ədəd gül qabı, 2 ədəd boşqab, 2 ədəd səbət, 1 ədəd ütü stolu ədyalı ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1-dən çıxarılsınlar. İş üzrə ödənilmiş İddiaçı aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1318/2024
Beyləqan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(020)-1318/2024
29.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver