Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1640/2023 13.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi X*nun ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək qardaşı *6 dekabr *983-cü ildə anadan olmuş X2 ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Beyləqan rayonunda yaşayır. X* yaşadıqları Beyləqan rayonunun Mil qəsəbəsində *983-cü il tarixdə anadan olmuş və 20*3-cü ildən Rusiya Federasiyasına getmiş və həmin vaxtdan heç bir məlumat yoxdur. Rusiya Federasiyasında olan qohumları ilə də əlaqə saxlasalarda hec bir məlumat almamışlar. Televiziya verilişlərindədə axtarış etmişlər lakin heç bir nəticə əldə edə bilməmişlər. O, və ailə üzvləri müəyyən sənədləri hazırlayarkən X*nun itkin olması və ya ölümü haqqında şəhadətnamə olmadığı üçün çətinlik çəkirlər. Ölmüş elan edilməsi torpağın sənədləşməsi üçün lazımdır. Maraqlı şəxs də rədd cavabı vermişdir. Odur ki, *6 dekabr *983-cü ildə anadan olmuş X2 ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan vəkalətli nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. İşdə olan Maraqlı şəxs ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum X*nun ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, mərhum X3 *6 dekabr *983-cü ildə Beyləqan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası MM-nin 4*.*- maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəkkənin 4*.3-cü maddəsinə əsasən Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəkkənin 4*.4-cü maddəsinə əsasən Bu Məcəllənin 4*.* və 4*.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası MPM-nin 3*2-ci maddəsinə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 avqust *979-cu ildə Beyləqan rayonunda anadan olmuş X2 ölmüş elan olunması barədə ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227,3*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum oğlu *6 dekabr *983-cü ildə Beyləqan rayonunda anadan olmuş X3 ölmüş elan edilsin. Qətnamə qanuni qüvvəsini aldığı gün X2 ölüm günü sayılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən * (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1640/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1640/2023
13.11.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver