Məhkəmə qərarları › İş №2(020)-1497/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1497/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1497/2024 28.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum X*rdaşı oğlu dərəcəsində qohumluq münasibətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayonu Türklər kəndində yaşayır. Mərhum X5 atasının bacısıdır. Mərhum bibisi Əzizənin digər bacı qardaşı, eləcə də onun öz atası rəhmətə getmişdir. Bibisi X5 06 dekabr 20*4-cü üdə ölmüşdür. O,bibisinin vərəsəsidir. bibisi ölən günə qədər onunla yaşamış, öldükdən sonra bibisini özü dəfn etmiş və yas mərasimini də özü vermişdir. Bibisi Əzizənin adına Şəhadətnamə ilə həyətyani torpaq sahəsi vardır. Həmin torpaq sahəsini öz adına sənədləşdirmək üçün qohumluq münasibətləri müəyyən olunmalıdır. Ona görə də onun mərhum X*rdaşı oğlu dərəcəsində qohumluq münasibətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini iclasa göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN235A KOD607*4038 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun *998-ci il tarixli 49 saylı qərarı ilə X3 mülkiyyətinə 0,*2 hatorpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.*2.20*4-cü ildə ölmüşdür. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in Türklər qəsəbə İƏD üzrə nümayəndəliyinin *5 fevral 2024-ci il tarixli 5* saylı arayışından görünür ki, Ərizəçi mərhum bibisi X2rdaşı oğludur, mərhumun Ərizəçi yaxın qohumu yoxdur. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in Türklər qəsəbə İƏD üzrə nümayəndəliyinin 05.0*.2024-cü il tarixli 40 saylı arayışından görünür ki, Ərizəçi 06.*2.20*4-cü ildə vəfat edən bibisi X5 öldüyü günədək Beyləqan rayonu Türklər qəsəbəsində qeydiyyatda olmuş və onunla bir təsərrüfatda yaşamışdır. X5 öldükdən sonra Ərizəçi hal-hazıradək ona məxsus evdə yaşayaraq mirası faktiki qəbul etmişdir. Mərhum X3 ayrı yaşayan qohumları yoxdur. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə onun bibisinin doğum haqqında sənədinin olması müəyyən edilməmişdir. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 06.*2.20*4-cü ildə ölmüş mərhum X5 ilə qardaş oğlu dərəcəsində qohum olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 06.*2.20*4-cü ildə ölmüş mərhum X5 ilə qardaşı oğlu dərəcəsində qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar