Məhkəmə qərarları › İş №2(105)-49/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-49/2025

17.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-49/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(027)-49/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı idia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı ******* nömrəli, 27 fevral 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən ona məxsus 1,029 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) cavabdehlər X2 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X2 və Cavabdeh2 ona məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin X2 və Cavabdeh2 hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(027)-49/2024 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı ******* nömrəli, 27 fevral 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən İddiaçı məxsus 1,029 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər X2 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlər X2 və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən çıxarılmaları, İddiaçı məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlər X2 və Cavabdeh2 hesabına sökülməsi və iş üzrə ekspertiza tədqiqatının dəyərinin cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq ekspetiza mərkəzinin müvafiq hesabına keçirilməsi qət edilmişdir.

3. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü maddəsi, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 170.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

4. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. Apellyasiya icraatı zamanı İddiaçı 17 iyun 2025-ci il tarixdə məhkəmə kollegiyasına ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə bağlı mübahisəni cavabdehlə öz aralarında həll etdiklərini bildirmiş, iddiaçının iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X2 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

9. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi 122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. (...)

10. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

11. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)

12. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)

13. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

14. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı iddia tələbindən imtina etməsinə dair ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Quba Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(027)-49/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

18. Məhkəmə kollegiyası MPM-in 122.2-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 100 (bir yüz) manat cavabdehlər X2 və Cavabdeh2 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddia tələbindən imtina qəbul edilsin. Quba Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(027)-49/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat cavabdehlər X2 və Cavabdeh2 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar