Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-15/2024 24.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma və torpağın ona təhvil verilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində 1999-cu il tarixdə, JN: 338 saylı, kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 1.37 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılmaları və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, Beyləqan rayon İHB-nın 06 avqust 1998-ci il tarixli,51 saylı Qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində 1999-cu il tarixdə, JN: 338 saylı, kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə 1.37 ha pay torpaq sahəsi verilmişdir. Torpaq onun tam xüsusi mülkiyyətində olsa da, torpağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt edərək istifadə etmişlər Hazırda cavabdehlər torpağını boşaltmaqdan imtina edirlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust1998-ci il tarixli qərarı ilə JN: 338 saylı, kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktına əsasən verilmiş 1.37 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərin qeydiyyatda olduğu ünvanda xəbərnaməyə şəxsən imza etməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər gəlmədiklərindən məhkəmə hazırkı vəziyyətdə işə baxılmasını mümkün hesab edir. İşdə olan JN: 338 saylı, kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 06 avqust1998-ci il tarixli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1.37 ha torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 09 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4263 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:338 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 1.37 ha torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə əsasən sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda cavabdehlərə məxsus Beyləqan rayon Aqrar islahat komisiyyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:336 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 2.63 ha torpaq sahəsinin və Beyləqan rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN.337 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 1.85 ha torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə əsasən sərhədləri naturada müəyyən edilmişdir. Qonşu torpaq sahəsi olan Beyləqan rayon Aqrar islahat komisiyyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:339 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə X2 mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 0.37 ha torpaq sahəsinin də sərhədləri naturada müəyyən edilmişdir. Beyləqan rayon Aqrar islahat komisiyyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:338 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 1.37 ha torpaq sahəsinin 0.49 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Qeyd edilən 1.37 ha torpaq sahəsinin 0.59 ha hissəsi İddiaçı faktiki istifadəsində olan 0.86 ha torpaq sahəsi ilə, 0.29 ha hissəsi isə digər torpaq istifadəçilərinin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Cavabdehlərin təqdim etdiyi Beyləqan rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:336 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 2.63 ha torpaq sahəsi və Beyləqan rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:337 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 1.85 ha torpaq sahəsi ilə İddiaçı məxsus Beyləqan rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:338 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 1.37 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. İddiaçı iddia ərizəsində cavabdehlərin ona məxsus 1.37 ha torpaq sahəsindən çıxarılmalarını göstərsə də, iddiaçının mülkiyyətində olan 1.37 ha torpaq sahəsinin 0.49 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Hüseynov X3 rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:338 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 1.37 ha torpaq sahəsinin 0.49 ha hissəsindən çıxarılmalıdırlar. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə iddiaçı X4 iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinin 0,49 ha hissəsini zəbt etdikləri sübuta yetdiyindən iddia həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Hüseynov X3 rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN:338 saylı kod 60705018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Bünyadlı kəndində yerləşən 1.37 ha torpaq sahəsinin 0.49 ha hissəsindən çıxarılsınlar. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ**********0000001944, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 99 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşrətək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-15/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-15/2024
24.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver