Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2304/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cava bdeh2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-435/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanda 0,034 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 07606397 nömrəli, xx.xx.2015-ci il qe ydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ünvan 2 ünvanda 0,00519 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 41,7 kv.m tikili Cavabdeh1 mülkiyyətindədir.
3. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı sərəncamından görünür ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Cavabdeh2 N.Nərimanov küçəsində dövlət ehtiyyat torpaq sahəsində ona məxsus 40 kv.m torpaq sahəsində fərdi mağaza tikintisinə icazə verilmişdir.
4. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamından görünür ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Cavabdeh2 N.Nərimanov küçəsində dövlət ehtiyyat torpaq sahəsində ona məxsus 40 kv.m mağazanın genişləndirilməsi üçün əlavə 12,5 kv.m torpaq sahəsi ayrılaraq tiki ntiyə icazə verilmişdir.
5. Fiziki və ya qeyri dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi toprpaq sahəsinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli, 5058 nömrəli müqavilədən görünür ki, xx.xx.2006-cı il tarixli, ********* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 51,9 kv.m torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 50 manata satılmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin 02 may 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış üzrə istifadə sinə 51.9 kv.m torpaq sahəsinin verilməsinə əsas Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı və xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamları olmuşdur.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********2-06301 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0.034 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur). İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi,1 C ünvanında olan 0.034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəs i cavabdehlər tərəfindən istifadə olunur. Hansı ölçüdə və hansı istiqamətdə istifadə olunması sxemdə öz əksini tapmışdır. Torpaq sahəsinin hududları daxilində cavabdehlər tərəfindən 7.11 kv.m tikili tikilmişdir və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8048 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-21334/27574/2023 nörmrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, **********2-06301 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0.034 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur). Həmin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus torpaq-sahəsinin mülkiyyət sənədinə əsasən Nəriman ünvan 7 ünvanında olan 0.034 ha torpaq sahəsinin 7.11 kv.metr hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Hansı ölçüdə və hansı istiqamətdə istifadə olunması sxemdə öz əksini tapmışdır, torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən 7.11 kv.metr tikili tikilmiş və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixli 3-21-3-34/27574/2023 nömrəli Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən 7.11 kv.metr tikili tikilmişdir və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli **********30 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı, Texniki inventarlaşdırma və qiymətləndirilməsi sektorunun müdiri Salman Abbasov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin nəticə hissəsi aşağıd akı kimidir: ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus reyestr nömrəsi **********52-06301 olan çıxarışa əsasən 340 kv.metr torpaq sahəsinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, İddiaçı texniki pasportunda əks olunmuş cizgilərinə və baza məlumatlarına əsasən 340 kv.metr sənəd üzrə olduğu ilə, faktiki naturada istifadə vəziyyətində olan ölçülərində qismən fərq var. Lakin İddiaçı texniki pasportunda əks olunmuş 340 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarından kənarda 10 kv.metr neytral torpaq sahəsi vardır. Bundan başqa İddiaçı texniki pasportunda əks olunmuş sənəd üzrə cizgilər daxilində digər şəxs tərəfindən tikilmiş tikilinin tikintialtı sahəsinin 6.0 kv.metr hissəsi yerləşir. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olm aması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəylərində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, mütəxəssis rəylərinin nəticələrinə və mütəxəssis rəyləri arasında yaranmış ziddiyyətə məhkəmə tərəfindən aradan qaldırılaraq qiymət verilə bilər.
9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etiba rsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. 10.Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-598/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)3116/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-598/2024 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
12. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-532/2023 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Xaçmaz Bələdiyyəsi, Əmlak Məsələləri Döv lət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti və Nümayəndə1 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinin Nümayəndə1 satılması barədə qərarın surətinin ona göndərilməsi, qərarın qanunazidd bəndlərinin ləğv olunması, vurulmuş ziyanın ödənilməsi, torpaq sahəsi üzərində onun istifadə hüququnun təsdiq edilməsi və reyestr məlumatlarında dəyişilik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, iddia tələbi mümkün sayılmamışdır. 13.Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-661/2023 nömrəli qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-532/2023nömrəli qəra rdadından verilmiş şikayət təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən ona məxsus ünvan 9 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına sökülməsi, ödədiyi 100 manat məbləğində döv lət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus 0,034 ha torpaq sahəsi üzərində cavabdehlər anbar binası tikmişlər. Dəfələrlə cavabdehlərdən həmin tikilinin sökülməsini tələb etsə də, onlar buna məhəl qoymamışlar. Bununla bağlı o, Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdikdən sonra araşdırma aparılmış və nəticəsi olaraq cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Məhkəmədənkənar qaydada cavabdehlərə ona məxsus torpaq sahəsini zəbt edərək tikdikləri tikilinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını dəfələrlə bildirsə də, cavabdehlər tələblərinə məhəl qoymamışlar.
16. Məhkəmə iclasında iddiaçın ın vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının adına Xaçmaz şəhəri, N.Nərimanov ünvanında yerləşən 0.034 ha torpaq sahəsi vardır. Orada cavabdehlər tərəfindən tikinti aparılıb. Tərəflərin torpaq sahəsi qonşudur. Bununla bağlı ekspertiza keçirilib və müvafiq ekspert rəyi vardır. Bundan əlavə, iddiaçı tərəfindən polisə də müraciət olunub. Orada da mövqe eyni olub. Cavabdeh tərəf etiraz edərək bildirir ki, iddiaçı tərəfindən əlavə torpaq sahəsi zəbt edilib, mülkiyyətində olan torpağı qanunsuz əldə edib və rüsumlar düz ödənilməyib. Lakin cavabdeh tərəfindən irəli sürülən bu hallar öz təsdiqini tapmamışdır və həmin iddia 3 instansiya məhkəmələrində iddiaçının xeyrinə olmuşdur. Cavabdeh tərəf, həmçinin, əlavə ekspertiza, yerində baxış, barış ıq sazişi və mediasiya ilə bağlı vəsatətlərlə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə tərəfindən ona məhkəməyə gəlməsi üçün məlumat göndərilsə də, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq vəsatətlərin onun iştirakı olmadan müzakirə olunmasını istəmişdir. İddiaçı tərəf olaraq bütün sübutları təqdim etmişdir. İş üzrə müvafiq ekspert rəyləri də var. İş kifayət qədər araşdırılıb. Tərəflər arasında ola bilər ki icra mərhələsində razılıq və barışıq olsun. İddianın tam təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehlər iddia ərizəsinə qarşı yazılı etirazını onunla əsaslandırmışlar ki, mübahisə edilən mağazanın tikintisi və genişləndirilməsi qanunidir. Həmin mağaza qanuni əsaslarla Məmmədbəyli X1 mülkiyyətində, başqa sözlə istifadəsində, sərəncamında və sahibliyindəd ir. Belə ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının “Fərdi mağazanın genişləndirilməsi üçün tikintiyə icazə verilməsi baradə” xx.xx.2006-ci il tarixli 128 saylı sərəncamı var. Həmin sərəncamda göstərilir ki, Cavabdeh2 ərizəsi və mütəxəssis aktı nəzərə alınaraq qərara aldım: Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Cavabdeh2 Nərimanov küçəsində dövlət ehtiyat torpaq sahəsində ona məxsus 40 m2 mağazanın genişləndirilməsi üçün əlavə 12,5 m2 torpaq sahəsi ayrılaraq tikintiyə icazə verilsin. Aparılacaq tikinti RİH-nin tikinti-memarlıq şöbəsinin verdiyi lahiyəyə uyğun aparılsın.” Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına (qeydiyyat nömrəsi **********), ünvan 6A-da yerləşən, qeyri-yaşayı ş binası (mağaza) ilə bağlı Cavabdeh1 mülkiyyət hüququnu əks etdirən, ******* nömrəli RX seriyalı “Çıxarış” verilmişdir. Həmin “Çıxarış”da ümumi sahənin 41,7 m2, torpaq sahəsinin (ölçüsünün) 0,00519 ha, tikinti altında olan sahənin 51,9 m2, torpaq sahəsinin xüsusi mülkiyyətdə olması və s. kimi məlumatlar da qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına verilmiş 606397 nömrəli RX seriyalı “Çıxarış”da göstərilən torpaq sahəsi, tikinti obyekti daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilmişdir. Cavabdeh1 birmənalı olaraq mübahisə edilən torpaq sahəsinin mülkiyy ətçisidir. O, özünə mənsub sahədə ucaldılmış binaya, quğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə etmişdir. Xaçmaz rayon polis şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Xaçmaz rayon polis şöbəsinə yazılı ərizə ilə müraciət edərək mübahisə edilən torpaq sahəsini Cavabdeh1 zəbt edərək qanunsuz obyekt tikməsini göstərmişdir. NK-1/1532 nömrəli material üzrə aparılmış təhqiqat nəticəsində cinayət işinin başlanması “cinayət tərkibinin olmaması” əsası ilə rədd edilmişdir. Mağazaya bitişik olan 12 m2-lik torpaq sahəsi isə ümumi istifadədə olan torpaqdır. Həmin torpaq sahəsi üzərində 2006-cı ildən onun istifadə hüququ yaranmışdır. Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzər ində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. O, da mağazaya görə vergi vermişdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. X2 bilərəkdən onlardan məhkəməyə iddia ərizəsi ilə müraicət etmiş, onun əsəblərə toxunan bu hərəkətləri ailə üzvləri arasında əsəbilik, gərginlik yaratmış, normal iş və yaşayış rejimini pozmuşdur. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, t orpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər.
18. Xaçmaz Rayon Məhkəməsinin (hakim Samir Bayramov) 2(067)-45/2024 nömrəli iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına sökülməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 oğu və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 oğundan və Cavabdeh2 oğlundan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 6 ünvanında yerləşən 0.034 ha olan torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Torpaq sahəsinin sxemdə öz əksini tapmış 7.11 kv.metr hissəsi cavabdehlər tərəfindən tikili tikilməklə istifadə olunur.
20. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir.
21. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas vermişdir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırkı iddiada qoyulmuş tələbi irəli sürmək hüququna malikdir.
22. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddi açının mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir qanuni əsas olmadan əlavə tikili tikmişlər. Bu fakt işdə olan ekspert rəyi ilə təsdiq olunmuşdur.
23. Cavabdehlər tərəfindən inşa edilmiş 7.11 kv.m tikilinin İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan onun təmin edilməsi nəticəsinə gəlmişdir.
24. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının mülkiyyətind ə olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili qanunsuz inşa olunduğundan cavabdehlərin hesabına sökülməlidir.
25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1-152.3, 158.1, 158.2, 170.2, 180.4, 560.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası və məhkəmənin qətnaməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli Çıxarışa, həmçinin həmin idarənin verdiyi xx.xx.2022-ci il tarixli, 5/6-160-1532 nömrəli rəyinə əsaslanmışdır. Dəfələrlə yazılı səkildə həmin Çixarışın və rəyin əsassız olmasını, mübahisə edilən 6 kv.m. sahə ilə bağlı uzunmüddətli istifadə hüququnun olmasını, məhz bu səbəbdən həmin hissədə 1-ci alıcılıq hüququnun ona məxsus olmasını, ona üstünlük verilməli olmasını, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin işə cəlb olunmasını, qərar qəbul edilərkən Mülki Məcəllənin 241 və 243-cü, Torpaq Məcəlləsinin 50-ci maddələrinə istinad edilməsini xahiş etməsinə baxmayaraq bu maddələrə istinad edilməmiş, vəsatətlərə isə məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmisdir. Mübahisənin sülhməramlı, barışıq sazişi ilə həlli ücün mediasiyanın, ədalətli həlli üçün heç olmasa “Servitut”un və ya “Uzufrukt”un tətbiqinə da ir yazılı və şifahi müraciətləri (vəsatətləri) də məhkəmədə laqeyd münasibətlər ilə qarşılandı. Təklifə baxmayaraq, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi də tətbiq edilmədi. 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi rəydən narazı olmalarına və vəsatətlərinə baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri nə üçüncü şəxs, nə də maraqlı şəxs qismində işə cəlb olunmamışdır. İddiaçı tərəfindən Çixarışda və digər sənədlərdə göstərilənlərdən artıq torpaq zəbt edilmişdir. Bununla bağlı əraziyə yerli baxış keçirilməsi, ekspertiza rəyi alınması və s. barədə yazılı vəsatətlər təmin olunmamışdır.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) 2(105)435/2025 nömrəli mülki iş üzr ə 9 aprel 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 9 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kvadratmetr hissəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ib arət olmuşdur ki, işin müəyyən edilmiş hallarına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin hissədə kiçik anbar kimi istifadə olunan tikili inşa olunmuşdur. Qeyd edilən hal birinci instansiya tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunmuşdur. Həmçinin, məhkəməyə təqdim edilmiş fotoşəkillərlə və hər iki tərəfin mülkiyyətində olan torpaq sahəsinin planı və cavabdehdə məxsus texniki pasportun qarşılıqlı təhlili də cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində, öz m ülkiyyətində olan tikiliyə bitişik şəkildə əlavə tikili inşa etməsi müəyyən edilməkdədir.
30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus zəbt olunmuş torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikilinin sahəsi müəyyən olduğu halda birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsini qət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində inşa etdikləri 7.11 kv.m. sahədən ibarət tikilinin sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılması qət edilməlidir.
31. Məhkəmə kollegiyası cavabdeh tərəfin inşa edilmiş anbar tikilisinin mülkiyyətində olan torpaq sahəsindən əlavə olaraq, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli 128 saylı sərəncamı ilə ayrılmış 12,5 kv.m torpaq sahəsində yerləşməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2, sonradan isə 07606397 nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,00519 ha torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı və xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamları əsasında verilmişdir ki, həmin torpaq sahələri də tam olaraq cava bdehlərin faktiki istifadəsində olmaqla, 7,11 kv.m sahədən ibarət tikili həmin torpaq sahəsində deyil, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir.
32. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2, 157.4, 180.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-435/2025 saylı qətnaməsinin ləğv edilərək verilmiş apellyasiy a şikayətinə yenidən baxılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, keçirilməsi üçün lazım olan mütəxəssis rəyinin verilməsinə dair ekspertin vəsatətinə cavab olaraq, iş üzrə iki dəfə - mütəxəssis rəyi tərtib edilmişdir. Birinci mütəxəssis rəyi ARİN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun xx.xx.2023-cü il tarixli rəyi olmuşdur. Ekspertiza rəyində qeyd edilir ki, ˝ Rəyin təsviri hissəsində yazılanları nəzərə alaraq, qərardadın 1-ci, 2-ci va 4-cü sua lları üzrə qeyd olunur ki, təqdim edilmiş mütəxəssis rəylərində ziddiyyət yarandığı, mütəxəssis rəyinə əsasən 340.0 kv.metr torpaq sahəsinin texniki pasportunun göstəriciləri ilə faktiki vəziyyətin ölçüləri arasında fərq olması, xx.xx.2006-ci li tarixə verilmiş 40 kv.metr mağazanın genişləndirilməsi üçün ayrılmış əlavə 12.5 kv.metr torpaq sahəsinin yerləşmə eskizi, situasiya planı təqdim edilmədiyi səbəbindən bu suallar üzrə tədqiqat aparılaraq, rəy verilməsi mümkün olmamışdır. Mütəxəssis rəyləri arasında yaranmış ziddiyyət aradan qaldırıldıqdan sonra və 40.0 kv.metr mağazanın genişləndirilməsi üçün ayrılmış əlavə 12.5 kv.metr torpaq sahəsinin yerləşmə eskizi, situasiya planı təqdim edildikdən sonra tədqiqat aparılaraq, rəy veriləcəkdir.
35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylıXaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus reyestr nömrəsi **********52-06301 olan çıxarışa əsasən 340 kv.m. torpaq sahəsinə baxış keçilmiş. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı texniki pasportunda əks olunmuş cizgilərinə və baza məlumatlarına əsasən 340 kv.m. sənəd üzrə olduğu ilə, faktiki naturada istifadə vəziyyətində olan ölçülərində qismən fərq vardır. Lakin İddiaçı texniki pasportunda əks olunmuş 340 kv.m. torpaq sahəsinin döngə nöqlərinin koordinatlarından kənarda 10 kv.m. neytral torpaq sahəsi vardır. Bundan başqa İddiaçı texniki pasportunda əks olunmuş sənəd üzrə cizgilər daxilində digər şəxs tərəfindən tikilmiş tikintialtı sahənin 6,0 kv.m. hissəsi yerləşir. Digər mütəxəssis rəyindən isə müəyyən edilir ki, tikintialtı sahə 7,11 kv.m. təşkil edir. İş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, İddiaçı məxsus torpağın naturada yerləşməsi və texniki pasportda əks edilmiş koordinatlar əsasında fərq mövcuddur. Bunu əsas tutaraq, cavabdehlər tərəfindən iş üzrə yenidən tikinti texniki ekspertizanın keçirilməsi həm birinci instansiya da, həm də apelyasiya instansiyasında tələb edilsə də, vəsatət təmin edilməmişdir. İş materiallarında olan Cavabdeh1 məxsus xx.xx.2015-ci il tarixindəki vəziyyətə uyğun tərtib edilmiş Texniki Pasportdan görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan 51,9 kv.m. torpaq sahəsində əlavə onun faktiki istifadəsində olan 3, 5 kv.m. torpaq sahəsi də mövcuddur. Bununla belə Ş.X3 verilərkən onun mülkiyyətində olan 340 kv.m. ərazinin bir kimsə tərəfindən zəbt edilməsinə dair sənəddə hər hansı qeyd mövcud deyildir. Halbuki, mövcud qaydalara əsasən öncədən qeydə alınmış sənəddə faktiki istifadə edilən sahə artıqdırsa və bu dövlət reyestrində qeydə alınmışdırsa, o zaman sonrakı sənədin qeydi mümkünsüzdür, çünki sənədlər üstüstə düşəcəkdir. Hazırki halda hesab edirlər ki, sözügedən sahə öncədən Cavabdeh1 faktiki istifadəsində olduğu üçün sözügedən sahənin əldə edilməsinə münasibətdə sonuncunun üstünlük hüququ mövcud olmuşdur. Lakin cavabdehlər onun bu hüququnu pozmuş, üstəlik qanunvericiliklə müəyyən edilmiş qiymətdən daha aşağı qiymətə yeri özgəninkiləşdirmişlər. Eyni zamanda mütəxəssis rəylərindən məlum olur ki, tə rəflərin torpaqları arasında 10 kv.m. neytral ərazi mövcuddur. Bu hal onu da deməyə əsas verir ki, Cavabdeh1 faktiki istifadəsində olan ərazi həmin neytral əraziyə də düşə bilər. Bu məqamı yalnız ekspertiza rəyi ilə dəqiq müəyyən etmək mümkündür, lakin buna dair verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilməməklə mövcud mübahisəni və subyektiv hüquq məsələni açıq buraxmışdır. Mübahisə olunan 340.0 kv.metr torpaq sahəsinin sərhədləri hər hansı bir ayrıcı ilə ayrılmamışdır, başqa sözlə desək hasarlanmamışdır. Hazırda da həmin torpaq sahəsi 2015-ci ildən alınmasına baxmayaraq, istifadəsiz boş ərazi kimi qalmaqdadır. İş materiallarında olan Texniki раsроrtdаn və fotoşəkildən göründüyü kimi ona məxsus binanın arxasında üç tərəfi bağlı оlаn dalanda istifadəsiz qalmış təxmini 30 m2 torpaq sahas i vаr. O, tоrраq sahəsini satın alanda həmin sаhədə ümumi istifadədə olmuş tikili (sanitar qovşaq) olmuşdur. Qeyd olunan ərazi dövlət ehtiyat fondunun torpaq sahəsidir. Onun qanuni və faktiki istifadəsində оlаn mağazanın аrxasına tam bitişik ərazi qanunsuz olaraq, onun хəbəri olmadan, 1-ci dərəсəli alıcılıq hüququ pozulmaqla, vətəndaş Nümayəndə1 Qulamhuseyn oğluna satılmışdır. Torpaq hərrac keçirilmədən, qeyri qanuni yollarla satılmışdır. Belə ki, həmin ərazidən ona formal olaraq, 36 kv m-lik balaca qeyri- yaşayış obyekti və həmin obyektin altında yerləşən 340 kv m-lik boş torpaq sənədləşdirilmişdir. Satılan qeyri-yaşayış obyektinin sahəsi 36 kv.m olduğu halda, həmin qeyri-yaşayış obyektinin tikinti altı sahəsinin 340 kv.m olması özü şübhəli və qanunsuzdur. Belə ki, şəhərdə olan qeyri-ya şayış obyektləri (mağaza, ictimai-iaşə obyektləri, xidmət sahələri və sair) yalnız həmin tikililər və tikili altında olan torpaq sahələri ilə məhdudlaşır. Beləliklə, 340 kv torpaq satılarkən onun mağazasının arxasında obyektinin təhlükəsizliyi üçün Fövqəladə hallar zamanı çıxış yolları nəzərə alınmamışdır. Dövlət Reyestr Xidmətinin Gps ilə vurduğu koodinatlar texniki səhv vurulduğundan ona ауrılmış torpaq sahəsi ilə qоnşu torpaq sahəsi arasında 6 m2 fərq vermişdir. Вu kimi hallar nəticəsində də ona zərər vurulmuş, mаnafeyinə tохunan hərəkətlər edilmişdir.
36. Bu iş üzrə ekspert müttəxəssisin arayışlarındakı(rəylərindəki) ziddiyyətlər ilə bağlı rəy verməkdən imtina etmişdir. Məhkəmə isə qətnamə çıxararkən ekspertin rəy verməkdən imtina etməsinə deyil, ziddiyyətli arayışlara istinad etmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Həmçinin, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.
37. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Onun mübahisə edilən 6 kv.m sahəni zəbt etməməyim, belə hadisənin olmaması, həmin səbəbdən cinayət işinin başlanmasının rədd olunmasına dair Xaçmaz Rayon Polis şöbəsinin Təhqiqat orqanın qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli NK-1/1532 nömrəli qərarı olmasına baxmayaraq, məhkəmə bu hallara da əhəmiyyət verməmiş və bizim həmin sahədən çıxarılmaqları barədə qanunsuz qətnamə çıxartmışdır. Apelyasiya instansiyası birinci instsiya məhkəməsinin mövqeyi ilə eyni mövqe nümayiş etmişdir.Hesab edirlər ki, bu hal məhkəmənin maddi və prosessual hüquq normasını pozmaqla qərar qəbul etməsi anlamına gəlir.
38. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 130-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63, 66-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63, 64, 76-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıl masını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınm aqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
44. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə b ilər.
45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
46. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar:... başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq;...
47. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
48. Maddə 111.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) tor paq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Madd ə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. İş üzrə Cavabdeh2 kassasiya instansiyası məhkəməsinə müqavilələr, çıxarış və s. sənədlər təqdim etsə də məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsi sübutlar qəbul etmir və onların hüquqi qiymətləndirməsini həyata keçirmir.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qey diyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin hissədə kiçik anbar kimi istifadə olunan tikili inşa olunmuşdur. xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2, sonradan isə 07606397 nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,00519 ha torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı və xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamları əsasında verilmişdir ki, həmin torpaq sahələri də tam olaraq cavabdehlərin faktiki istifadəsində olmaqla, 7,11 kv.m sahədən ibarət tikili həmin to rpaq sahəsində deyil, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir.
62. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh2 məhkəmələr tərəfindən müəyynləşdirilmiş 7,11 kvadratmetr sahəsi olan tikilinin iddiaçının torpaq sahəsində tikilmədiyini təsdiq edən sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməsi iş materialları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmə qərardadının icrası ilə əlaqədar keçirilmiş ekspertizanın rəyi ilə razılaşmadığı halda R.Məmmədli özü müstəqil şəkildə alternativ ekspert rəyi əldə edərək məhkəməyə təqdim edə bilərdi.Lakin belə rəy məhkəmələrə təqdim edilməmişdir.
63. Məhkəmə kollegiyası kassasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə istinad edilməklə onun mübahisə edilən 6 kv.m sahəni zəbt etməm əyi, belə hadisənin olmaması, həmin səbəbdən cinayət işinin başlanmasının rədd olunmasına dair Xaçmaz Rayon Polis şöbəsinin Təhqiqat orqanın qanuni qüvvəyə minmiş xx.xx.2022ci il tarixli NK-1/1532 nömrəli qərarı olmasına baxmayaraq, məhkəmənin bu hallara da əhəmiyyət vermədiyi və onların həmin sahədən çıxarılmaqları barədə qanunsuz qətnamə çıxartdığı barədə dəlili ilə əlaqədar bildirir ki, təhqiqat orqanının qərarının mülki işə baxan məhkəmə üçün preyudisiallığı yoxdur.Belə ki, Azərbaycan Respublikasının MPM-in 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
64. Göründüyü kimi cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, təhqiqat orqanının qərarının mülki işə baxan məhkəmə üçün məcburiliyi yoxdur.
65. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, həmçinin, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyi barədə dəlilləri üzrə hazırkı icraat çərçivəsində hüquqi dəyərləndirmə aparılmır.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırı lması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-435/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hiss əsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.