Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1333/2024 16.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülməklə, yaşayış evindən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsi ” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülməklə, yaşayış evindən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqları Nuray, Vəli və Aylinin Beyləqan rayonunun Dünyamalılar kəndində Cavabdeh yaşadığı evə köçürülməkləri, həmin evdən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 noyabr 2011-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuşlar, nikahlarını isə 25 sentyabr 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə Nuray, xx.xx.2014-cü ildə Vəli və xx.xx.2016-cı il tarixdə isə Aylin adlı uşaqları anadan olmuşdur. Nikahda olduqları müddətdə münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan xasiyyətlərində olan uyğunsuzluq nəticəsində münasibətləri gərginləşmişdir. Cavabdeh onu və uşaqlarını 10 aprel 2024-cü ildə yaşadıqları evdən çıxarmışdır. Hazırda Cavabdeh ona qarşı Beyləqan Rayon Məhkəməsində nikahın pozulmasına görə iddia qaldırmış və mülki iş Beyləqan Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh onu və uşaqlarını evdən çıxardığı vaxtdan uşaqları Nuray, Vəli və Aylinlə birlikdə Beyləqan rayonunun Dünyamalılar kəndində anasının və qardaşının evində yaşayırlar. Qardaşı beş nəfər ailə üzvündən ibarətdir və evləri çox darısqaldır. Qardaşının ailəsi böyükdür və onlarla bir yerdə yaşaya bilmirlər. O, cavabdehə ərə gedərkən onun valideyinlərınin yaşadığı Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən evlərinə getmişdir. Beyləqan rayonunun Dünyamalılar kəndində yaşamışdır. Onun cehiz əşyaları Beyləqan rayonunun Dünyamalılar kəndində cavabdehin yaşadığı evdə olmuşdur və uşaqları Nuray, Vəli və Aylin həmin evdə doğulmuşlar və orada yaşamışlar. Beyləqan rayonunun Dünyamalılar kəndində cavabdehin yaşadığı ev Cavabdeh atası X9 tərəfindən vəsiyyətnamə əsasında verilmiş evdir. Onun hazırda yaşamağa yeri yoxdur. Himayəsində olan uşaqları Nuray, Vəli və Aylin ilə birlikdə qardaşının evində yaşyırlar. O, Cavabdeh ilə ailə quraraq Beyləqan rayonunun Dünyamalılar kəndində onun yaşadığı evdə on dörd il yaşadığı üçün istəyir ki, uşaqları Nuray, Vəli və Aylin ilə həmin ev köçürülsün və həmin evdən istifadə qaydaları müəyyən edilsin. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib,öz izahatında göstərmişdir ki, o İddiaçı ilə nikahlarını isə 25 sentyabr 2012-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ilə aralarında münasibətlər pozulduğu üçn o, uşaqları da götürüb valideynlərininn yaşadığı evə getmişdir.Məhkəmə qətnaməsi ilə də aralarında olan nikah pozulmuşdur. O, iddiaçının onlara məxsus fərdi yaşayış evində yaşamağına razı deyildir. Həmin fərdi yaşayış evi ona və ailə üzvlərinə məxsus torpaq sahəsində uzun müddət əvvəl tikilmiş və iddiaçı həmi fərdi yaşayış evinə gəlin gəlmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan rayon İHB-nın Dünyamalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 802 №-li Arayışdan görünür ki, Beyləqan rayonunun Dünyamalılar kəndində yaşayan İddiaçı qaynanası X2 , əri Cavabdeh, qızı X5, oğlu X10 və qızı X6 adında ailə üzvləri var. Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2024-cü il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı övladları var. JN-039A KOD60700068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə Beyləqan rayonu Dünyamalılar kəndində 0,15 ha həyətyanı torpaq sahəsi X7, X1, Cavabdeh və X4 birgə mülkiyyətlərinə verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 29 oktyabr 2(020)-1043/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 25 sentyabr 2012-ci il tarixdə Beyləqan rayon Dünyamalılar kəndi ərazi nümayəndəliyində bağlanmış, 30 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları – 03 oktyabr 2012-ci il təvəllüdlü X5, 22 mart 2014-cü il təvəllüdlü X10 və 09 yanvar 2016-ci il təvəllüdlü X6 cavabdeh İddiaçı yanında saxlanılması, 03 oktyabr 2012-ci il təvəllüdlü X5, 22 mart 2014cü il təvəllüdlü X10 və 09 yanvar 2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 iyul 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 2012-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuş və cavabdehin, eləcə də onun ailə üzvlərinin birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində əvvəlcədən inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüş və tərəflərin birgə nikahlarından üç nəfər uşaqları olmuşdur. Tərəflərin xasiyyətləri uygun gəlmədiyindən ayrılmışlar və iddiaçının qeyd etdiyi kimi o, gəlin getdiyi evdən çıxmış, uşaqları ilə birlikdə öz valideynlərinə məxsus evdə yaşayır. Beyləqan Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış rəsmi nikah pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin və onun ailə üzvlərinin həmin evə gözlənilən mülkiyyət hüququ vardır və fərdi yaşayış sahəsi və həyətyanı torpaq sahəsi ilə bağlı münasibətlər 2012-ci il tarixdən sonra yarandığından hazırki iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə son qoyulduğundan və iddiaçının mübahisəli yaşayış sahəsinə və həyətyanı torpaq sahəsinə hər hansı hüquqları(sərəncam, sahiblik və istifadə hüquqları) olmadığından, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülməklə, yaşayış evindən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsi ” tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülməklə, yaşayış evindən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsi ” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1333/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1333/2024
16.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver