Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1616/2024 16.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X7nun 20 may *938-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda doğulması barədə doğum haqqında akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi, X** doğum haqqında akt qeydi bərpa edilərkən ata qrafasında X*5, ana qrafasında isə X4 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonu Mayak qəsəbəsində yaşayır. X7 20 may *938-ci ildə Ermənistan Respublikası Vedi rayonunda doğulmuş və 23 yanvar 20*3-cü ildə rəhmətə getmişdir. Atası Beyləqan rayon Mayak kənd qəbiristanlıqda dəfn edilmişdir. Atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün o atasının və nənəsinin adına olan torpağı və digər əmlakları adına keçirə bilməmişdir. Mərhum atasının doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikası Vedi rayonundan alındığı üçün onun burada bərpası mümkün deyildir. Beyləqan rayon Mərkəzi Xəstəxanasına da müraciət edərək doğulması barədə tibbi şəhadətnamə almaq istədikdə xəstəxanaya müraciət edilməməsi əsas gətirilərək imtina məktubu verilmişdir. Maraqlı şəxs rəyindən görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Atasının doğum akt qeydinin bərpa edilməsi Çıxarışla və digər sənədlərlə onun və nənəsin adına olan torpağın adına sənədləşdirilməsi üçün lazımdır. Bu faktın təsdiqinin məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil. Doğum faktının təsdiqi ona görə lazımdır ki, mərhum atasına doğum haqqında şəhadətnamə ala bilsin və onun adına olan əmlakları vərəsəsi kimi öz adınaa sənəsləşdirsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi oğludur və X*7 isə onun əmisidir. X6 20 may *938-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuşdur. X* atası X*5, anası isə X4 olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X*4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur və X6 20 may *938-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuşdur. X* atası X*5, anası isə X4 olmuşdur. X6 23 yanvar 20*3-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur və X6 20 may *938-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuşdur. X* atası X*5, anası isə X4 olmuşdur. X6 23 yanvar 20*3-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan: Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, X*7 20.05.*938-ci il tarixdə Vedi rayonunun Vedi kəndində anadan olmuş və yaşayış yeri Beyləqan rayonu Mayak qəsəbəsi olmuşdur. Ölüm haqqında akt qeydinin surətindən görünür ki, 20.05.*938-ci il tarixdə doğulmuş X*7 23.0*.20*3-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.02.20*3-cü il tarixdə qeyd edilmişdir. AZ seriyalı 048475 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 25.*2.2000-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.0*.200*-ci il tarixdə qeyd edilmişdir. AЗ seriyalı 3*6*74 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, *938-ci il təvəllüdlü X*7 və *947-ci il təvəllüdlü X2 arasında nikah 02.02.*975-ci il tarixdə Jdanov rayonu Komsomol kənd sovetliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 0* № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Zeynalova” soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.*976-cı il təvəllüdlü Ərizəçi X7 milliyəti azərbaycanlı, anası X3 milliyəti azərbaycanlıdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 54 №-li Tibbi Arayışdan görünür ki, X7nun Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə doğulduğu haqqında heç bir məlumat qeydə alınmamışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, 20.05.*938-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuş X** doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli Rəydən görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Ərizəçi atası X* doğumu haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.*-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.*-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” *4-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin atasının doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X** doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X** doğum tarixi 20 may *938-ci il, doğulduğu yer Ermənistan Respublikasının Vedi rayonu, ata qrafasında – X*5 (milliyyəti azərbaycanlı), ana qrafasında –X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9, 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X** doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X** doğum tarixi 20 may *938-ci il, doğulduğu yer Ermənistan Respublikasının Vedi rayonu, ata qrafasında – X*5 (milliyyəti azərbaycanlı), ana qrafasında –X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X** adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1616/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1616/2024
16.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver