Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1394/2024 16.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi” haqqında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi “doğum faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qızı X* 02 iyul 20*5-ci ildə anadan olması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Ərizəçi, ana qrafasında isə X2 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Ərizəçi qızı X* 02 iyul 20*5-ci ildə anadan olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi yolverilməzdir. Çünki doğum faktı barədə ərizəni uşağı doğan ana öz qeydiyyatda olduğu ərazi üzrə müvafiq rayon məhkəməsinə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, uşağın anası doğum faktının müəyyən edilməsi barədə müvafiq qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*. və **4.*.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edildiyindən ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli *4*64*3437 nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263 və 264 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, uşağın anası doğum faktının müəyyən edilməsi barədə müvafiq qaydada məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli *4*64*3437 nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra *0 gün müddətində ondan Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1394/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1394/2024
16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver