Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-85/2025 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı əlavə qətnamə çıxarılması ilə bağlı ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Kollegiya müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********10 olan, 13 dekabr 2022-ci il tarixli Çıxarışla mülkiyyətində olan 0.0060 ha mağaza yeri olan torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, mağaza binasının boşaldılması və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(020)-1649/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan 0.0060 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı törədilən maneə aradan qaldırılması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli 2(106)-85/2025 saylı qətnaməsi ilə cavabdehlər X2 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(020)-1649/2023 saylı qətnaməsinin cavabdehlər X2 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlər X2 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ərizə ilə Şirvan Apellyasiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçı tərəfindən ödənilmiş 380 manat ekspertiza xərcinin iddiaçının xeyrinə tutulması barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsinə 06 may 2025-ci il tarixli Kapitalbanka ödənilmiş ekspertiza xərci barədə qəbzin surətini, poçt sənədi qəbzinin surətini əlavə etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı ərizəsini müdafiə etdi və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehlərdən 380 manat ekspertiza xərcinin tutulması ilə əlaqədar məsələ həll edilməmişdir. İşə əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən DƏDRX PHŞ-nin Beyləqan Ərazi İdarəsinin ******************** nömrəli hesabına 380 manat ekspertiza xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlərdən 380 manat ekspertiza xərci iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xərcləri haqqında məsələ həll edilməmişdirsə, məhkəmə tərəflərin təşəbbüsü ilə və ya öz təşəbbüsü ilə bu məsələni əlavə qətnamə çıxarılmaqla həll edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizə təmin edilsin. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 380 (üç yüz səksən) manat xərc cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Əlavə qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-85/2025
Şirvan Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(106)-85/2025
19.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver