Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2230/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh Hacıağa oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavadbeh Cavabdeh Hacıağa oğluna qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-98/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m. tikili xüsusi mülkiyyət hüququ ilə İddiaçı-yə məxsusdur və həmin MMC-nin qanuni təmsilçisi X1r.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsi və üzərində olan 1450,9 kv.m. daşınmaz əmlak İddiaçı-nin mülkiyyətindədir.
3. Quba rayon X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 308 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 5əhəllədə yerləşən ümumi sahəsi 45,0 kv.m. olan elektrik çilingər sexi Cavabdeh adına 25 sentyabr 2003-cü il tarixdə qeydə alınmışdır.
4. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-1043 saylı KOD 30301004 saylı Dövlət Aktına əsasən, Quba bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli 54/4 nömrəli qərarı ilə Cavabdeh Quba şəhəri Y.T.T. ərazisindən kommersiya məqsədi ilə 0,01 ha torpaq sahəsi satılmışdır.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1086/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qərarına əsasən, Cavabdeh iddiası təmin edilmiş, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Quba rayon Şöbəsinin 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-125/2020 nömrəli, 17 fevral 2020-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21(085)-1086/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1260/2020 nömrəli, 19 may 2020-ci il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-125/2020 nömrəli, 17 fevra l 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********8506301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Quba şəhəri 24-cü məhəllə ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 45 kv.m. olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı və ya MMC) cavadbeh Cavabdeh Hacıağa oğluna (bundan sonra cavabdeh) (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsi cəlb olunmaqla) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və cavabdeh tərəfindən istifadə edilən tikilinin 5.500 manat kompensasiya ödənilməklə sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsində mülkiyyət hüququnun həyata keçirilməsinə (istifadə, sahiblik) cavabdeh tərəfindən yaradılmış maneələrin qaldırılması, cavabdehin iddiaçıya məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin bir hissəsi Quba şəhəri Heydər Əliyev prospektinin kənarında yerləşmişdir. Həmin torpaq sahəsində müxtəlif tikililər olmaqla, müəssisə istehsalatla məşğul olmuşdur. X4 prospektinin kənarında yerləşən torpaq sahəsinin bir hissəsini (təxminən 54 kv.m.) cavabdeh zəbt etmiş, orada tikili tikmiş, müəssisə nin torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. Cavabdeh müəssisəyə məxsus torpaq sahəsinin üzərindəki tikilidən avtomobillərin yağ dəyişmə məntəqəsi kimi istifadə etmiş, X4 prospektinin kənarındakı torpaq sahəsini zəbt etməklə, tikili tikməklə müəssisənin həmin ərazidəki gəlirdən, qazancdan məhrum etmişdir. Halbuki, müəssisə fəaliyyətlə məşğul olmuş, cavabdehin müəssisəyə məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində müəssisə həmin torpaq sahəsini istifadə edə bilməmişdir.
11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim etdikləri çıxarış və texniki pasportdan da görünür ki, torpaq sahəsi MMC-yə məxsusdur. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 cavabdehin isitifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını bildirmiş və bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarını təqdim etmişdir. Bundan sonra həmin qərarın mövcud olmasından məlumatları olmuş, qərarla tanış olmuşlar. Həmin qərarın onların hüquqlarına toxunub-toxunmamasını aydınlaşdırmaq üçün inzibati işə cəlb edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1086/2019 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-310/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edil miş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1086/2019 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmiş, MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qərardadında vəsatətə baxılarkən iddiaçının (Cavabdeh) adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantları ilə maraqlı şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarının üst-üstə düşməsi faktının müəyyən dilməsi məqsədilə "xxxx" MMC-dən mütəxəssis rəyinin alınması və alınmış rəyə uyğun olaraq MMC-nin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinə hüqüqi qiymət verilməsini qeyd etmişdir. Həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən rəy alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin idarədən 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyi gəlmiş və rəydə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları ilə MMC-nin mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinantları ilə üst-üstə düşmədiyi, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi MMC-yə məxsus olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlə t qeydiyyatı haqqında çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşməsi qeyd edilmişdir. Göründüyü kimi, MMC Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)1086/2019 nömrəli inzibati işdə üçüncü şəxs kimi cəlb edilməmişdir. Həmin işə cəlb edilmədiyi halda cavabdehin mülkiyyət hüququnun yaranmasına əsas verən Azərbaycan Respubliaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1260/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarını mübahisələndirə bilməz. Bundan əlavə hazırkı iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların rəyindən və Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna əsasən alınmış mütəxəssis rəyindən də görünür ki, cavabdehə verilmiş çıxarışın koordinantları ilə iddiaçı MMC-yə məxsus çıxarışda qeyd edilmiş koordinantlar üst-üstə düşmü r. Cavabdehə məxsus çıxarış başqa əraziyə düşür. Buna baxmayaraq cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir.
12. Cavadbehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1086/2019 nömrəli qeyd olunan iş üzrə qəbul ediləcək məhkəmə aktlarının hazırkı mübahisəyə dair məhkəmə araşdırmasına münasibətdə preyudisial əhəmiyyətini nəzərə alıb, işin icraatının dayandırılması və ya iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin qərardadı əsasında məhkəmə-mühəndislik, torpaqşünaslıq ekspertizası təyin edilərək müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı v ə Reyestr publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, MMC-yə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m. tikili ilə xüsusi mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 3 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsi ilə üst-üstə düşməmişdir. Lakin MMC-yə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömr əli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” əsasən Cavabdeh məxsus Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 45 kv.m. elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini Qeydiyyat vəsiqəsində məkan göstəriciləri olmadığından təyin etmək mümkün olmamışdır. Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” əsasən Cavabdeh məxsus Quba şəhəri, 29-cu məhəllə ərazisində yelrəşən 45 kv.m. elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsinin koordinantları müəyyən olunmamışdır.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə görə, Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” və texniki pasportda binanın yerləşmə sxeminə əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsi MMC-nin qonşuluğunda yerləşən ticarət mərkəzinə bitişik olmaqla MMC-yə məxsus torpaq sahəsinin şimal-qərb hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin sözügedən qeyri-yaşayış binasının texniki pasportunda qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin koordinantları olmadığından həmin binan ın və torpaq sahəsinin nə qədər hissəsinin MMC- yə məxsus torpaq sahəsinin daxilində olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi MMC-yə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/5199 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” və texniki pasportda binanın yerləşmə sxeminə əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsi MMCnin qonşuluğunda yerləşən ticarət mərkəzinə bitişik olmaqla MMC-yə məxsus torpaq sahəsinin şimal-qərb hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin sözügedən qeyriyaşayış binasının texniki pasportunda qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin koordinantları olmadığından həmin binanın və torpaq sahəsinin nə qədər hissəsinin MMC-yə məxsus torpaq sahəsinin daxilində olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, Cavabdeh f aktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi MMC-yə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1086/2019 nömrəli, xx.xx.2022-cil tarixli işi üzrə 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 3030 1004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları ilə MMC-nin mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinantları ilə üstüstə düşmədiyi, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi MMC-nə məxsus olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir. 17. "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli "xxxx"na əsasən, MMC-yə məxsus torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının sökülərək yenidən tikilmə xərcləri 5.500 manat müəyyən edilmişdir.
18. Quba Rayon Məhkəməsi nin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)39/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçıya məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və cavabdeh tərəfindən istifadə edilən tikili iddiaçı MMC tərəfindən 5.500 manat məbləğində kompensasiya ödənilməklə sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahə sində mülkiyyət hüququnun həyata keçirilməsinə (istifadə, sahiblik) cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin MMC-yə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin izahatları, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin, işdə olan sübutların, mütəxəssis və ekspert rəyinin tədqiqi və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889-12301 reyestr nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha to rpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m. tikili xüsusi mülkiyyət hüququ ilə MMC-yə məxsusdur. Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi MMC-yə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889-12301 reyestr nömrəli Çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir. Lakin həmin çilingər sexinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları MMC-yə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınm az əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889-12301 reyestr nömrəli Çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları ilə üst-üstə düşmür. Həmin çilingər sexinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları sexin yerləşdiyi əraziyə deyil tamamilə başqa bir əraziyə aiddir. Beləliklə göründüyü kimi, cavabdehin istifadə etdiyi çilingər sexinin yerləşdiyi torpaq sahəsi MMC-yə məxsusdur. Cavabdeh çilingər sexinin yerləşdiyi torpaq sahəsinin yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komit əsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən torpaq sahəsinin koordinantları faktiki olaraq çilingər sexinin yerləşdiyi əraziyə deyil, başqa bir əraziyə düşür. Bundan əlavə məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi çilingər sexinə və onun yerləşdiyi torpaq sahəsinə Dövlət reyestrindən çıxarış aldıqlarını bildirmişlər. Məhkəməyə təqdim olunmuş cavabdehin istifadə etdiyi çilingər sexinin və altındakı torpaq sahəsinə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********8506301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan göründüyü kimi torpaq sahəsinin və üzərindəki tikilinin yerləşdiyi ün van Quba şəhəri 24-cü məhəllə göstərilmişdir. İddiaçı MMC-yə məxsus 0,8502 ha torpaq sahəsi isə Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanındadır. Mübahisəli hər iki torpaq sahəsinə dair Dövlət reyestrindən verilmiş Çıxarışlarda göstərilən ünvanlarda torpaq sahələrinin eyni deyil fərqli ünvanlarda yerləşməsi aydın görünür. Ona görə də MMC göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olması təsdiq olunur.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı MMC-nin Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır, mülkiyyət hüququnun məhdudlaşdırılması, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin yaradılması yolverilməzdir, mülkiyyət hüququ qorunmalıdır. İş materialları və məhkəmə araşdı rmaları nəticəsində təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, cavabdehin istifadə etdiyi çilingər sexi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889-12301 reyestr nömrəli Çıxarışa əsasən MMC-yə məxsus Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsində yerləşir. Cavabdehin istifadə etdiyi çilingər sexinin və onun yerləşdiyi torpaq sahəsinin koordinantları başqa ərazidədir. Cavabdeh mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin koordinantlarının yerləşdiyi ərazidən istifadə etməmiş, çilingər sexini həmin ərazidə tikməmişdir. Bundan əlavə iddiaçı MMC cavabdehə tikilinin sökülməsinə görə kompensasiya ödəməsi hüquqdan sui-istifadə baxımından doğru haldır. Baxmayaraq ki, cavabdehin tikdiyi çilingər sexi qanunsuz tikilidir. Hər bir halda onun sökülməsinə görə iddiaçı tərəfindən kompensasiya ödənilməsi işin təqdirəlayiq halıdır.
21. Məhkəmə cavabdehin iş üzrə icraatın dayandırılması və ya rədd edilməsi ilə etirazı ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(085)-1086/2019 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərardadını ləğv edən məhkəmə kollegiyası qərardadında vəsatətə baxarkən iddiaçının (Cavabdeh) adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantları ilə maraqlı şəxsin mülkiyyətdə olan torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarının üstüstə düşməsi faktının müəyyən edilməsi məqsədilə "xxxx" MMC-dən mütəxəssis rəyinin alınması və alınmış rəyə uyğun olaraq MMC-nin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinə hüqüqi qiymət verilməsi məsələsini qeyd etmişdir. Həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən rəy alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin idarədən 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyi gəlmiş və rəydə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 3 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları ilə MMC-nin mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinantları ilə üstüstə düşmədiyi, Cavabdeh faktiki istif adə etdiyi torpaq sahəsi və çilingər sexi MMC-yə məxsus olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşməsi qeyd edilmişdir. İddiaçının nümayəndəsinin göstərdiyi dəlillərlə razılaşan məhkəmə qeyd etmişdir ki, MMC Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 21(118)- 1086/2019 saylı inzibati işdə üçüncü şəxs kimi cəlb edilməmiş və həmin işə cəlb edilmədiyi halda Cavabdeh mülkiyyət hüququnun yaranmasına əsas verən Azərbaycan Respubliaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1260/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı mübahisələndirilmədiyindən hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas olmamışdır. Həmçinin, iddianın rədd edilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut məhkəməyə tədim edilməmişdir.
22. Məhkəmə iddia tələbinin təmin edilməməsinə dair cavabdehin ərizədə göstərdiyi dəlillərini formal mülahizələr kimi qiymətləndirmiş və qeyd etmişdir ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin mövqeyi qanuni və əsaslı olmaqla, işin faktiki hallarına da tam uyğundur.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.2ci, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin mübahisə predmetinə dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının mövcud olmasına və həmin hüququn dövlət tərəfindən tanınıb qorunmasına dair qanunvericiliyin tələbl əri pozulmuş, mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın başqa yerdə yerləşməsi, qeyd olunan ünvanda olmaması kimi səhv nəticəyə gəlmiş və bununla bağlı sənədlərin öyrənilməsini yerinə yetirməmiş, yerli baxış və müayinə keçirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə iddiaçının Cavabdeh mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin daşınmaz əmlakın dövlət reyestri orqanına (DƏDRX-in 5 saylı Xaçmaz Əİ) həvalə edilməsi barədə məhkəmə aktlarının qəbul edildiyi inzibati məhkəmə icraatını tələb edib öyrənmədən hazırkı mübahisəyə münasibətdə preydudisial əhəmiyyətinə hüquqi qiymət vermədən yekun qərar qəbul etmişdir. İş üzrə cavabdeh tərəfin iştirakı təmin edilmədiyindən onun məhkəmə mü dafiə hüququ pozulmuş, məhkəməyə sübutlar, sənədlər təqdim etmək imkanından məhrum olmuşdur.
26. Apellyasiya məhkəməsində işə baxılarkən məhkəmə kollegiyası tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 316-16/2-10/8413 nömrəli ekspert rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********8912301 reyestr nömrəli, ********** qeydiyat nömrəli, xx.xx.2018-ci il tarixli qeydiyyat tarixli çıxarışa əsasən, Quba şəhər Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0.8502 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən verilmiş **********85-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışına əsasən, ünvan 5əhəllə ünvanında yerləşən Cavabdeh məxsus 0,01 ha torpaq sahəsinin planölçüsü (texniki hissə) olmadığından həmin torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən MMC-yə məxsus 0,8502 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********85-06301 reyest r nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışına əsasən, ünvan 5əhəllə ünvanında yerləşən Cavabdeh məxsus 0,01 ha torpaq sahəsinin plan-ölçüsü (texniki hissə) olmadığından faktiki istifadə olunan torpaq sahəsi ilə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və çilingər sexi ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********8912301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsas ən, Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində Cavabdeh tərəfindən istifadə olunan çilingər sexinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi Heydər Əliyev prospektində yerləşir. Koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Quba şəhər Heydər Əliyev prospekti 196 ünvanı və ünvan 5əhəllə eyni ünvandır. Mübahisəli torpaq sahəsi ünvan 5əhəlləsində yerləşir. Heydər Əliyev prospektinin bir hissəsi də həmin məhəllədən keçir.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-98/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahm udov və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir.
28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində cavabdehin işirakı ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əsasən, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2021-ci il tarixli hazırlıq iclasında, xx.xx.2021-ci il tarixli baxış iclasında, xx.xx.2021-ci il tarixli baxış iclasında, xx.xx.2022-ci il tarixli baxış iclasında iştirak etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində müdafiə hüququnun pozulması dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdeh bu məhkəmə mübahisəsi barədə məlumatlı olmuş, hətta vəkillə bir neçə iclaslarda təmsil olunmuşdur.
29. Məhkəmə kollegiy ası cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh iddiası təmin edilmiş, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İda rəsinin Quba rayon Şöbəsinin 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar apellyasiya instansiyasında dəyişdirilmədən saxlanılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, cavabdeh mübahisəsi gedən çilingər sexinə və 0,01 ha torpaq sahəsinə mülkiyyət kimi qeydiyyatını məhz yuxar ıda qeyd olunan qərarlar əsasında keçirmişdir. Həmin inzibati iş üzrə kasassiya şikayətinin dəlillərində məhz Cavabdeh məxsus daşınmaz əmlakın hazırkı iş üzrə iddiaçı kimi çıxış edən MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia təmin oluna bilməz.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (çilingər sexinin və torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən, apellyasiya şikayətinin dəlillərini nəzərə alan məhkəmə kollegiyası işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmini üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texn iki ekspertizası təyin etməsini, xx.xx.2023-cü il tarixli ekspert rəyində Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və çilingər sexinin MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində yerləşdiyinin müəyyən edilməsini göstərmişdir.
31. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olduğundan, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmadığından, bütün digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası, apellyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələ binin təmin edilməməsi barədə nəticəyə gəlmişdir.
32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 140, 152.1, 152.5, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7, 102.2, 217.3, 217.4, 218.3, 384.0.2, 385.1.1-385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
33. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının qəbul ediməsinə səbəb olmuş həmin inzibati iş üzrə həmin işdə cavabdeh olmuş 5 saylı Xaçmaz Ərazi İdarəsinin kasassiya şikayətinin dəlillərində məhz Cavabdeh məxsus daşınmaz əmlakın hazırkı iş üzrə iddiaçı kimi çıxış edən MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilməsini qeyd etsə də, işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında bu halı təsdiq etməmiş, əksinə iddiaçının zəruri cəlb etmə ilə bağlı vəsatətinə baxılan zaman elə həmin idarənin verdiyi mütəxəssis rəyində kassasiya şikayətində göstərilən hallar ink ar edilmişdir. Həmçinin başqa bir iş üzrə öz təsdiqini tapmayan kassasiya şikayətinin dəlilləri hazırkı iş üzrə məhkəmə üçün sübut kimi istinad edilə bilməz. Əksinə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1086/2019 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadı hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir ki, həmin qərardadda da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-1260/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının qəbul olunduğu işə zəruri cəlb etmə ilə bağlı vəsatət həmin qərar maraqlarına toxunmadığı üçün təmin edilməmişdir.
35. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına istinad edərək iddiaçıya məxsus torpaq sahəsində tikilimiş tikilinin qanuni olduğunu və həmin tikiliyə çıxarışın oldu ğunu qeyd etməklə sübutlara düzgün qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarından sonra qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1086/2019 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadına iddiaçı ilə cavabdehin çıxarışları üst-üstə düşməməsi, cavabdehin çıxarışının koordinantları başqa ərazidə olmasına baxmayaraq, iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək orada tikili tikməsi aydın görünmüşdür. Belə olan halda məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Həmçinin iş üzrə 3 dəfə ekspertiza təyin edilmiş və təyin edilmiş ekspertizalar zamanı da cavabdehin çıxarışının koordinantlarının başqa əraziyə aid olması, lakin cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etm əsi aydın və izahlı şəkildə sxemlərlə göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
36. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol.
38. Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
40. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, b aşqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
42. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
43. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzr ə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər ə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
47. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
48. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmu ş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.
53. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
54. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
55. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
56. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
63. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
64. Kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyəti nə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qəra rın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
72. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-98/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.