Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1649/2023 15.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi SeyfullayevSeyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı .0060 ha mağaza yeri olan torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, mağaza binasının boşaldılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 oğlunun Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********10 olan, 13 dekabr 2022-ci il tarixli Çıxarışla mülkiyyətində olan 0.0060 ha mağaza yeri olan torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, mağaza binasının boşaldılması və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, o, Beyləqan rayonunun Mil qəsəbəsində yaşayır. O sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində 0.0060 ha mağaza yeri almışdır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********10 olan, 13 dekabr 2022-ci il tarixli Çıxarış almaqla 0,0060 ha mağaza tikmək üçün torpaq sahəsini mülkiyyətimə keçirmişdir. Cavabdehlər orada tikinti və abadlıq işləri aparmağa imkan vermir. Dəfələrlə tələb etsədə və desədə boşaldıb ona vermirlər. Hər dəfə bir bəhanə gətirirlər. Ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək və tikinti işləri aparmağına maneəçilik törədilərək mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdeh qeyri-qanuni olaraq İddiaçı mülkiyyətində olan mağaza yerinə sahiblənmişdir və tikinti və abadlıq işləri aparmağıma imkan vermirlər. Hesab edir ki, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 oğlunun Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********10 olan, 13 dekabr 2022-ci il tarixli Çıxarışla mülkiyyətində olan 0.0060 ha mağaza yeri olan torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, mağaza binasının boşaldılması və maneənin aradan qaldırılmsı barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 33 ildirki həmin torpağı işlədirlər. İddiaçı ilə aralarında ədavətləri olub. Torpaq onun yeridir və həmin torpaqda onun obyekti var. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. İddiaçının iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi xüsusatlar isə əsassızdır və iddiaçının ona qarşı olan qərəzinin göstəricisidir. Həmin səbəbdən o, iddianın təmin edilməməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırda iddia tələbinin predmetini təşkil edən torpaq sahəsi onun qanuni mülkiyyətində olan torpaq sahəsidir və o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. İddiaçının iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi xüsusatlar isə əsassızdır və iddiaçının ona qarşı olan qərəzinin göstəricisidir. Həmin səbəbdən o, iddianın təmin edilməməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə onların iştirakı olmadan işə bağmağı mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********10 olan, 13 dekabr 2022-ci il tarixli Çıxarışla ilə İddiaçı Beyləqan rayonunun Mil kənd ərazisindən 0,0060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1968-ci ildə Beyləqan rayonunun Mil kəndində anadan olmuş və həmin ünvanda yaşayır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********10 olan, 13 dekabr 2022-ci il tarixli Çıxarışa əsasən hüquq sahibi kimi İddiaçı Beyləqan rayonunun Mil kənd ərazisindən 0,0060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək istifadə edirlər. “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edəbilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, cavabdehlər X2, Cavabdeh2 oğlu və Cavabdeh3 iddiaçının xüsusu mülkiyyətində olan 0,0060 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmalı və cavabdehlər tərəfindən iddiaçıya törədilən maneənin aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2 oğlu və Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan 0.0060 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar və cavabdehlər X2, Cavabdeh2 oğlu və Cavabdeh3 tərəfindən İddiaçı törədilən maneə aradan qaldırılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1649/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1649/2023
15.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver