Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1660/2023 26.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi 26.02.20*3-cü ildə ölmüş X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizəylə müraciət edərək, X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə uzun illər yaşamışdır. Hazırda işi ilə əlaqədar olaraq ünvan 2 ünvanda yaşayır. X3 atası mərhum X8 bibisidir. Məryəm İskəndərova ailə həyatı qurmadığına görə mərhum X*7u qeyri-rəsmi övladlığa götürmüş, yəni atasını öz doğma övladı kimi böyüdüb boya başa çatdırmış, onun toyunu etmişdir. X*7 anası X** ilə birgə nikaha girmiş və anası gəlin olaraq mərhum Məryəm İskəndərovaya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. xx.xx.*990-cı ildə mərhum Məryəm İskəndərovaya məxsus ünvan 1 ünvanında yerləşən evdə o, dünyaya gəlmişdir. X3 26.02.20*3-cü il tarixədək onlarla bir yerdə yaşamış və onlar bir ailənin üzvü olmuşlar. O, X2 qardaşı nəvəsidir. X*0 26.03.20*3-cü il tarixdə vəfat etmiş, onun dəfn xərclərini və yas mərasimini o, etmişdir. Hazırda mərhumun mülkiyyətində torpağı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O, həmin əmlakları adına keçirmək istəyir, lakin X2 övladının və başqa yaxın qohumlarının olmaması sənədləşmə işlərində ona çətinliklər yaradır. X2 bir qardaşı oğlu olmuş və o, da onun atası mərhum Azad İsgəndərov olmuşdur. Hazırda atası ölmüşdür və ondan başqa heç bir yaxın qohumu qalmamışdır. Ona görə də X3na məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili və digər əmlakları miras kimi adına sənədləşdirə bilmir. X* qalan miras əmlakları hazırda onun faktiki istifadəsindədir. Lakin sənədlərində çatışmazlıq olduğundan qanun üzrə vərəsəlik əldə edə bilmir. Belə ki, faktiki miras əmlakları qəbul etməyi barədə əlində hər hansı bir rəsmi sənəd olmadığından bəzi sənədləşmə işlərində çətinliklərlə üzləşir. O, bu barədə Beyləqan rayon İ saylı X*4 müraciət etsə də orada ona X5 başqa vərəsəsi olmadığından onun adından qalan miras əmlakının onun tərəfindən faktiki istifadəsində olduğuna dair məhkəmə qətnaməsi çıxarılmalı olduğu bildirildilər. vərəsə kimi tanınmasını məhkəmə qaydasından başqa cür əldə edə bilmir. Təqdim olunmuş sənədlərdən də görünür ki, o, uzun illərdir mirası faktiki olaraq qəbul etmişdir. O, növbəli vərəsədir, Məryəm İskəndərovanın başqa vərəsəsi yoxdur. Odur ki, 26.02.20*3-cü ildə ölmüş X3na məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Beyləqan rayon * saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə prosesinə nümayəndəsini göndərməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, *327 nömrəli (vərəsəlik üçün) arayışından görünür ki, əvvəllər ünvan 4 ünvanında qeydiyyatda olmuş və yaşamış, mərhumə X*0 vəfat edənədək, yəni 26.02.20*3-cü il tarixə kimi ünvan 5 ünvanında yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşamış və vəfat etdikdən sonra ona məxsus olan, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi qardaşı nəvəsi xx.xx.*990-cı il təvəllüdlü Ərizəçi istifadəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beyləqan Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 278 saylı məktubundan görünür ki, X5 ailə tərkibində heç kəs aşkar edilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 26.02.20*3-cü ildə ölmüş X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin **59.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X3nı öldüyü günədək ərizəçi öz evində himayə edərək saxlamış, onun bütün qayğıları ilə şəxsən məşğul olmuşdur. Ona görə də məhkəmə qaydasında 26.02.20*3-cü ildə ölmüş X2 növbəli vərəsəsi kimi tanınmağını istəyir. Ərizəçi Qasımzadə X9 Məryəm Azad qızı vəfat etdikdən sonra hazırki vaxta kimi mərhuməyə məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə edir. Bu o deməkdir ki, ərizəçi X3na məxsus miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 26.02.20*3-cü ildə ölmüş mərhumə X5 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1660/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1660/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver