Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1626/2023 18.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi 24.*2.2006-cı il tarixdə ölmüş X*na məxsus miras əmlakları qəbul etməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 24.*2.2006-cı il tarixdə ölmüş mərhum X*na məxsus miras əmlakları qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Beyləqan rayonu Dünyamalılar kənd sakini X4 ailə həyatı quraraq nikahlarını 28.*0.*98*-ci il tarixdə Jdanov (Beyləqan) rayonu Dünyamalılar kənd sovetində rəsmiləşdirmişlər. O, Ələsgər Şirinovla ailə qurduqdan sonra X*nun Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hal hazırdada həmin evdə yaşayır. X* 24.*2.2006-cı il tarixdə beyinə qanaxma diaqnozu ilə dünyasını dəyişmişdir. X*2 isə xx.xx.2023-cü il tarixdə qaraciyər çatışmamazlığından dünyasını dəyişmişdir. Mərhum əri və qaynatası öldükləri günə kimi onları o saxlamışdır. Mərhum qaynatası ailə başçısı kimi göstərilməklə qaynatasına və qaynı X5 Beyləqan rayonunun Dünyamalılar kəndində fərdi yaşayış evi tikilməsi üçün Aqrar İslahat Komissiyasının 30.04.*999-cu il tarixli, 70 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-*24A, KOD 60700068 seriyalı Şəhadətnaməyə əsasən 0.07 ha və Aqrar İslahat Komissiyasının 30.04.*999-cu il tarixli, 70 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-*24B, KOD 60700068 seriyalı Şəhadətnaməyə əsasən isə 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. X*3 gənc yaşlarından işləmək adı ilə Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. İndiyədək ondan hər hansı məlumatları yoxdur. Mərhum qaynatasından qalan miras əmlaklar hazırda onun faktiki istifadəsindədir. Lakin sənədlərində çatışmamazlıq olduğundan qanun üzrə vərəsəlik əldə edə bilmir. Belə ki, faktiki miras əmlakı qəbul etməsi barədə əlində hər hansı bir rəsmi sənəd olmadığından bəzi sənədləşmə işlərində çətinliklərlə üzləşir. Mərhum qaynatasından qalan miras əmlakları qəbul etməyi ilə əlaqədar Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etsədə, lakin orada həmin faktın təstiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin mərhum ərinin və qaynatasının bütün dəfn xərclərini şəxsən özü çəkmişdir. Odur ki, 24.*2.2006-cı il tarixdə ölmüş mərhum X*na məxsus miras əmlakları qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasına gəlmə haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30.04.*999-cu il tarixli, 70 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-*24A, KOD 60700068 seriyalı Şəhadətnaməyə əsasən mərhum X3 və mərhumun oğlu X5 Beyləqan rayonu Dünyamalıİar kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30.04.*999-cu il tarixli, 70 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-*24B, KOD 60700068 seriyalı Şəhadətnaməyə əsasən mərhum X3 və mərhumun oğlu X5 Beyləqan rayonu Dünyamalıİar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24.*2.2006-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə mərhum X4 nikahlarını 28.*0.*98*-ci il tarixdə Jdanov (Beyləqan) rayonu Dünyamallar kənd sovetində rəsmiləşdirmişlər. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X3 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X6 öldüyü günədək Ərizəçi himayə edərək saxlamış, onun bütün qayğıları ilə şəxsən məşğul olmuşdur. Ona görə də məhkəmə qaydasında mərhum qaynatasının növbəli vərəsəsi kimi tanınmağını istəyir. Ərizəçi Mahirə Şirimnova qaynatası vəfat etdikdən sonra hazırki vaxta kimi həmin evdə yaşamaqla mərhuma məxsus torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən istifadə edir. Bu hal onu göstərir ki, Ərizəçi vərəsə kimi miras əmlakları faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 24.*2.2006-cı il tarixdə ölmüş mərhum X*na məxsus miras əmlakları qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1626/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1626/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver